Cümə günü, 06 noyabr 2026
     

Bakıda Ali Mələk Mikayıl kilsəsi barədə nə bilirik?

Image


Bakıda pravoslav, katolik və erməni-qriqoryan kilsələri fəaliyyət göstərir. Bu sıraya Müqəddəs Mixail Arxangel Kilsəsi, Müqəddəs Bakirə Məryəmin Kosteli və Müqəddəs Qriqori Kilsəsi daxildir.

Pravoslav kilsələrinə Müqəddəs Mixail Arxangel Kilsəsi və Müqəddəs Nikolay Kilsəsi daxildir.

Paytaxtda fəaliyyət göstərən Mixail Arxangel kilsəsi və ya Ali Mələk Mikayıl kilsəsi haqda nə bilirik?

Bu kilsə ilə bağlı araşdırma apardıq. Məlumatlara görə, Ali Mələk Mikayıl kilsəsi Bakının mərkəzində, Yasamal rayonunun Vidadi və Zərgərpalan küçələrinin kəsişməsində yerləşən, Bakı yeparxiyasının tabeliyində olan rus pravoslav kilsəsidir. Kilsə Arxangel Mikayıla həsr edilib. Pskov memarlıq üslubunda inşa edilən tikili dəniz gəmisi göyərtəsini xatırladan interyeri ilə seçilir. Kilsənin protoiyereyi Mefodi Əfəndiyevdir. Hazırda burada üç keşiş və bir dyakon xidmət göstərir. Bakının indiyə qədər qorunub saxlanmış ən qədim kilsəsidir. Kilsə dini funksiyalarının yanında sosial layihələrlə də tanınır, o cümlədən kimsəsizlər üçün xeyriyyə yeməkxanası və uşaqlar üçün din məktəbi fəaliyyət göstərir.

Kilsənin tarixi 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Bakı xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra başlayır. İlk növbədə Sarı adasında Xəzər donanmasının eskadra heyəti üçün tikilmiş kilsə 1844-cü ildə Bakıya, Bayırşəhərdə yerləşən ikimərtəbəli karvansaraya köçürülüb. Əvvəllər Donanma kilsəsi kimi tanınan məbəd sonralar Batalyon kilsəsi və Alay kilsəsi adlandırılıb, 1892-ci ildə isə Arxangel Mikayılın şərəfinə təqdis edilib. 1850-ci ildə Cənubi Qafqaz regionuna səfəri zamanı Rusiya vəliəhdi, gələcək imperator II Aleksandr başqa şəhərlərlə yanaşı Bakıda olmuş, burada dəniz kilsəsini də ziyarət etmişdir. Bundan başqa, 1858-ci ildə Gürcüstan ekzarxı, mitropolit İsidor Bakıda tikilmiş üçüncü məbədi - Nikolay kilsəsini təqdis etmək üçün keçirdiyi səfərdə Donanma kilsəsini də ziyarət etmişdir.

Kilsə 1936-cı ildə SSRİ hakimiyyəti tərəfindən bağlanaraq yataqxanaya çevrilib, lakin 1946-cı ildə yenidən ibadətə açılıb və o vaxtdan bəri fasiləsiz fəaliyyət göstərir. 1966-cı ildə Milad bayramı zamanı kilsədə yanğın baş vermişdir. O vaxt Bakıda Müqəddəs Mixail Arxangel kilsəsində keşiş kimi xidmət etmiş, Novosibirsk yeparxiyasının ruhani atası protoiyerey İoann Kolodi təmir üçün Moskvaya getməli olmuşdu. Burada o, seminariyada sinif yoldaşı yepiskop Hermogen (Orexov) ilə görüşmüşdü. Yepiskop Ata İoann və o vaxt Tallin və Estoniya arxiyepiskopu olan patriarx II Aleksi arasında görüş təşkil edə bilmişdi. Moskvadan palex sənətkarlarına aid üçyaruslu oyma ikonostas, müqəddəs Kiril və Mefodinin və knyaz Vladimirlə knyaginya Olqanın ikonaları ilə iki kiot hədiyyə edilmişdir. Həmin vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevin dəstəyi ilə 1967-ci ildə kilsə yenidən fəaliyyətə başlamış, onun şifahi göstərişinə əsasən zəruri tikinti materialları zədələnmiş kilsənin prixod mənsubu olan Mərkəzi Komitənin işçilərindən birinə verilmişdir. XXI əsrdə kilsə bir sıra bərpa və yenidənqurma işləri keçirmişdir. 2000-ci ildə aşağı mərtəbədə müqəddəs həvari Varfolomey adına prixod tikilmiş, 2013-2021-ci illərdə isə dövlət və xeyriyyəçilərin dəstəyi ilə kilsənin fasadı, günbəzi, zəng qülləsi və interyeri tamamilə yenilənmişdir...

