Cümə günü, 06 noyabr 2026
     

ZƏFƏR TARİXİMİZƏ SALINMIŞ İŞIQ

Image


“Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm!”
İlham ƏLİYEV

Həmişə bu qənaətdə olmuşam ki, o şeiri ki oxuyandan sonra onun misraları, bəndləri beyninə həkk olunub qalır, o əsəri ki oxuyub bitirəndən sonra ya oyrəndiklərini kiməsə danışmaq istəyirsən, ya da sən də nəsə yazmaq istəyirsən, deməli, oxuduğun şeir də, əsər də çox güclü olub. Burada əsər sözündən istifadə edəndə mən yalnız bədii yaradıcılıq nümunələrini deyil, elmi tədqiqatın məhsulu olan işləri də nəzərdə tuturam. Çünki V.İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” (Bakı, Hüquq və İnsan Haqları İnstitutu nəşri, 2025, 465 səh.) kitabının yalnız adını dəyişib elmi üslub qəlibinə salsan, onun istər siyasi, istərsə də hüquq üzrə samballı bir doktorluq dissertasiyası olduğuna zərrə qədər şübhəm yoxdur. Giriş var, nəticəni özün hasil edirsən, istifadə olunmuş ədəbiyyat siyahısı səhifəaltı istinadlarda yerini alıb.

44 günlük müharibə və ümumiyyətlə şanlı zəfərimiz Azərbaycanın bütöv tarixinin ən əzəmətli dövrü, deyərdim ki, mərhələsidir. Hesab edirəm ki, Azərbaycan tarixinin dövrləşdirməsində bu mərhələ özü öz yerini tutmuşdur. Bu dövr Ulu Öndər Heydər Əliyevin qayıdışından başlanır və böyük qayıdışımız başa çatanda tamamlanacaqdır. Şükür ki, qayıdışımız da sürətlə gedir, güman etmirəm ki, çox uzun çəksin. Böyük qayıdışdan sonrakı dövrün necə adlanacağı barədə fikir söyləməyə isə hələlik ehtiyac hiss etmirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş, 15.06.2020 tarixdə keçirilmiş iclasında dövlət başçısı demişdir: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Azərbaycan Prezidenti 44 günlük müharibə və ondan sonrakı çıxışlarında da bu kontekstdəki bəzi fikirlərini xatırlatmışdır. Heç bir mübaliğə olmadan demək olar ki, Ali Baş Komandan cənab İlham Əliyevin “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm!” cümləsi də artıq görkəmli dövlət başçılarının, diplomatların, sərkərdələrin kəlamları, məna tutumu, məna çəkisi ağır olan fikirləri sırasında artıq öz yerini tutmuşdur. Belə fikirlərin mənası həmişə onların səslənməsindən xeyli sonra başa düşülür. V.İbayevin kitabının əsas məziyyətləri, elmi dəyəri də Ali Baş Komandanın çıxışlarını, bu çıxışlardakı fikirləri məhz beynəlxalq hüquq, beynəlxalq hümanitar hüquq, diplomatiya və hərb elmi müstəvisində təhlil edərək onların sambalını, məna yükünü oxşar vəziyyətlərə düşmüş görkəmli şəxsiyyətlərin çıxartdıqları nəticələrlə, vəziyyəti qiymətləndirdikləri fikirlərlə paralellər aparmaqla aşkara çıxarmış, təsdiq etmişdir. Bu yerdə sözlərimin sübutu üçün adıçəkilən kitabdan konkret fraqmentlərə istinad etməyi lazım bilirəm.

