Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsi üçün helikopter cəlb edilib.
Bir neçə gündür ərazidə davam edən yanğın dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.