25 may 2001-ci ildə Moskva və Ümum-Rusiya Patriarxı II Aleksey Mixail Arxangel kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdi. 2000-ci ildə Bakı yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin təşəbbüsü ilə məbədin aşağı mərtəbəsində müqəddəs həvari Varfolomey adına prixodun (aşağı kilsə təşkilatına mənsub üzvlərinin yaşadığı yer) tikintisinə başlanmış və bu, 2006-cı ildə yekunlaşmışdır. Kilsə kompleksində Apostol Varfolomeyin adı verilmiş aşağı kilsə də mövcuddur.

2013-cü ildə 4 mərtəbəli kilsə binasının tikintisinə başlanılmışdır. 2015-ci ildə "VTB Bank-Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Yuri Dmitriyeviç Yakovlevin dəstəyi sayəsində məbədin dam örtüyü tamamilə dəyişdirilmişdir. 2018-ci ildə yerli əhalinin dəstəyi sayəsində yeni günbəz quraşdırılmış və qızılı xaç qoyulmuşdur. 2019-cu ildə məbədin ərazisində "Lukoyl-Azərbaycan" QSC-nin dəstəyi ilə həyata keçirilən yeraltı kommunikasiyaların abadlaşdırılması tam başa çatdırılmışdır. Həmçinin, memar Sabir Məhərrəmovun təmənnasız təqdim etdiyi layihəsi çərçivəsində yeni pəncərələr və dekorativ barmaqlıqlar, istilik sistemi quraşdırılmış, köhnə kilsə binasının dam örtüyü dəyişdirilmiş, məbədin küçə fasadları bərpa edilmiş və yeni darvazalar salınmışdır. Layihənin maliyyələşdirilməsi ianələr əsasında həyata keçirilmişdir.

2020-2021-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mixail Arxangel kilsəsi kompleksi dövlət fondu və xeyriyyəçilərin vəsaiti ilə tamamilə yenidən qurulmuş və bərpa edilmişdir. Bu prosesdə kilsənin fasadı bərpa edilmiş, zərli günbəz quraşdırılmış, zəng qülləsi tikilmiş, interyeri abadlaşdırılmış, kilsə tağlarının tarixi rəsmləri yenilənmiş, qurbangah, günbəz, divarlar və narteks tamamilə rənglənmişdir. Bu, Moskva Dövlət Rəssamlıq və Dizayn Akademiyasının peşəkar ikon rəssamları tərəfindən icra edilmişdir. Yenidənqurma işi "ArchiSO" tikinti şirkətinə həvalə edilmişdir. 2022-ci ilin aprelində kilsə fəaliyyətinə davam etməyə başlamışdır.

