Cümə günü, 06 noyabr 2026
     

“19 yaşda 10-cu sinifdə oxumaq onun günahı deyil” - Naxçıvan təhsil nazirinin özbaşınalığı bitmir...

Image


Sədaqət Tağıyeva: “Naxçıvan şəhər İnzibati Məhkəməsinin çıxaracağı qərarın xeyrimə olacağına, təhsilimi Şərurda davam etdirəcəyimə inanıram”

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə 8 il təhsil alan, 9-cu sinfi Azərbaycanda - Bakı şəhəri Suraxanı rayonundakı 89 saylı tam orta məktəbdə bitirən və Bakıda 9 illik təhsilini başa vuraraq attestatını götürüb doğma yurdu Şərura qayıdaraq 10-11-ci sinifləri orada təhsil almaq istəyi ilə Naxçıvan Muxtar Respublikanın Təhsil Nazirliyinə müraciət edən, lakin müsbət cavab almayan Tağıyeva Sədaqət İntiqam qızının üzləşdiyi problem barədə yazmışdıq.

Onu da qeyd etmişdik ki, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Tağıyeva Sədaqət İntiqam qızının 18 yaşında olduğuna görə məktəbə qəbulunun qeyri-mümkün olduğunu, Bakıda verilən attestatın isə saxta olduğu bildirib.

Sədaqət Tağıyevanın Şərur rayonunda 10-11-ci siniflərdə oxuması təmin olunmasa da, o, hazırda Sabunçu rayonun Kürdəxanı qəsəbəsindəki məktəblərdən birində 10-cu sinifdə oxuyur. Amma onun arzusu təhsilini doğma rayonunda davam etdirməkdir.

“Bütün aidiyyəti qurumlardan hüquqlarımın bərpa olunmasına dəstək göstərmələrini xahiş edirəm”

Sədaqət Tağıyeva “Bakı-Xəbər”ə müsahibəsində bildirdi ki, əslən Şərur şəhərindəndir, valideynləri işləmək məqsədilə qardaş Türkiyəyə gedib, o da 2006-cı ildə İstanbul şəhərində doğulub. Ailəsinin sosial vəziyyətinin pis olduğunu deyən Sədaqətin sözlərinə görə, birinci sinfə gec getməsinin də kökündə ailəsinin durumu, sənəd problemi və sair durur: “Valideynlərim sosial şəraitlərinin pis olması, imkansızlıq səbəbindən Türkiyəyə köçüblər, mən də orda doğulub böyümüşəm. Şəxsiyyətimi təsdiq edən sənədim olmadığı üçün Türkiyədə məktəblərə gedə bilmədim. İstanbulda Hüseyn Cavid adına məktəb açılanda 1-ci sinfə getdim. 1-ci sinfə 11 yaşımda getmişəm. 11 yaşımda 1-ci sinfə getmək mənim günahım deyil ki... Kaş ki, mən də başqa uşaqlar kimi 6 yaşımda məktəbə gedəydim.

8-ci sinfi İstanbulda Hüseyn Cavid adına məktəbdə bitirdikdən sonra Naxçıvana qayıtdım. Təhsilimi davam etdirməyim üçün Şərur rayon təhsil şöbəsinə müraciət etdim. Ordan da mənə şifahi şəkildə dedilər ki, sənin 18 yaşın tamam olub, icbari məktəb yaşını davam etdirə, əyani şəkildə təhsil ala bilməzsən. Sonra şöbəyə yazılı müraciət edib bildirdim ki, heç vaxt təhsildən yayınmamışam, ardıcıl şəkildə məktəbə getmişəm. Şərur rayon təhsil şöbəsindən “yox” cavabı aldıqdan sonra Bakıya gəlməyə məcbur oldum. Ailəmiz çox imkansızdır, aztəminatlıdır. Bakıya gəlməklə onları da maddi cəhətdən çətin vəziyyətdə qoydum. Bakı Şəhər Təhsil İdarəsinə ərizə ilə müraciət etdim, ərizəmi qəbul etdilər, bilik səviyyəmi müəyyən etmək məqsədilə 258 saylı məktəbdə imtahan verdim, nəticələrim çox yaxşı oldu, komissiyadan keçdim. Suraxanı rayonundakı 89 saylı məktəbdə 9-cu sinfi oxudum və təhsilimi bitirib attestatımı aldım. Sonra yenə də Naxçıvana qayıtdım. Yenə də Şərur rayon təhsil şöbəsinə müraciət etdim ki, 10-11-ci sinifləri öz rayonumda davam etdirməyimə şərait yaratsınlar. Şöbə ərizəmi götürsə də, sonra mənə bildirildi ki, Naxçıvanın Təhsil Nazirliyindən imtina verilib. Dedilər ki, səbəbini nazirliyin özündən öyrənin. Nazirliyə getdik, nazirin özünün də qəbulunda olduq, nazir mənə attestatımın “etibarsız” olduğunu bildirdi, saxta olduğunu dedi. Mənə orda qeyri-rəsmi qurumda təhsil aldığım və buna görə də 9-cu sinfi Bakıda oxumamalı olduğum bildirildi. Nazirliyin mənfi cavabından sonra yenə Bakıya gəldim, hazırda Kürdəxanı qəsəbəsində 113 nömrəli məktəbdə 10-cu sinifdə oxuyuram”.

