2025-ci ilin 9 ayı ərzində 7 minədək şəxs ümumiyyətlə aliment ödəməkdən yayınıb. Bu barədə Ədliyyə Nazirliyindən KİV-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin 9 ayı ərzində aliment öhdəliklərini tam və ya qismən icra etməkdən yayındığına görə 7284 şəxsin axtarılması barədə qərar qəbul edilib. Ümumilikdə, bu ilin 9 ayı ərzində 1563 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3141 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib (onlardan 2203-ü təmin olunub, o cümlədən 1720 şəxs barəsində inzibati həbs tətbiq edilib), 212 şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat verilib.
ZÜMRÜD