Cümə günü, 06 noyabr 2026
     

Birinci Qarabağ müharibəsi şəhidləri barədə xatirə kitabları nə vaxt buraxılacaq?...

Image


Afina Qurbanova: “Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ şəhidlərinin xatirələrini də əbədiləşdirərsə, bununla həm tariximizə böyük töhfə vermiş, həm də bizi sevindirmiş olar”

Birinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının hər birinin xatirəsini kimliyindən, tutduğu vəzifədən, daşıdığı statusdan asılı olmayaraq hər kəs üçün əziz olmalıdır.

Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canını fəda edən hər bir şəhid bu xalqın qan yaddaşında, tarixində əbədi yaşamalıdır, yaşayır da. Azərbaycan xalqı şəhidinə sahib çıxan xalqdır. Amma təəssüf ki, bəzi dövlət qurumları Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında ayrıseçkilik edir. Bu da Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, həyat yoldaşlarına, övladlarına pis təsir edir.

“Biz o kitabların yolunu böyük intizarla gözləyirik”

Birinci Qarabağ müharibəsi şəhidi baş leytenat Qurbanov Telman Qara oğlunun həyat yoldaşı Qurbanova Afina Qəmbər qızı “Bakı-Xəbər”ə müsahibəsində bildirdi ki, bəzi məmurlar Birinci Qarabağ müharibəsi şəhidlərinə, onların ailə üzvlərinə laqeyd yanaşırlar, bu da onları incidir. A.Qurbanova ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasında görüşdük.

A.Qurbanovanın sözlərinə görə, həyat yoldaşı Telman Qurbanov 1993-cü ildə ulu öndər Heydər Əliyevin çağırışına səs verərək cəbhəyə gedib: “Yoldaşım 1994-cü ilin fevralında Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Birinci Qarabağ müharibəsində bacımın həyat yoldaşı bir qolunu itirib. Qardaşım da, qaynım da müharibə iştirakçısıdır, onlar da Birinci Qarabağ savaşında düşmənə qarşı vuruşublar. Həyat yoldaşım şəhid olanda qızım bağçaya, oğlum isə birinci sinfə gedirdi. O, könüllü olaraq əvvəlcə Beyləqana gedib, bir neçə müddət orada qalıb, sonra isə Ağdərəyə gedərək qızğın döyüşlərə qatılıb və şəhidliyə qovuşub.

Mən heç vaxt şəhid adından istifadə etməyi sevməmişəm. Maraqlananlar araşdırıb öyrənə bilərlər. Mən hətta uzun illər uşaqlarıma pensiya almamışam və çox sonralar almışam. Ən azı dörd-beş il mən qaynımı uşaqlarım üçün pensiya düzəltdirməyə qoymamışam. Qaynım pensiya düzəltmək istəyəndə demişəm ki, mən o pulu alıb yeyə bilmərəm...

