Ahmet Tatlıses ilə atası İbrahim Tatlıses arasında gedən məhkəmə prosesi hələ də başa çatmayıb. Bu barədə Türkiyə mediasına açıqlamasında Ahmet Tatlısesin vəkili bildirib. Vəkil bildirib ki, İbrahim Tatlısesin xeyrinə qərar çıxarıldığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Hazırda məhkəmə prosesi davam edir. Bundan əlavə, İbrahim Tatlısesin şirkətlərinə məxsus əmlaklara qoyulmuş müvəqqəti məhdudiyyət qərarı da qüvvədə qalır.
Xatırladaq ki, Ahmet Tatlıses bir müddət əvvəl atası İbrahim Tatlıseslə yaşadığı gərginlikdən sonra onun ruhi vəziyyətindən şübhələndiyini əsas gətirərək məhkəməyə müraciət etmiş və atasına qəyyum təyin olunması üçün iddia irəli sürmüşdü.
Mətləb