Sədaqət deyir ki, bir məsələni heç cür anlaya bilmir - Azərbaycanın bir tərəfində ona təhsilinin davam etdirilməsi üçün heç bir maneə törədilmir, əksinə, imkanlar açılır, amma Azərbaycanın başqa bir tərəfində onun orta məktəbi başa vurmasına süni əngəllər törədilir. “Mənə müəmmalı qalan budur ki, Bakıda heç bir problemlə qarşılaşmadan təhsilimi davam etdirə bilirəm, amma Naxçıvanda etdirə bilmirəm. Bura da Azərbaycandır, ora da. Amma bu fərq niyə var? Anlaya bilmirəm”. Hüseyn Cavid adına məktəbdə oxuyub sonra Azərbaycana köçən başqa şagirdlərin də Naxçıvanda analoji münasibətlə üzləşdiyini deyən S.Tağıyeva qeyd etdi ki, Hüseyn Cavid adına məktəbdə çox yüksək səviyyədə dərs keçilir, şagirdlərin heç biri hazırlığa getmir. S.Tağıyevanın sözlərinə görə, o şagirdlər də vaxtilə imkansızlıq üzündən onun kimi məktəbə gec gedənlərdir və indi Naxçıvanda onlara da deyilir ki, məktəbdə oxuya bilməzsiniz, yalnız eksternat imtahanlar yolu ilə 11 illik attestat ala bilərsiniz. “Onlar da mənim kimi məktəbə gec gediblər. Naxçıvan Təhsil Nazirliyinin bu mənfi münasibəti bizim üçün həm də bir psixoloji basqı oldu. Mənə psixoloji basqılar göstərildi. Ümumiyyətlə, bu münasibətlə razılaşmıram və sona qədər hüquqlarımın bərpası uğrunda mübarizə aparacağam.

Noyabrın 13-də Bakı Şəhər Təhsil İdarəsində oldum. Mən Naxçıvanda orta təhsilimi davam etdirməklə bağlı pozulmuş hüquqlarımın bərpasına nail olmaq üçün oktyabr ayında Naxçıvan şəhər İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmədən də Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. Naxçıvan Təhsil Nazirliyi ilə yanaşı Bakı Şəhər Təhsil İdarəsi də məhkəmənin sorğusuna cavab verməlidir. Naxçıvanın İnzibati Məhkəməsinə gedəcək rəyin-cavabın bir nüsxəsini biz götürməliyik. Ona görə ora getmişdim. Ümidim var ki, Bakı Şəhər Təhsil İdarəsi mənimlə bağlı müsbət rəy verəcək.

Naxçıvan şəhər İnzibati Məhkəməsinin çıxaracağı qərarın xeyrimə olacağına, təhsilimi Şərurda davam etdirəcəyimə inanıram. Məqsədim odur ki, Şərurda oxuyum. Burda bizim evimiz yoxdur, sağ olsun, bibimlə birgə Şərqiyyə müəllimənin evində qalırıq, o bizə böyük dəstək göstərir. Amma Şərurda evimiz var, ora qayıtmaq, orda oxumaq istəyirəm. Biz maddi imkanı məhdud ailəyik. Əgər qalacaq yerimiz olmasaydı biz burada kirayədə yaşamağa məcbur olardıq. Bu isə valideynlərimin yükünü daha da ağırlaşdırardı”.

S.Tağıyevanın eksternat imtahan vermək istəməməsinə gəlincə, o bildirdi ki, bu tip imtahan təhsildən kənar qalmış, təhsilinə ara vermiş şəxslərə aiddir, onun isə təhsili davamlı olub. “Mən təhsilimə fasilə verməmişəm, davamlı olaraq oxumuşam, məktəbə 11 yaşımda getsəm də, 9 il oxumuşam, indi də 10-cu sinifdə oxuyuram. Hüseyn Cavid adına məktəbdə verilən təhsilə söz yoxdur. Dərslər çox ciddi keçirilir.

Təhsilimi davam etdirmək, oxumaq mənim hüququmdur. Bütün aidiyyəti qurumlardan hüquqlarımın bərpa olunmasına dəstək göstərmələrini, təhsilimin Naxçıvanda-Şərurda davam etdirməyimə kömək etmələrini xahiş edirəm. Hər kəsin oxumaq haqqı var, o şəxslərdən biri də mənəm. Lomonosov 19 yaşında 1-ci sinfə gedib və 4 ilə məktəbi bitirib. Mən də 19 yaşımda 10-cu sinifdə oxuyuram. Bu yaşda 10-cu sinifdə oxumaq mənim günahım deyil. Mən təhsilin yaşı olduğuna inanmıram, hər bir şəxs təhsil almalıdır, xüsusən də gələcəyin anaları olan qız uşaqları. Onu da deyim ki, Şərur rayon Təhsil Şöbəsindən bizə bildirilib ki, sizin burada təhsilinizi davam etdirməyinizə razıyıq, amma nazir sizin sənədə qırmızı işarə qoyub.

Biz Naxçıvanda olduğumuz müddətdə bütün dövlət qurumlarına, Ali Məclisə, Nazirlər Kabinetinə, Ombudsman Aparatına və sairə həm yazılı, həm də şifahi şəkildə müraciət etmişik. Ali Məclis müraciətimizə müsbət rəy bildirmədi. Çünki Naxçıvanın təhsil nazirinin onlara qulaq asmadığını dedilər”-deyə S.Tağıyeva bildirdi.

S.Tağıyevanın ailəsinin sosial durumu ağır olduğu üçün onun burada yaşaması sıxıntlar yaradır və Naxçıvana qayıdıb 10-cu sinfi orada davam etdirməsi ailəsinin artıq xərcdən xilas olması üçün yaxşı olardı.

Biz də ümid edirik ki, S.Tağıyevin üzləşdiyi problem tezliklə aradan qaldırılacaq və o, Şərur rayon məktəblərindən birində təhsilini davam etdirəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