Övladlarımı qardaş-bacı çörəyi ilə böyütmüşəm, hər iki övladım ali təhsillidir. Qızım Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini, oğlum Dövlət İqtisad Universitetini bitirib. İnanın ki, oxuduqları ali məktəbdə heç kim onların şəhid övladı olduqlarını bilməyib. Savadlı idilər, özləri oxuyublar. Sovetin dağılan vaxtları idi, zavodlar, müəssisələr işləmirdi, təbii ki, mən də evdə idim, işləmirdim. O çətin dövrlərdə qardaş-bacı çörəyi ilə iki övlad böyütdüm. Amma son üç-dörd ilə qədər heç bir dövlət qurumunun qapısını döymədim. Son üç-dörd ildə sağlamlıq problemimlə əlaqədar müəyyən qapıları döyməyə məcbur oldum. Sağlığımda ciddi problemlərim var. Uzun illərdir Gürcüstanda və Türkiyədə müalicə olunuram. 6 il həmin ölkələrə öz xərcimlə gedib-gəlmişəm, Bakıda da öz hesabıma müalicə olunmuşam. Bu üç-dörd ildə də niyə mən dövlət qurumlarına müraciət etdim? Müraciətimin səbəbi odur ki, mənə quru yolla Gürcüstana getməyə icazə versinlər. Bütün sənədlərimi, analizlərimi və sairi təqdim etdim ki, mən ora gəzməyə yox, müalicəyə gedirəm, mənə şərait yaradın. Çox təəssüflər olsun ki, bəzi qurumlarda ögey münasibətlə qarşılaşıram. Deyəndə ki, Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşıyam, yaxşı qarşılamırlar. Onların münasibətindən çox narazıyam. Bəzi məmurlardan ona görə narazılığım var ki, onlar Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarını eşitmək istəmirlər, laqeyd yanaşırlar. Birinci Qarabağ müharibəsində bizim yoldaşlarımız şəhid olmasaydı bu gün bu sözü deyənlər də olmazdı. İkinci Qarabağ müharibəsində həlak olanlara, bütün şəhidlərimizə canım qurban. Bu müharibədə şəhid olanlar Birinci Qarabağ müharibəsində qanları ilə tarix yaradanların davamçılarıdır. Birinci Qarabağ şəhidlərini unudanlar ulu öndəri unutmuş olublar. O oğullar ulu öndərin ətrafında birləşib, onun çağırışı ilə döyüşlərə gediblər. Müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevdir. Biz Birinci Qarabağ Müharibəsində torpaqlarımızın 20 faizini itirsək də, Azərbaycanın bir dövlət kimi güclənməsininin şahidi olduq, güclü ordumuz, güclü iqtisadiyyatımız var. Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğal olunmasının günahkarı şəhidlərimiz və veteranlarımız deyillər, keçən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyəti heç kəs unutmasın, ordumuz, silahımız yox idi, ölkənin daxilində baş verənləri hər kəs bilir. Şəhidlərimiz, oğullarımız əli yalın vəziyyətdə sinələrini düşmənə sipər ediblər”.

Afina xanım təəssüflə bildirdi ki, hətta anım tədbirlərində Birinci Qarabağ şəhidlərinin şəkilləri də nümayiş olunmur, bu da onları çox incidir. “Keçən il noyabrın 8-də - Zəfər günündə yoldaşımın adını daşıyan nəvəmlə Xırdalanda mağazaya gedirdik. Nəvəm üçüncü sinifdə oxuyur. Dedi, nənə, olarmı əvvəlcə parka gedək mən bir az maşın sürüm, sonra mağazaya gedək? Dedim, yaxşı nənə qurban, gedək. Xırdalan parkında ulu öndərin abidəsinin önündə hərbi geyimli, sinəsi medallı veteranlar dayanmışdı. Uşaq əlimi buraxıb qaçıb onların yanına getdi. Gedib orda hərbi salam verib “mən də baş leytenant Telman Qurbanovam” dedi. Özünü babasına bənzədib. Mən ora çatanda gördüm ki, uşağın başını oxşayıb onunla danışırlar. Çatıb onlara salam verdim, söhbət etdim. Abidə ilə üzbəüzdə yerləşən Heydər Əliyev Mərkəzindən əllərində şəhidlərin şəkilləri olan məktəblilər çıxırdı. Nəvəm bizi qoyub əlində şəkil olan uşaqların yanına qaçdı. Qızımın oğlu da 8-ci sinifdə oxuyur. Dedi ki, nənə, qardaşım ordadır, indi babamın şəkli ilə çıxacaq. Mən də uşağın ardınca getdim, uşaqlar əllərində şəkil mərkəzdən çıxanda gördü ki, qardaşı da yoxdur, babasının şəkli də, ağlamağa başladı. Nəvəm soruşdu ki, nənə, mənim babam şəhiddir, bəs onun şəkli niyə yoxdur? Gördüm ki, içəridən kostyimlu-qalstuklu adamlar çıxdılar, bir nəfər mənə dedi ki, xanım şəhidlərlə bağlı tədbirdir, çəkiliş gedir, uşağı sakitləşdirin. Mən də ona dedim ki, siz uşaqdan soruşun görün niyə ağlayır. Soruşdular ki, niyə ağlayırsan? Nəvəm dedi ki, mənim babam şəhid baş leytenant Qurbanov Telmandır, mən də onun adını daşıyıram, burada babamın şəkli niyə yoxdur? Mən də dedim ki, biz şəhid ailəsiyik. Soruşdular ki, Birinci Qarabağ? Onun orda göstərdiyi münasibət, əlini yelləyib “eyyy Birinci Qarabağ müharibəsi şəhidi” deməsi məni çox incitdi, çox ağır təsir etdi. Elə bil başımdan bir qazan qaynar su töküldü. Şəhidin bir adı var - şəhid. Başa düşə bilmirəm, siz niyə Birinci Qarabağ müharibəsi şəhidlərinə belə laqeydsiniz? Birinci Qarabağ müharibəsi şəhidlərini unudan ulu öndəri unutmuş olur. Mənim həyat yoldaşım ulu öndərin çağırışına qoşulub döyüşə gedib şəhid olub. O məmurlar, o biganə kəslər cənab Prezidentdən nümunə götürsünlər. Prezident vətən uğrunda şəhid olan hər bir vətəndaşın xatirəsinə böyük ehtiramla yanaşır.

