Cümə günü, 06 noyabr 2026
     

9 ayda ixtisar edilmiş 8 min iş yerinin 53 faizi dövlət sektoruna aiddir...

Image


Bu ilin ilk üç rübü üzrə bağlanmış 8,2 min iş yerlərinin 52,46 faizinin (4,3 min nəfərinin) dövlət sektorunun payına düşməsi ölkədə məşğulluq siyasətinin nə dərəcədə ziddiyyətli aparıldığını açıq şəkildə göstərir.

Özəl sektorun işsizliklə mübarizə aparmaq kimi rəsmi öhdəliyi yoxdur, bu, dövlətin sosial-iqtisadi funksiyalarından biridir. Lakin paradoks ondadır ki, işsizliyin qarşısını almağa cavabdeh olan dövlət sektoru həmin dövrdə iş yerləri bağlanması üzrə əsas “lider” olub. Bu, sadəcə statistik anomaliya deyil, mövcud idarəetmə və iqtisadi modelin struktur problemlərindən qaynaqlanan real nəticədir. Hökumətin büdcə hesabına yerli-yersiz yeni iş yerləri açması isə problemləri qısa müddətə “örtmək”dən başqa rol oynamır və uzunmüddətli perspektivdə səmərəli məşğulluq siyasəti sayıla bilməz. Əsas diqqət özəl sektorda iş yerlərinin artımına və bunun hesabına vergi subyektlərinin sayının yüksəlməsinə yönəlməli olduğu halda proses tam əks istiqamətdə gedir.

Dövlət sektorunda iş yerlərinin bağlanmasının səbəbləri bir neçə əsas istiqamətdə formalaşır. Əvvəla, ştatların optimallaşdırılması adı ilə aparılan struktur islahatları bir çox qurumda əməkdaşların ciddi ixtisarına gətirib çıxarır. Məsələn, İqtisadiyyat Nazirliyi ilə bağlı bir neçə agentlik tək qurum altında birləşdirilir, əvvəl ümumilikdə 150 nəfərin çalışdığı üç qurum üçün yeni strukturda sadəcə 80 ştat təsdiq edilir. Optimallaşdırma kimi təqdim olunan bu addım faktiki olaraq 70 nəfərin iş yerinin bağlanması deməkdir. Bundan başqa, dövlət müəssisələrinin bir qismi illərlə zərərlə işləyir və büdcədən maliyyələşmə tələb edir. Kiçik rayonlardakı bəzi zavod və müəssisələr buna tipik nümunədir. Büdcəyə düşən yükü azaltmaq üçün bu müəssisələrdə şöbələr bağlanır, əməkdaşların 30-40 faizi ixtisara düşür və nəticədə məşğulluq göstəriciləri daha da pisləşir.

Rəqəmsallaşma prosesi də müəyyən mənada iş yerlərinin azalmasına səbəb olur. Əvvəllər sənəd qəbulunda 20 operatorun çalışdığı xidmət mərkəzində elektron sistem qurulduqda müraciətlərin əksəriyyəti onlayn həyata keçirilir, canlı müraciətlər azalır və 20 operatorun 12-si artıq əmək fəaliyyətinə ehtiyac olmadığı üçün işdən azad edilir. Beləliklə, xərclərin optimallaşdırılması dövlətin məqsədi olsa da, nəticədə iş yerlərinin bağlanmasına yol açır.

Özəl sektorun zəifləməsi və vergi yükünün artması da iqtisadiyyatda məşğulluğa mənfi təsir göstərir. Kiçik və mikro-sahibkarlıq üçün vergi yükünün artması bir çox biznesin fəaliyyətini davam etdirməsini mümkünsüz edir. Məsələn, aylıq dövriyyəsi 10 000 AZN olan kiçik bir restoran 14 faiz vergi ödəyərkən 1 400 AZN ödəyirdi, dərəcə 18 faizə qalxdıqda vergi məbləği 1 800 AZN olur. Sahibkar ya qiymətləri artırmalı, ya xərcləri azaltmalı, ya da biznesi bağlamalıdır. Nəticədə, çoxsaylı kiçik iaşə obyektləri məhz bu səbəbdən fəaliyyətini dayandırır. Vergi tətbiq mexanizmlərinin qeyri-sabit olması da özəl sektoru zərbə altında qoyur. Məsələn, sahibkar əvvəlki qaydalara uyğun olaraq vergiləri ödədiyi halda yeni təlimatların tətbiqi ilə birdən-birə əlavə ödənişlər və cərimələrlə qarşılaşır. Bu qeyri-müəyyənlik sahibkarın fəaliyyəti planlaşdırmasını çətinləşdirir və bir çoxları işi kiçiltməyə, filial açmamağa və hətta, bazardan çıxmağa məcbur olur. Vergi bazasının daralması mexanizmi isə prosesi daha da ağırlaşdırır. Əgər bir rayonda əvvəl 100 sahibkar fəaliyyət göstərir və 50 min AZN vergi ödəyirdisə, vergi yükünün artırılması nəticəsində 40 sahibkar fəaliyyətini dayandırdıqda 60 sahibkar qalsa belə, artan dərəcələrə baxmayaraq ümumi vergi gəlirləri azalır və büdcə gəlirləri gözlənilən effekti vermir.

