Bazar günü günü, 13 sentyabr 2026
     

"Zəfər tariximiz"...

Image


Zəfər anlayışını sizə sadəcə bir söz kimi yox, onu yaşayan, ruhunda və bədənində hiss edən bir insanın, bir döyüşçünün qələmindən çatdırmaq istəyirəm.

Zəfər bizim üçün qaranlıq, yuxusuz, soyuq gecələr idi. Yağışın, boranın, qarın içində donmuş barmaqlarımız, barıt qoxusuna bulaşmış nəfəsimiz, dəhşətli mərmi səslərinin içində keçən anlarımız idi. Zəfər – şəhid yoldaşlarımızın cansız bədənini görmək, yaralı əsgərlərin iniltilərini eşitmək, amma yenə də dönmədən səngərdə irəliləmək demək idi.

Səngərləri qazarkən torpağın təravətini qoxlayır, sanki ana qoxusunu içimizə çəkirdik. Torpağa kürəyini yastıq edib yatanda anlayırdıq ki, bu, sadəcə torpaq deyil – bu, keçmişimizin izi, bu günümüzün gücü, gələcəyimizin ümidi idi.

Əlimizdəki silah artıq sadəcə silah deyil – sanki o, bir qələm idi, hər atəşdə tarix yazırdıq. Mən də o döyüşlərdə olmuş bir müharibə iştirakçısı kimi bu hissləri qələmimlə sizə, dəyərli oxuculara çatdırmaq istəyirəm.

Ümid edirəm ki, siz dəyərli oxucuları, bir gözü ağlayan, bir gözü sevinc işartısı ilə parlayan; çətin, əziyyətli, həsrətli, nisgilli amma bir o qədər də məğrur, qürurlu, əyilməz bir ruhla keçmişə söykənib, gələcəyə, sabaha, qələbəyə daşıyan şirin həsrətli o unudulmaz illərə qaytara biləcəm.

Hər bir insanın həyatı bir əsərdir: kiminsə həyatı bir roman kimi sətir-sətir yazılır, kiminsədə bir nağıl tək pıçıldanır, bəzilərinin həyatı isə bəzən cızma-qara şəklində olsa belə, bir məqalədə dərin düşüncələrlə öz əksin tapır. Mən də bu məqalədə öz həyatımın Müqəddəs Zəfərə düşən kiçik, amma mənim üçün böyük mənası olan bir parçasını ürəyimdən süzülən sözlərlə qələmə alıram.

Bəzən deyirlər ki, tarix təkrarlanır. Bəli, hər kəsin bir gün qisas almaq üçün fürsəti olur. Əlbəttə, bu sözlər gerçəkdir. Və mən bu gerçəkliyi yaşamış biriyəm.

"Xarı bülbülü qəfəsdən azad etdik..." – Vətən müharibəsi iştirakçısı yazır

İcazə verin, sizi illər öncəyə – qısaca, düz 33 il əvvələ aparım. 1992-ci ilin noyabr aylarında doğma əmim İlyas Binyatov Bəybala oğlu Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. O, vətənin müdafiəsi uğrunda göz qırpmadan canını fəda etməyə hazır olan mərd Azərbaycan oğullarından biri idi. Əmim xalqımıza qarşı amansız hücumlar edən şovinist, vəhşi düşmən qüvvələrinə qarşı böyük şücaətlə döyüşdü və həmin ilin noyabr ayının 20-də Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan ilk şəhidimiz oldu.

İllər sonra, 1994-cü ilin aprelin 16-da mən – İlyaz Binyatov Habil oğlu dünyaya gəldim. Bəlkə də mənim bu dünyaya gəlişim, Vətən uğrunda canından və qanından keçən bir igidin ailəsinə Tanrının bəxş etdiyi bir təsəlli, bir lütf, bir mənəvi mükafatı idi.