Mən orada o vəzifəli adamlara dedim ki, niyə Vətən müharibəsinə getmədiniz? Yəqin sizin dayınız, əminiz də nazirdir, deputatdır. Bu dövlətin var olması üçün bizim əzizlərimiz 31-32 il əvvəl gedib sinələrini düşmənə sipər ediblər, sizin dayılarınız, əmiləriniz isə burada yüksək kürsülərə, vəzifələrə yiyələniblər”.

A.Qurbanova bildirdi ki, Xatirə Kitabı Redaksiyasının İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün buraxdığı nəşrlər çox qiymətlidir. A.Qurbanova dedi ki, onlar da Birinci Qarabağ şəhidləri ilə bağlı belə kitabların nəşr edilməsini arzulayırlar. “Vətən müharibəsi şəhidlərinə necə ki, diqqət göstərilir, eləcə də Birinci Qarabağ müharibəsi şəhidlərinə diqqət göstərilsin. Çox istərdim ki, Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı da ensiklopedik kitablar, cildliklər buraxsın. Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ şəhidlərinin xatirələrini də əbədiləşdirərsə, bununla həm tariximizə böyük töhfə vermiş, həm də bizi sevindirmiş olar. Sizin redaksiyaya gəlməkdə məqsədim elə budur. Biz belə nəşrləri sizdən gözləyirk. Bu Birinci Qarabağ müharibəsi şəhidlərinin yaxınlarının ən böyük arzusudur”-deyə A.Qurbanova bildirdi.

A.Qurbanova əlavə etdi ki, onların əzizləri haqında ensiklopedik məlumatların əks olunduğu ayrıca cidlliklərin çap olunmasını Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri intizarla gözləyir: “Biz o kitabların yolunu böyük intizarla gözləyirik”.

Qeyd edək ki, şəhid baş leynetant Telman Qurbanov 1958-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində doğulub, 9-10-cu sinfi Xırdalan şəhəri 2 nömrəli məktəbdə oxuyub, burdan məzun olub. İndiki Texniki Universiteti bitirdikdən sonra təyinatla Xırdalan Pivə Zavodunda mühəndis kimi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qarabağın müdafiəsi ilə bağlı çağırış edib və T.Qurbanov da digər Vətən oğulları kimi Heydər Əliyevin çağrışına səs verənlərdən olub və cəbhəyə gedib. 1994-cü ilin fevral ayının 18-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