Kilsədə kimsəsizlər üçün xeyriyyə yeməkxanası fəaliyyət göstərir. 2020-ci ildə burada 15-ə yaxın nəfər müntəzəm olaraq həftəiçi günlərdə isti yemək alırdı, həftə sonları və bayram günlərində isə onların sayı 30-40 nəfərə çatırdı. Yataq xəstəsi deyilən xəstələrin evlərinə isti yeməklər də verilir və xüsusi qablarda isti yeməklər verilirdi. Azərbaycanda COVID-19 pandemiyası səbəbilə tətbiq edilmiş karantin rejimi ərzaq qıtlığı ilə bağlı çətinliklər yaratmış, xeyriyyə yeməkxanasının fəaliyyətini də müvəqqəti olaraq dayandırılmışdır. "VTB Bank-Azərbaycan" və "Yelo Bank"ın dəstəyi sayəsində 2020-ci ilin mart ayından kilsənin sosial şöbəsi ehtiyacı olan ailələrə yardım üçün xeyriyyə proqramına başlaya bilmişdir. Bu proqram çərçivəsində ehtiyacı olanlara ərzaq bağlamaları çatdırılmış, 200-ə yaxın insana lazımi ərzaq yardımı edilmişdir. 2018-ci ildən bəri İsanın doğulması ərəfəsində ianələrin dəstəyi ilə sosial cəhətdən imkansız ailələrin uşaqları üçün tədbirlər keçirilir. 2020-ci ildə Azərbaycan animatoru Tatyana Dolivetsin iştirakı ilə 54 uşaq üçün bayram şənliyi təşkil olunmuşdur. Kilsə İkinci Dünya müharibəsi veteranları üçün də tədbirlər təşkil edir.

Roma Papası Fransiskin 2 oktyabr 2016-cı ildə Azərbaycana pastoral səfərinə həsr olunmuş poçt markası. Burada Bakının digər kilsələri arasında Mixail Arxangel kilsəsi də təsvir edilmişdir.

Kilsənin sosial şöbəsi kilsə rektorunun rəhbərliyi ilə Azərbaycanın penitensiar müəssisələri ilə qarşılıqlı əlaqədə olur. Mövcud müqaviləyə əsasən, kilsədə xidmət edənlər islah müəssisələrinə baş çəkirlər, burada azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərlə görüşlər və xidmətlər keçirilir, bəzən vəftizetmə mərasimləri baş tutur. Bundan başqa, İyoxsul insanlara tibbi məsləhətlər verilməsi üçün prixod mənsubu şəxslər arasından ixtisaslı həkimləri cəlb edilir. Kilsədə hər bazar günü uşaqlar üçün ödənişsiz din məktəbi fəaliyyət göstərir. Məktəbdə həftədə bir dəfə ibadətdən sonra uşaqlara "Bibliya", xor və ikonoqrafiya dərsləri tədris edilir. Məktəb müəyyən şəraitə görə Azərbaycan dilini bilməyən və buna görə də sosial, siyasi, mədəni və iqtisadi tədbirlərdə iştirak etməkdə çətinlik çəkən Azərbaycan cəmiyyətinin rusdilli təbəqəsi üçün Azərbaycan dilinin öyrənilməsi üzrə pulsuz kurslar təşkil etmişdir. Bu proqram Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iştirakı ilə həyata keçirilmişdir. Fondun ləğv edilməsindən sonra kurslar dayandırılmışdır. Kilsə 2019-cu ildə könüllülərin iştirakı ilə 10-11-ci sinif şagirdləri üçün kompüter savadlılığı kursları və orta məktəbin həm kiçik, həm də yuxarı sinif şagirdləri üçün ədəbiyyat kursları layihəsinə start vermişdir. 2020-ci ildə karantin rejimi ilə əlaqədar olaraq dərslər müvəqqəti olaraq dayandırılmışdır.

23 iyun 2023-cü ildə Kazan və Tatarıstan mitropoliti Kirill və Bakı yeparxiyasını müvəqqəti idarə edən Pyatiqorsk və Çərkəzistan arxiyepiskopu Feofilakt Arxangel Mixail kilsəsini ziyarət etmişdilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