V.İbayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan vətəndaşlarını birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsi” müddəasına əsaslanaraq yazır: “İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verdiyi ərəfədə Ermənistan tərəfi yenə də özlərinin acizlik və nifrətə əsaslanan sifətlərini nümayiş etdirərək, mülki əhalini hədəfə almış və cəbhədə uğradıqları məğlubiyyətin əvəzini mülki əhalidən çıxmağa cəhd etmişdi. Gəncədə yaşayış evlərinin, Tərtərdə qəbristanlıqda dəfn mərasimində iştirak edənlərin raket atəşinə tutulması ermənilərin öz işğalçılıq niyyətlərindən əl çəkmək fikirlərində olmadıqlarına dəlalət edirdi. Mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər həlak olmuş, 222 mülki şəxs yaralanmış, 2 minə yaxın ev dağıdılmışdır. Gün ərzində Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşmüşdür, bu cür hücumlar yenə davam edirdi. İlham Əliyev qeyd edirdi ki, nə qədər mərmi düşürsə-düşsün, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var, bu da Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir”. Müəllif bu yerdə Peloponnes müharibəsində baş komandan Paqonun həmvətənlərinə söylədikləri ilə müqayisə apararaq yazır: “Peloponnes müharibəsindən söhbət açan Fukidid yazır ki, afinalılar beotiyalıların torpaqlarına daxil olduqda baş komandan Paqon beotiyalılara müraciətlə dedi: “Beotiyalılar! Hərbi rəislər kimi bizlərdən heç kim belə bir fikrə yol verməməlidir ki, biz afinalıları öz torpaqlarımızda yaxalaya bilməsək belə, onlarla döyüşməli deyilik. Axı onlar sərhəddən bizim torpaqlara daxil olmuş, Beotiyanı qarət etmək məqsədilə bizim torpaqlarda istehkamlar qurmuşlar. Buradan belə nəticə çıxır ki, bizim onları harada tapmağımızdan, onların düşmənçilik məqsədilə haradan gəlmələrindən asılı olmayaraq, onlar bizim düşmənimizdir. Əgər kimsə əvvəllər hesab edirdi ki, bizim üçün düşmənin üzərinə getməmək daha təhlükəsizdir, indi qoy, fikrini dəyişsin. Çünki ehtiyatlılıq və tədbirlilik öz-özlüyündə nə qədər gözəl keyfiyyətlər olsa da, düşmən qapının qarşısında və doğma torpaq təhlükədə olduqda, acgöz düşmənin evdə oturub hər hansı quldur hücumu rahat fikirləşib hazırladığı kimi çox düşünməyə ehtiyac qalmır... Çünki qonşulara qarşı durmaq bacarığı həmişə azadlığın təminatıdır. Biz başqalarının torpaqlarını ələ keçirməyə can atanlarla son imkanlarımıza kimi necə vuruşmaya bilərik?... Allahın afinalıların 236 237 zəbt edib və vicdansızcasına özlərinin qalalarına çevirdikləri müqəddəs yerlərimizin köməyinə güvənərək düşmənin üzərinə getməliyik” (İbayev, 2025, sıh. 236-237).

Doğrudan da çox da uzaq olmayan tariximizdə və ondan əvvəl də oxşar vəziyyətin mövcud olduğuna hər birimiz şahid olmuşuq. Xalq düşmənlərinin hərəkətinə cavab vermək istəyirdi və hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Ancaq bu əmri vermək üçün əvvəlcə hazırlaşmaq, hazır olmaq, baş verəcəkləri dəqiq hesablayıb qərara gəlmək vacib idi. Qarabağ müharibəsi Ali Baş Komandanımızın qəbul etdiyi qərarların nə dərəcədə düzgün olduğunu, onun komandan kimi qətiyyətini, vəziyyəti qiymətləndirmə məharətini nümayiş etdirdi, “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm!” fikrinin doğruluğunu birmənalı şəkildə təsdiq etdi.

Kitabda Çigizxan, Qay Yuli Sezar, Teymurləng, Napaleon, Suvorov və başqa ən görkəmli sərkərdələrin təcrübəsi, döyüşü təşkil etmək, qələbə qazanmaq, heyrətamiz qərarlar qəbul etmək keyfiyyətləri ilə bağlı paralellər, müqayisələr və onların əsasında aparılan təhlillər tədqiqatçının böyük zəhmətinin və dərin savadının göstəriciləri kimi diqqəti cəlb edir.

Fikrimizcə, bu monoqrafiyanın elmi dəyəri, hər şeydən əvvəl, Ali Baş Komandan İlham Əliyevin adı ilə tarixə yazılmış 44 günlük Qarabağ müharibəsində hərb sənətinə, siyasətə, diplomatiyaya yeni yanaşmaları açıb aşkara çıxarması ilə bağlıdır. Monoqrafiyada ortaya qoyulmuş problemlərin, məsələlərin dairəsi o qədər geniş və rəngarəndir ki, onu qiymətləndirmə, ona münasibət bildirmə çox geniş təhlil tələb edir. Bununla belə, monoqrafiyanın ən ümdə məziyyətlərindən biri onun içindəkilərinin onun dəyərini ardıcıl olaraq aşkara çıxarmasını vurğulamaq və kitabdan fraqmentləri oxucuya təqdim qeyd etmək də olar.