Amma onu da yaxşı bilirəm ki, bir şəhidin adını daşımaq yalnız şərəf deyil, həm də böyük məsuliyyət və ağır bir yükdür. Bu adla yaşamaq, onu layiqincə daşımaq həm keçmişə borcum, həm də gələcəyə inamlı andımdır.

Nəhayət, Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti, sərkərdə qətiyyəti və dəmir iradəsi ilə verdiyi, xalqımızın illərlə həsrətin çəkdiyi müqəddəs əmr, 2020-ci il sentyabrın 27-də bütün dünyada güclü əks-səda doğurdu. Bəli! Güclü və qüdrətli Azərbaycan Ordusu düşmənin qurduğu möhkəm istehkamları darmadağın edərək, keçilməz səngərləri bir nəfəsə aşaraq, texnikalarını alov kimi külə döndərərək, daşlı-qayalı yolları, çətin və amansız relyefi heçə sayaraq, komandirlərin əzmlə verdiyi ‘İrəli!’ əmri ilə düşmənin üzərinə sanki qartal öz caynağını şikara keçirdiyi kimi ildırım sürətilə şığıdı. Bu, yalnız ordunun deyil, bütöv bir xalqın içdən gələn qisas hayqırtısı, dəmir yumruq kimi birləşmiş iradəsinin möhtəşəm təzahürü idi.

Necə deyərlər, ot öz kökü üstə bitər. Şəhid əmim İlyas Binyatovun və onun timsalında bütün şəhidlərimizin qisasını almaq, gözü yaşlı analarımızın və bacılarımızın qəlbinə az da olsa su səpmək, Birinci Qarabağ müharibəsində valideynlərini itirmiş həmyaşıdlarımıza təsəlli vermək, eləcə də işğal altında olan ata-baba yurdlarımızı azad etmək üçün bu müqəddəs savaşa 2020-ci il sentyabrın 29-da mən də qatıldım.

Döyüş yolum, əsrarəngiz və gözəllikləri ilə zəngin yurdlarımız olan – Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından keçdi. Həmin torpaqları həyatımda ilk dəfə idi görürdüm və Azərbaycanımızın necə də gözəl, füsunkar, zəngin təbiətinin olduğunu bir daha anladım. Mən döyüşlərdə minaatan artilleriya batareyasında 6-cı manqanın komandiri idim. Deyilər ki, döyüş texnikaları arasında arilleriya müharibənin Allahıdır. Döyüş yoldaşlarım isə tez-tez zarafatca deyərdilər: “Binyatov, artilleristə ölüm yoxdur”. Mən isə gülərək cavab verirdim: “Artilleristə kəfən də yoxdur”.

“Zəfər tariximiz” məqaləmi yazarkən o amansız döyüşlərdə bir-birimizin üzünü güldürərək etdiyimiz zarafatın necə dərin mənaya sahib olduğunu bir daha dərk edirəm.

Bu da onu göstərir ki, biz bu haqq savaşımızda ölümün üzünə gülərək Vətən uğrunda bütün cismimizlə, ruhumuzla və mərd-mərdanə döyüşə atılmışdıq. Döyüş meydanında üst-başımız çirkli, əllərimiz bulaşmış, qarnımız ac, cismimiz nə qədər yorğun olsa da, üzümüz bizə inanan, güvənən, arxalanan Xalqın qarşısında ağ; vicdanımız şəhidlərimizin ruhu qarşısında təmiz və pak; gözümüz tox; ruhumuz isə ana laylası kimi rahat və sakit idi. Orda yediyimiz hər quru çörək parçası bizə anamızın əlləri ilə hazırladığı dadlı yeməkləri kimi ləzzətli, içilən hər bir su damlası isə sanki dirilik və əbədiyyət suyunu xatırladırdı. Ata-baba yurdlarımızda uçub-sökülmüş evlər, dağınıq yaşayış məntəqələri bizim qəlbimizə ox kimi sancılsada, düşmənin zərər vurub bacarmadığı təbiət, bizim ürəyimizə su səpir, bizi valeh edirdi. Sanki işğal dövründə o gözəl təbiəti şəhidlərimiz öz ruhları ilə qoruyub bu günümüz üçün saxlamışdılar.