Hökumətin öz sektorunda iş yerlərini qorumaması da bir neçə səbəbdən qaynaqlanır. Əsas faktor xərclərə qənaət prinsipinin məşğulluqdan üstün tutulmasıdır. Məsələn, dövlət müəssisəsində 500 işçi çalışırsa və onların yalnız 250 nəfərinin real iş yükü varsa, hökumət ştat sayını 300-ə endirməklə maaş fondunu 40 faiz azalda bilir, lakin 200 nəfərin işsiz qalması mənfi sosial nəticələr doğurur. Dövlət sektorunda məhsuldarlığın aşağı olması da ixtisarları stimullaşdırır. Əgər 10 nəfər gündəlik 20 sənəd emal edirdisə və yeni sistem eyni işi 15 nəfərin görməsinə imkan verirsə, hökumət qalan 5 nəfərin saxlanmasını məqsədəuyğun hesab etmir. Özəl sektorun yetərincə inkişaf etməməsi isə bu prosesin daha da ağır nəticələr doğurmasına səbəb olur. Normal iqtisadi modeldə özəl sektor ildə minlərlə yeni iş yeri açır və dövlətin bağladığı bir neçə yüz iş yeri balanslaşdırılır. Lakin Azərbaycanda özəl sektor illik yalnız 200–300 yeni iş yeri yaradırsa və dövlət eyni dövrdə minlərlə iş yerini bağlayırsa, balans pozulur və işsizlik artır.

Bu prosesin tərsinə getməsi isə digər ölkələrin təcrübəsi ilə müqayisədə daha aydın görünür. Polşa və Estoniya kimi ölkələrdə vergi dərəcələrinin sadələşdirilməsi, nəticədə vergi yükünün azaldılması, sahibkarlığa kredit və güzəştlərin genişləndirilməsi daha çox şirkətin yaranmasına səbəb olub. Vergi bazası genişləndiyi üçün büdcə gəlirləri də vergi dərəcələrini artırmadan çoxalıb. Azərbaycanda isə əks model tətbiq edilir: büdcə kəsiri yarananda vergi dərəcələri artırılır, sahibkarlar artan yükə dözməyib fəaliyyətini dayandırır, vergi subyektlərinin sayı azalır və növbəti il hökumət yenidən vergi dərəcələrini artırmağa məcbur olur. Bu, iqtisadiyyatda “geriləmə spiralı” yaradır və özəl sektorun davamlı fəaliyyətini daha da zəiflədir.

Bütün bunların fonunda hökumətin prosesi tərsinə çevirməsi üçün mümkün iqtisadi mexanizmlər mövcuddur. Əgər sadələşdirilmiş vergi 4 faizdən 2 faizə endirilsə, minlərlə kiçik biznes yenidən fəaliyyətə qayıda bilər və vergi bazası genişləndiyi üçün büdcə gəlirləri artar. Türkiyədə bu model özünü doğruldub. Kiçik və orta biznes üçün vergi güzəştləri, sosial sığorta ödənişlərində endirimlər və güzəştli kreditlər KOB-ların sayını artırmaq üçün effektiv mexanizmdir. Gürcüstanda bu siyasət KOB-ların payını 70 faizə qədər yüksəldə bilib. Dövlət sektorunda optimallaşdırmanın birdəfəlik deyil, mərhələli şəkildə aparılması da sosial zərbəni azaldar. Məsələn, 5 000 ştatın bir ildə bağlanması əvəzinə bunun üç il ərzində mərhələli şəkildə həyata keçirilməsi və paralel olaraq özəl sektorun genişlənməsi üçün stimulların verilməsi işsizliyin təsirlərini minimuma endirə bilər.

Nəticə etibarilə, dövlət sektorunda iş yerlərinin kəskin azalması və özəl sektorun vergi yükündən zəifləməsi bir-birini qidalandıran iki əsas problemdir. Mövcud iqtisadi model vergi dərəcələrinin artırılması hesabına büdcə doldurmağa çalışdığı üçün həm vergi bazası daralır, həm də məşğulluq azalır. Halbuki, dövlət öz sektorunda iş yerlərini qorumaqla yanaşı, özəl sektorun inkişafı üçün şərait yaratsa, həm işsizlik azalardı, həm də büdcə gəlirləri vergi dərəcələrini yüksəltmədən artardı. Hazırkı vəziyyət göstərir ki, problemin kökü tək bir qərarda deyil, bütöv sistemin tərsinə işləyən mexanizmindədir və effektiv həll yalnız bu mexanizmin dəyişdirilməsi ilə mümkün ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