Maks Veberin siyasət və mənəviyyatın qarşılıqlı nisbəti ilə bağlı insanın siyasi keyfiyyətlərinə müstəsna dəyər verməsini xatırladan müəllif onun siyasətçi üçün üç böyük həvəs, məsuliyyət hissi və məsafəni gözəyarı ölçmə kimi keyfiyyətləri əsas götürməsini diqqət mərkəzinə çəkərək Türkiyənin “A Haber” televiziyasının jurnalistinin nə qədər ərazinin, hansı yaşayış məntəqələrinin azad etməsi haqqındakı sualına cənab İlham Əliyevin “Bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldırmaqdır …müharibənin öz qaydaları, öz qanunları var… ən önəmlisi strateji yüksəklikləri götürməkdir. Çünki bu yüksəklikləri götürərkən biz daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq” cavabını yada salaraq yazır: “Böyük sərkərdə Sezar döyüş əməliyyatlarında ümumi məqsədə çatmaq üçün düzgün mövqe seçməyə, yüksəklikləri tutmağa böyük önəm verirdi: “Yüksək sürətli hərəkət Sezarın istənilən hərbi kampaniyası üçün səciyyəvi idi. Digər sərkərdələr əsgərlərin gücünü həlledici vuruşmalar üçün saxlayırdılarsa, o, əsgərləri tərəddüd etmədən sürətlə irəli aparırdı. Nəticədə, nəzərdə tutulan yerə birinci gələrək, gələcək döyüş meydanını müstəqil seçmək imkanı sarıdan üstünlük əldə edir və əsas yüksəkliyi tuturdu. Hərbi işdə bunun çox vaxt həlledici əhəmiyyəti vardı”. …Döyüş əməliyyatlarının aparılmasına İlham Əliyevin yanaşması onun Ali Baş Komandan kimi hərbi sahədə kifayət qədər biliklərə malik olması, müharibənin mahiyyətini dərindən bilməsi, mürəkkəb döyüşlərin gedişini və nəticələrini qabaqcadan görmək bacarığından xəbər verirdi. İlham Əliyev üçün də əsas ideya tez-tələsik hər hansı ərazinin ələ keçirilməsi deyil, cəbhədə üstünlüyün, üstün mövqelərin əldə olunması, hərbi əməliyyatlar zamanı düşmənin sıradan çıxarılması, onun texnikasının məhv edilməsi idi.

Müxbirin “Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?” sualına cavab verərkən İlham Əliyev qeyd etdi ki, “İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi”. Lakin jurnalist unudurdu ki, müharibədə sərkərdələr tərəfindən bu cür suallar cavablandırılmır. N.Makiavelli döyüşlərdən qabaq sərkərdənin sirri saxlaması ilə bağlı yazırdı: “B.e.ə. 80-78-ci illərdə Metel İspaniyada Sertoriyaya qarşı qoşun rəisi kimi döyüşdüyü vaxt kimsə Meteldən sabah nə etməyi düşündüyünü soruşur. Metel cavab verir ki, “Əgər bu haqda mənim köynəyimin məlumatı olsaydı, mən onu yandırardım”. Mark Krassın döyüşçülərindən biri ondan qoşunun nə vaxt hücuma keçəcəyini soruşur. Krass: “Düşünürsən ki, bircə sən şeypur səsini eşitməyəcəksən”, – cavabını verir".

“Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm!” kəlamındakı həqiqətin isbatı üçün deyilənlər yetərlidir. Zəfər tariximiz, Qarabağ müharibəsi haqqında bundan sonra da çox kitablar yazılacaq. Mənə qalsa, bu barədə yazılmış və yazılacaq kitablarıın ən yaxşılarını, ən qiymətlilərini bir rəfdə düzmək istəsək, onlardan birincisi Ulu Öndərin, ikincisi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin birbaşa və ya dolayısı ilə bu tarixlə bağlı olan məruzə və çıxışlarını bir yerə toplamış kitab olmalıdır. Həmin rəfdə “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının yeri, fikrimcə, üçüncüdür. Sonrakı yerlərdə duracaq kitablardan danışmaq istəyəndə isə Azərbaycan Prezidentinin Milli Akademiyanın 80 illik yubileyindəki çıxışından bir cümləni yada salmaqla kifayətlənmək olar: “Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Cəmaləddin RƏHMANOV
Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