Xudayarımızın dilində deyildiyi kimi:

“Dumanlı dağların başında durdum,

Dumannan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar başımda dastana döndü.

Dumanlar başımda dastana döndü”.

Bəli, dumanlı-çənli yollar, sərv boylu ağaclar, təravətli çiçəklər, sıx meşələr, sıldırımlı qayalar, başı qarlı vüqarlı dağlar, bol sulu çaylar və valehedici göllər… Yer- göy, hətta səmada uçan quşların cəh-cəhi sanki bizləri qarşılayır, qələbəmizi qeyd edib, bizə qucaq açırdı. Təbiət belə hiss edirdi ki, yurdun sahibləri öz yurdlarına, məskənlərinə qayıdıb. O anlarda qəlbimdə dərin bir fəxr və qürur hissi doğdu – bəli bu təbiət bizimdir, bu torpaqlar bizimdir və biz yenidən doğulduq. Gələcək nəsillərimizə – övladlarımıza, nəvələrimizə danışmağa bu müqəddəs döyüşdən mənə əbədi və unudulmaz xatirələr, göstərməyə isə dəyəri heç bir ölçü ilə ifadə olunmayan – “Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə” Fəxri Fərmanı, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları yadigar qaldı.

Bu haqq savaşında məqsədimiz torpaq azadlığı ilə birlikdə, “Xarı bülbül”ü qəfəsdən qurtarmaq, “Qarabağ şikəstəsi”ni azad torpaqlarında səsləndirmək, Şanlı Bayrağımızı Şuşa qalasında, Gövhər Ağa məscidində, Əsgəran qalasında, Xudafərin körpüsündə və digər dilbər guşələrimizin ən uca zirvələrində dalğalandırmaq idi.

Bu böyük Zəfərdə İsa bulağındakı bir su damlası qədər olsa da, mənim də payım olduğu üçün bir vətəndaş olaraq qürur və xoşbəxtlik hissi keçirirəm.

Biz, əsgər, sıravi döyüşçü və sərkərdə olaraq, Ali Baş Komandanımıza sonsuz inamla bağlanmışdıq. Onun verdiyi hər bir tapşırıq bizim üçün sadəcə əmr deyil – bir şərəf idi. Vətən yolunda, torpaq uğrunda, bayrağımız naminə verilən hər göstərişi qanımız, canımız bahasına da olsa yerinə yetirməyə hazır idik. Biz o əmrlərə təkcə tabe olmurduq, biz o əmrləri ürəklə, inamla, fəxrlə yerinə yetirirdik.

Əlbəttə, hər bir insan dünyaya gələndə ona verilən ilk və ən ali hüququ – yaşamaq hüququdur. Biz döyüşçülər isə bu haqq yolunda, Vətənin azadlığı və millətin şərəfi naminə, ən ali haqqımızdan yaşamaq hüququmuzdan belə keçməyə hazır idik.

Necə ki, dünyanın ən duyğulu və ən mənalı himnində deyilir:

“Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu”.

Bu sətirlər sanki elə bizim üçün yazılmışdı, sanki himnimizin hər misrası səngərlərdə bizə yol göstərir, bizi addım-addım izləyir, ruhumuzu ayaqda saxlayırdı. Bu, sadəcə bir himn deyildi – bu, bir xalqın çağırışı, bir millətin qürur salnaməsi idi.

