Cümə günü, 06 noyabr 2026
     

İcbari Tibbi Sığorta paketinə daxil xəstəliklərdə ixtisar aparılacaq - nələr çıxır?

Image


İlqar Hüseynli: “...Hansı xəstəliklərin çıxarılıb-çıxarılmaması hüquqi şəxs kimi agentliyin səlahiyyətlərinə daxildir”

Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib ki, gələn il ola bilər ki, bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarılsın.

O qeyd edib ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir: “Və bugünə qədər də bu proses belə davam edir. Xidmət TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir. TƏBİB də o büdcə daxilində o xidmətlərin qarşılığını, mövcud olan xidmətləri verir".

Nəzərə çatdırılıb ki, büdcənin azalması ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr hələ davam edəcək: "Ölkəmizdə sığortalı və sığortasız kütlə yaradılıb. Sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab olunacaq. Və buna görə də, vətəndaşların bu bölgüsü ilə bağlı İcbari Tibbi Sığorta Agentliyində müzakirələr aparılır. İlin sonuna qədər nəticələr bəlli olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Vətəndaşlarımız gözləyirlər ki, İcbari Tibbi Sığorta zərfi hələ daha da genişlənəcək, zərfə yeni xidmətlər əlavə ediləcək, amma rəsmi məlumatlar bunun əksini göstərir. Yəni TƏBİB rəhbəri deyir ki, xidmətlər azalacaq.

Söhbət hansı xəstəliklərdən gedə bilər və niyə?

Siyahı təsdiq olunduqdan sonra bütün...”

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Bakı-Xəbər”ə bildirildi ki, 2026-cı ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır. “Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alır.

Eyni zamanda, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.
Hazırda pozitiv siyahı hazırlanır. Bu siyahıya ürək-damar xəstəliklərində istifadə olunan antihipertenziv dərmanlar daxil ediləcək. Siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar - təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.
Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər.
Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri - elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir”-deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib .

“Vətəndaşların gözləntiləri o idi ki, İcbari Tibbi Sığorta zərfinə daxil olacaq xəstəliklərin sayı daha da artırılacaq”

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə “İcbari Tibbi Sığorta Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi kifayət qədər azaldılıb. Digər tərəfdən, xidməti həyata keçirən həkimlərin, tibb işçilərinin əməkhaqqlarının, sosial təminatlarının yaxşılaşdırılması məsələsi gündəmdə olduğu bir vaxtda büdcədən ayrılan vəsaitin azaldılması, görünür ki, İcbari Tibbi Sığorta Agentliyini bu və başqa məsələlərlə, büdcənin idarə olunması, maliyyə vəsaitinə qənaət edilməsi ilə bağlı belə bir məcburi addım atmağa gətirib çıxarıb. Fikrimcə, İcbari Tibbi Sığorta zərfindən hansı xəstəliklərin çıxarılacağı ilə bağlı məsələ Agentliyin özünün verəcəyi qərarla bağlıdır. Vətəndaşların gözləntiləri o idi ki, İcbari Tibbi Sığorta zərfinə daxil olacaq xəstəliklərin sayı daha da artırılacaq. Xüsusilə cəmiyyətin gözləntisi ondan ibarətdir ki, onkoloji xəstəliklər tamamilə bu zərfə daxil edilsin, onkoloji xəstələr bu zərfdən yararlansın.

Gözləntilərimizin bu olduğu dönəmdə hansısa xəstəliklərin xidmət zərfindən çıxarılması ürəkaçan deyil”-deyə bildirdi.

İ.Hüseynlinin fikrincə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bir məsələni çox düzgün qeyd edib ki, TƏBİB İcbari Tibbi Sığortanın xidmətlərini yerinə yetirən qurumdur. “Yəni İcbari Tibbi Sığortanın qarşıladığı zərfə daxil etdiyi xəstəliklərin sərhədləri çərçivəsində TƏBİB-ə daxil olan klinikalar həmin xidmətləri yerinə yetirir və onun ödənişini İcbari Tibbi Sığortadan alır. Onun da müqabilində xidmətləri yerinə yetirir. Əgər sabah İcbari Tibbi Sığorta zərfinə daxil olan xəstəliklərin sayının azalmasında, ödənişlərin təminatında hansısa problem yaranacaqsa, bu bilavasitə agentliyin məsuliyyət məsələsidir.

Vətəndaş xidmətin keyfiyyətindən narazı olarsa, bu artıq TƏBİB-ə bağlı bir məsələ olacaq. Ona görə də, düşünürəm ki, həmin vəsaitin azalması bu məsələdə bu və digər xəstəliklər və xidmətlər, onların qiymətləri ətrafında da müəyyən monpulyasiyalara yol aça bilər.

Tutaq ki, diaqnostik məqsədlərlə elə xidmətlər var ki, onların qiymətlərini endirməklə digər xidmətlərin saxlanılmasına nail olmaq olar. Bununla bağlı Vüqar Qurbanov da müsahibəsində bildirib ki, bu hələ müzakirə olunacaq, bu konkert olaraq o demək deyil ki, İcbari Tibbi Sığorta zərfinə daxil olan xəstəklərin əksəriyyəti zərfdən çıxarıla bilər. Düşünürəm ki, bu belə olmayacaq.

Bir məsələ də var ki, indiyə qədər İcbari Tibbi Sığortadan işləyən, işləməyən, yəni bütün vətəndaşlar yararlana bilirdi. Biz işləyirik və əməkhaqqımızdan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin büdcəsinə müəyyən faizlər ödəyirik. Amma elə vətəndaşlarımız var bu ödənişləri edə bilmir, çünki işləmirlər, yaxud təqaüdçüdürlər, yaşlıdırlar, əmək müqaviləri yoxdur və sair. Belə başa düşürəm ki, növbəti ildə bu insanların tibbi sığorta xidmətlərindən istifadəsində problemlər yaranacaq. Bu barədə də düşünmək lazımdır. Çünki dünyanın əksər inkişaf etmiş ölkələrində belə bir məhdudiyyət yoxdur. Tutaq ki, yaşlı, həm də təqaüdçü bir adam hansı mənbədən icbari tibbi sığortaya ödənişlər edəcək? Əgər ödənişlər edə bilməyəcəksə bunun hüquqları niyə pozulmalıdır? Vaxtilə işləyib, Azərbaycan dövlətinin, cəmiyyətinin qurulması istiqamətində əmək sərf edib. Yaxud evdar anadır, heç bir yerdə işləməyib, 5-6-7 uşaq dünyaya gətirib tərbiyə edib, ərsəyə çatdırıb cəmiyyətə verib. Bütün bunların müqabilində onun sığortalanması sual altında ola bilərmi? İndiki yanaşmalarda ola bilər. Amma düşünürəm ki, bu da sosial bərabərlik prinsiplərinin pozulması olacaq. Hər halda, TƏBİB icraçıdır. İcbari Tibbi Sığorta zərfindən hansı xəstəliklərin çıxarılıb-çıxarılmaması hüquqi şəxs kimi agentliyin səlahiyyətlərinə daxildir”.

İ.Hüseynli qeyd etdi ki, eyni zamanda bu məsələ ilə bağlı həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in rəyi nəzərə alınmalıdır, həm də beynəlxalq təcrübə ilə yaxından tanış olunmalıdır: “Son dərəcə həyati əhəmiyyətli göstərişləri olan xəstəliklər İcbari Tibbi Sığorta zərfində saxlanılmalıdır, onkoloji və digər ağır xəstəliklər isə bu zərfə daxil edilməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