Cümə günü, 06 noyabr 2026
     

Astarada şəhid məzarları ziyarət olundu...

Image


30 il xilaskar ərənlərin yolunu gözləyən əsir Qarabağımız mayor Kamran Fərəcov, baş leytenant Vüsal Kazımov, çavuş Nurlan Rəhimov, çavuş Arif Qeybiyev kimi qəhrəman oğulların qanı bahasına 44 günə azadlığına qovuşdu. Vətən və millət yolunda canından keçən hər dörd zəfər şəhidi cənub bölgəsində boya-başa çatıb.

Milyonların ürəyində özünə əbədi abidə ucaldan, ölümsüzlüyə qovuşan hər dörd Vətən sevdalısı indi bizim üçün iftixar mənbəyi, qürur yeridir. Onları vaxtaşırı yad etmək, xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Astara Pedaqoji Kollecinin direktoru şəhid atası Kamran Kazımov və kollecin bir qrup əməkdaşı, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov sinəsini Vətənə sipər edib onu alınmaz qalayan çevirən qeyrətli oğulların məzarlarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə tər güllər düzüblər. Ziyarətçilər, həmçinin çıxış edib bildiriblər ki, başımızın tacı olan şəhidlərin bu işıqlı dünyaya gəlib-getməsi çox çəkmədi. Onlar Vətən, torpaq yolunda getdilər. Məhz buna görə də şəhidlik zirvəsində qərar tutanlar heç zaman ölmür, bizdən çox-çox ucada dururlar. 30 il düşmən tapdağına dönən torpaqlarımız Kamran, Vüsal, Nurlan, Arif kimi qeyrətli oğulların çiynində Vətən oldu. Onların qan tökdükləri torpaqlarda indi Azərbaycanın aylı-ulduzlu qələbə bayrağı dalğalanır...

Vətəni canından əziz tutan, 42 yaşında onun yolunda müqəddəs şəhidlik zirvəsinə ucalan mayor Kamran Fərəcov Astaranın Səncərədi kəndində dünyaya göz açıb. Həyatı dərk edən gündən erməni dığaların Qarabağımızın zəbt etməsi Kamranı çox düşündürüb. Odur ki, hərbiçi olub düşməndən qisas almaq istəyi onu 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə aparıb. 1999-cu ildə məktəbi mükəmməl biliklə bitirib leytenant rütbəsində Bakıda tağım komandiri vəzifəsində çalışıb. Getdiyi yolun düzgünlüyünə inanıb, savadlı, peşəkar, cəsur, qeyrətli hərbiçi, dəyərli bir şəxs olaraq tanınıb. Daha sonra Ağdamda, Gəncədə, Goranboyda düşmənlə təmas xəttində doğma Azərbaycanın ən etibarlı, sədaqətli keşikçisi kimi ad qazanıb, mayor rütbəsinə qədər ucalıb. İkinci Qarabağ müharibəsi başlanan gündən mayor Kamran Fərəcov əlində silah səngərə yollanıb. Böyük qəhrəmanlıq göstərərək Cəbrayılın, Qubadlının azadlığı uğrunda düşmənin çoxlu sayda texnikasını, canlı qüvvəsini məhv edib. Vətən torpağının hər qarışı naminə igidliklə döyüşən komandir oktyabrın 21-də qəfil açılan namərd gülləsindən savaş meydanında şəhadətə qovuşub. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “ Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