Biz səngərdə düşmənlə üz-üzə vuruşduğumuz o ağır, taleyüklü günlərdə yaxşı bilirdik ki, arxamızda dualarla yaşayan bir xalq var. Valideynlərimizin, bacı-qardaşlarımızın, nənə-babalarımızın, sevdiklərimizin bütöv Azərbaycan xalqının dilində dua, gözlərində qələbə ümidi, ürəklərində isə illərlə həsrətini çəkdikləri müqəddəs torpaqlara ayaq basmaq inamı heç zaman sönmürdü. O inam bizi qoruyur, o dualar bizi yaşadır, o sevgi bizi irəli aparırdı...

Artıq sentyabrın 27-si idi... Hər kəs, yaşlı, cavan ümidlə, həyəcanla xəbərləri izləyirdi. Hamının gözü ekranda, könlü qələbə xəbərində idi. Xalqın illərlə gözlədiyi o an gəlib çatdı. Ali Baş Komandan Cənab İlham Əliyevin dilindən ilk müjdəli xəbər yayıldı – Füzuli rayonunun Qaraxanbəyli kəndi düşmən işğalından azad edildi!

Bu başlanğıc zəfər sadəcə bir kəndin azadlığı deyildi. Bu, illərin həsrətinə vurulan ilk möhür, yurdumuza doğru açılan ilk qapı idi. Biz o qapıdan keçərək el-obalarımıza aparan uğurlu, şərəfli və zəfərli bir yola çıxdıq. Artıq geri dönüş yox idi – bu yol yalnız irəli aparırdı!

Ali Baş Komandanın “Dəmir Yumruğu” ətrafında bir yumruq kimi birləşən xalqımız, təcrübəli və bacarıqlı komandir heyətimizin şücaəti, eləcə də biz əsgərlərin mərdliyi və sarsılmaz döyüş ruhu sayəsində hər gün bir yeni zəfərlə nəfəs alırdıq.

Ali Baş Komandan, Cənab İlham Əliyevin xalqa çatdırdığı qələbə xəbərləri artıq xəbər proqramlarımızın daimi qonağı olmuş, onun “Dəmir yumruq” la səsləndirdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarı isə uşaqdan böyüyə hər bir vətəndaşımızın ən ali devizinə çevrilmişdir. Belə ki, hər azad edilən kənd, hər qovulan düşmən, hər ucaldılan bayraq xalqımız üçün sadəcə qələbə yox, sabaha inam, gələcəyə atılan möhkəm bir təməl daşı idi.

Çünki bu savaş təkcə torpaq uğrunda deyildi – bu, bir xalqın ruhu, kimliyi və taleyi uğrunda aparılan müqəddəs mübarizə idi. Və biz bu mübarizədə qalib gəlirdik. Qələbə iradəmizi daha da möhkəmləndirir, ruhumuzu coşdurur, bizi daha böyük inam və əzmlə irəli aparırdı.

Nəhayət, tarixə qızıl hərflərnən yazılan 2020-ci il 8 noyabr... Millət, xalq və dövlət olaraq biz illərlə həsrətində olduğumuz o müqəddəs hədəfə çatdıq. Cəmi 44 gün ərzində biz bütöv Azərbaycanı bərpa etdik. Bu qələbə – yalnız silahın deyil, düşünülmüş siyasətin, güclü iradənin və xalq-iqtidar birliyinin parlaq nəticəsi idi. Bu uğur, Cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin ən bariz və qürurverici göstəricilərindən birinə çevrildi.

Ölkəmizdə 2020-ci ilin 10 dekabrnda dünyaya səs salan Qələbə Paradı keçirildi. Bu Qələbə Paradı düşmənlərə gözdağı, dostlara isə qürur və iftixar hissi bəxş etdi. Paradda Azərbaycan dövlətinin güclü ordu quruluşu, qarşısıalınmaz müasir hərbi texnikaları və məğrur, qəhrəman igidlərinin polad kimi bükülməz şücaəti nümayiş etdirildi. Bu Qələbə Paradının müəllifləri isə başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla, onun tapşırıqlarını canı bahasına yerinə yetirən şəhidlərimiz, qazilərmiz və müharibə iştikaçılarımız idi.

