Cümə günü, 06 noyabr 2026
     

Binaların altında restoran-kafelər ləğv olunacaq... Təhlükə getdikcə böyüyür...

Image


Bakıda yaşayış binalarının zirzəmilərində, birinci mərtəbələrində, yaxud binaların həyətində iaşə, xidmət obyektlərinin, mağazaların yaradılması halları geniş yayılıb. Xüsusilə şəhərin mərkəzi hissəsində zirzəmi və birinci mərtəbələri obyektlərin məskəni olmayan bina qalmayıb.

Nəinki yeni tikilən binalar, həmçinin sovet dövründən inşa edilən binalarda da zirzəmi və birinci mərtəbələr səs-küy və narahatlıq mənbəyi olan bu cür obyektlərə çevrilib. Onu da qeyd edək ki, bu cür obyektlərdə təhlükəsiklik qaydalarına əməl olunmur. Bu günlərdə Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın geniş ictimai rezonans doğurub. Sakinlərin iddialarına görə, hadisənin baş vermə səbəbi binanın birinci mərtəbəsində yerləşən restoranın fəaliyyəti ilə bağlıdır. Maraqlıdır, yaşayış binalarının altında restoranların yerləşməsi nə dərəcədə düzgündür və bu obyektlər üçün hansı əsas təhlükəsizlik tələbləri var?

Elnur Azadov: “Ölkədə 2500-ə yaxın yeni tikilmiş çoxmənzilli bina var və onların da təxminən 98–99 faizinin idarə edilməsində qanunvericiliyin tələblərinə əməl olunmur”

Əmlak eksperti Elnur Azadov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda tikinti normaları və standartları var, lakin bir çox tikinti şirkəti bu standartlara səthi şəkildə əməl edir: “Ölkədə 2500-ə yaxın yeni tikilmiş çoxmənzilli bina var və onların da təxminən 98–99 faizinin idarə edilməsində qanunvericiliyin tələblərinə əməl olunmur. Qanunlara görə, çoxmənzilli binalar mütləq şəkildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməlidir. Lakin bizim ölkədə MMMC-lər bütün binaların 10 faizini təşkil edir. Hətta müştərək cəmiyyət yarandığı halda bu dolayı yolla idarə olunur. Yəni məqsəd çoxmənzilli binalardan qazanc əldə etməkdir. Əksər binalarda qeyri-yaşayış sahələri tikinti şirkətinin və ya tikinti sahibinin mülkiyyətində qalır. Onlar bu əraziləri ya icarəyə verirlər, ya da satırlar. Lakin satıldığı halda belə, qeyri-yaşayış sahələrinin istismarı və idarə olunması sakinlərin marağında olmur. Buna görə də həmin sahələrin idarə edilməsi zamanı binaya ziyan vurulur. Bu sahələr adətən icarəçilərə verilir və icarəçilər layihədə nəzərdə tutulmayan əlavə işlər görürlər. Bu əlavə işlər aparıldıqca bina normadan artıq yüklənir və ya standartlara cavab verməyən bir funksionallıq yaranır. Nəticədə, bu dəyişikliklər binada müxtəlif qüsurların yaranmasına, sistemlərin sıradan çıxmasına səbəb olur və bir müddət sonra müxtəlif qəzalara yol açır. Hazırda müşahidə etdiyimiz hadisə də məhz bu problemlərin konkret bir nümunəsi hesab oluna bilər”.

Elmar Nurəliyev: “Əksər binaların alt mərtəbələri ofislərə, restoran-kafelərə, iaşə obyektlərinə icarəyə verilir, əlavə konstruksiyalar quraşdırılır və tikinti normaları, təhlükəsizlik qaydaları pozulur”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər hansı tikinti ilə bağlı layihələndirmə aparılarkən təhlükəsizlik qaydalarına, norma və standartlara ciddi şəkildə riayət olunmalı, tikinti işləri layihə əsasında bu normalara əməl edilməklə icra olunmalıdır: “Yanğından mühafizə, təxliyə yolları, ehtiyat çıxış qapıları, ətraf mühitin təhlükəsizliyi və sair. Bunlar hamısı layihədə nəzərə alınmalı və işlər buna uyğun aparılmalıdır. Çoxmənzilli yaşayış binalarında 1 deyil, br neçə çıxış qapısı olmalı, baş verə biləcək hər hansı gözlənilməz təhlükə zamanı sakinlərin təxliyə olunması üçün lazımi şərait yaradılmış olmalıdır. Təəssüf ki, təhlükəsizlik qaydalarına bir çox hallarda riayət olunmur. Əksər binaların alt mərtəbələri ofislərə, restoran-kafelərə, iaşə obyektlərinə icarəyə verilir, əlavə konstruksiyalar quraşdırılır və tikinti normaları, təhlükəsizlik qaydaları pozulur. Binaların zirzəmi hissəsində bu cür işlər görmək real təhlükədir. Aidiyyəti qurumlar buna görə məsuliyyət daşımalı, təhlükəsizlik normalarına riayət edilməyən tikililər təhvil alınmamalı, sakinlərin məskunlaşmasına icazə verilməməlidir. Amma təəssüf ki, bu cür hadisələr baş verir, kimin məsuliyyət daşıdığı isə məlum olmur. Ayrı-ayrı qurumlar “bizə aid deyil, biz baxmırıq bu məsələlərə” deyib, yaxalarını kənara çəkirlər. İnsanlar tələf olur, xəsarət alır, külli miqdarda maddi ziyana uğrayırlar, cavabdeh isə tapılmır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