Cənub mirvarisi Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan, iki ali təhsilli, qəlbi Vətəninə, xalqına sevdalanan baş leytenant Vüsal Kazımov 44 günlük haqq savaşımızda tariximizin şanlı səhifəsini yazanda 29 yaşında idi. Lənkəran elinin mərd, igid oğlu 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinə könüllü qatılıb. Bunu özünə böyük şərəf və qürur bilib. Savaş meydanına girən andan yağının kabusuna çevrilib. Füzuli əməliyyatlarında, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın azadlığı uğrunda əsl qəhrəmanlıq göstərib. Erməni dığalarına qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Qarabağımızı azad görmək arzusu ilə odlardan, alovlardan keçib. Şuşada qızğın döyüşlərin birində canından artıq sevdiyi Vətənə tuşlanan yağı gülləsini polad sinəsi ilə dəf edib. Əbədiyyət dünyasına qovuşan Vüsal milyonların ürəyində özünə məkan qurub. Dövlət tərəfindən layiq görüldüyü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,” Vətən uğrunda”, “İgidliyə görə” və digər medalları Vüsalın müharibə meydanında göstərdiyi qəhrəmanlığa daha bir şərəf qatıb.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib adını Azərbaycanın yeni, şanlı tarixinə yazan Nurlan Rəhimov 1981-ci ildə Astara şəhərində anadan olub. Vətəninə ürəkdən bağlanan Nurlan düşməndən qisas almaq üçün 2000-ci ildə Mili Ordu sıralarına gedib, döyüş bölgəsində xidmətə başlayıb. Cəsurluğu, qorxmazlığı, ən əsası isə yurdsevərliyi, vətənpərvərliyi onu əsgərlərin, zabitlərin gözündə ucaldıb. Nurlan komandirlərin tapşırıqlarını vaxtında, yüksək keyfiyyətlə yerinə yetirib, təlimlərdə fərqlənib, hərbi sirlərinə mükəmməl yiyələnib, dığalarla döyüşə hazırlaşıb.

Əsgərlik həyatını üzüağ başa vuran Nurlan torpaqlarına yağı dadanmış Vətənin ağır günlərində evdə qalmağı vicdanına sığışdıra bilməyib, yenidə hərbi hissəyə qayıdıb. Çavuş rütbəsində doğma Azərbaycanının keşiyində durub. Nəhayət, 2020-ci il 27 sentyabrda düşmənə dərin nifrət bəsləyən Nurlanın Vətən həsrətli arzusu reallaşıb. İkinci Qarabağ müharibəsinin ilk anlardan qeyrətli, cəngavər Azərbaycan oğulları sırasında silaha sarılıb odun-alovun içinə girib. Qatıldığı ağır döyüşlərdən zəfərlə çıxıb. Füzulidə torpağın bağrına üçrəngli qələbə bayrağımız saçılanda daha çox sevinib. Həmişə öndə gedən, ölümün gözünə dik baxan Nurlanın dığalarla son haqq-hesabı isə Xocavənd rayonunda olub. Qeyri- bərabər döyüşə qatılan Astara elinin qəhrəman şahini ermənilərin başına od töküb. Təəssüf ki, özünü qəfil açılan güllədən qoruya bilməyib.

Qazanılan qələbəmizin mərdlik simvolu kimi adı tarixə düşən zəfər şəhidi Nurlan Rəhimov “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallarına layiq görülüb.

44 günlük haqq savaşımızda canı-qanı bahasına erməni dığalarına layiqlı dərs verən Vətən qeyrətli igidlərdən biri də Astara rayonu, Səncərədi kəndində dünyaya gələn Arif Qeybiyevdir. Onun keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, igidliklə, eləcə heyrət doğuran məqamlarla doludur. Vətən müharibəsinin ilk gündən ön cəbhəyə yollanan Arif Füzulinin azadlığı uğrunda döyüşlərdə, sözün əsl mənasında, tarix yazıb. Arifin ən böyük arzusu işğal altında olan Vətən torpaqlarının hər qarışını azad görmək idi. Məhz buna görə də hər dəfə alovun içinə girəndə qartal tək yağının üstünə şığıyıb, ürəyincə öz qisasını ala bilib.

Arif son savaş günü ölümcül yaralansa da, yağıya təslim olmayıb, döyüşə-döyüşə şəhadətə yetib. Beləcə, qəlblərə köçən zəfər şəhidi həm də “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunub.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