Xalq olaraq biz bu şərəfli yolda öz məqsədimizi ən yüksək səviyyədə, böyük qətiyyət və sonsuz şücaətlə gerçəkləşdirdik. Və sübut etdik ki, birlikdə olduqda qarşısımızda heç bir güc, heç bir qüvvə dayana bilməz.

Qələbə qazanmaq əzmi hər bir xalqın şəcərəsində, köklərində və əqidəsində fərqli şəkillərdə özünü göstərir. Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi: “Hər bir insanın qürur mənbəyi onun milli mənsubiyyətidir”.

Bəli, biz dərin milli köklərə sahib, vətəninə bağlı, qürurlu bir xalqıq. Bu milli mənsubiyyətimiz bizi həm ölkə daxilində, həm də dünyanın hər yerində mərdliyi, hünəri və böyüklüyü ilə seçilən bir millət olaraq göstərir. Və bu, bizim ən böyük sərvətimizdir.

Bu müqəddəs Qələbənin əsl sahibləri – ilk növbədə, şəhidlərimizdir;

Poladlarımızın, Mübarizlərimizin, Şükürlərimizin, İlqarlarımızın simasında minlərlə adı bilinməyən, lakin qəlbimizdə əbədi yaşayan adsız qəhrəmanlarımızdır. Canlarını Vətən uğrunda fəda etmiş igidlərimiz, vuruşan ordumuz, hər bir əsgərimiz bu zəfərin təməl daşlarıdır. Onlar bu müqəddəs memarlıq “Zəfər abidəsi”ni tərkibini öz qanları ilə yoğuraraq, vətən torpağının hər gülünə, hər çiçəyinə qatmış haqqı ödənilməz qəhrəmanlardırlar.

Xalq olaraq biz də bu müqəddəs qələbədə payımızı əsirgəmədik. Haqq savaşında bizə qətiyyətlə yol göstərən, zəfəri “Dəmir Yumruq” kimi reallığa çevirən, ruhumuzu sağlam inamla dolduran Ali Baş Komandanımız Cənab İlham Əliyevin ətrafında vahid, sarsılmaz, məğrur bir xalq və dəmir yumruq kimi birləşdik. Onun liderliyi və iradəsi bu böyük zəfərin ən möhkəm zəmanəti oldu.

Türk dövlətləri içində adını tarixə yazdıran, 21-ci əsrin ilk qələbə qazanmış, torpaqların düşmən tapdağından azad etmiş, torpaqlarının bütövlüyünü bərqərar etmiş tarixi şəxsiyyəti, sərkərdəsi Cənab İlham Əliyevdir.

Bu yol – əlbəttə ki, Ulu Öndərimiz, dahi şəxsiyyət, ömrünü Vətəninə, millətinə və xalqına həsr etmiş Heydər Əliyevin başladığı müqəddəs bir yoldur. Cənab İlham Əliyev isə bu ali amalların, bu strateji və məqsədyönlü yolun layiqli davamçısı, bu millətin ən mötəbər sərkərdəsi və əzmlə irəli aparan lideridir!

Ali Baş Komandanımız da, xalqımız da yaxşı bilir ki, bu gün Ulu Öndərimizin ruhu xoşbəxt və şaddır. Çünki Şuşada, Xankəndində, Xocalıda, Zəngilanda, Cəbrayılda, Ağdamda, Ağdərədə, Füzulidə, Laçında, Kəlbəcərdə, Qubadlıda – Vətənimizin hər qarışında Ulu Öndərimizin ruhu qartal qanadı açaraq məğrurcasına pərvazlanır.

Bu pərvaz – bir övladın ata yolundan dönmədən davam etməsinin, ata haqqına sədaqətinin və andına sadiqliyinin simvoludur. Bu, təkcə torpağa qayıdış deyil, həm də ruhun, kimliyin və mənliyin öz yerinə, öz yurduna dönməsidir.

İşğaldan azad olunmuş rayonlarımızda bərpa və yenidənqurma işləri hər keçən gün daha da sürətlənir. Viran qalmış kəndlərimiz, dağıdılmış şəhərlərimiz dirçəlir, həyat öz axarına qayıdır. Bu müqəddəs torpaqlarda dövlətimizin diqqət və qayğısı ilə bir-birinin ardınca mötəbər tədbirlər keçirilir.

Həmin tədbirlərin ilki – xalqımız üçün xüsusi rəmzi və mənəvi dəyəri olan, 2021-ci ilin 12–13 may tarixlərində Şuşa şəhərində keçirilən "Xarıbülbül" festivalı idi.

Bu festival bir daha sübut etdi ki, Azərbaycan xalqı firavanlığına, əminamanlığına və ərazi bütövlüyünə yenidən qovuşub. Festivalda səslənən musiqilər, oxunan mahnılar təkcə Cıdır düzündə deyil, dünyanın hər yerində eşidildi.

Bu, bir bəyanat idi: yurdun sahibləri geri dönüblər! Haqq yerini tapıb, ədalət bərqərar olub!

2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi qısa, lakin həlledici antiterror tədbirlərindən artıq iki il ötür. Məhz bu əməliyyatlar nəticəsində dövlətimizin suverenliyi tam bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən bu lokal xarakterli hərbi əməliyyatlar zamanı düşmənin yüzlərlə texnikası - yüzdən çox tank və zirehli nəqliyyat vasitəsi, iki yüzdən çox top və artilleriya qurğusu, hava hücumuna qarşı sistemlər – sıradan çıxarıldı. Ermənistan ordusuna məxsus silahlı birləşmələrin Azərbaycan ərazisində qanunsuz yerləşdirilməsinə son qoyuldu.

Bu qısa zaman ərzində Azərbaycan Ordusunun dəmir iradəsi və peşəkarlığı qarşısında erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Və bununla da bir daha tarixə qızıl hərflərlə yazılan bir reallıq gerçəkləşdi:

Azərbaycan xalqı suverenliyinə qovuşdu!

Artıq vətəndaşlarımız illərlə həsrətində olduqları, işğaldan azad olunan torpaqlara, öz ata-baba yurdlarına, doğma el-obalarına qayıtmağa başlayıblar. Bu qayıdış bəziləri üçün bir möcüzə, bəziləri üçün isə gerçək olması belə çətin görünən bir yuxuya bənzəyirdi. Lakin artıq bu yuxu gerçəyə çevrilib. Bu, tariximizin ən şanlı səhifəsinə yazılan tarixi Qələbənin nəticəsidir.

İnanırıq ki, gələcək nəsillər bu günləri tarix kitablarında fəxrlə oxuyacaq, bu möhtəşəm dönüşü qürurla beyinlərinə və ürəklərinə əbədi olaraq həkk edəcəklər. Bu anlar, bu dövr Azərbaycan tarixinin ən ali, ən dəyərli və qürurverici səhifələrindən biri olaraq kitablarda əbədi olaraq qalacaqdır.

Biz bu böyük qələbəni həm tariximizə, həm də dünya müharibə tarixinə şanlı və qızıl hərflərlə yazdırdıq. Bu, təkcə bir qələbə deyil, əbədi qürur mənbəyimiz, gələcək nəsillərə mirasımızdır.

Hər il ümumxalq ziyarətgahımız olan Şəhidlər Xiyabanına gedərkən bir vətəndaş olaraq çox qürur hissi keçirirəm. Artıq bilirəm ki, doğma əmim İlyas Binyatov Bəybala oğlunun timsalında bütün qəhrəmanlarımızın ruhu şaddır. Onların qanı yerdə qalmadı, qisasları alındı. Əlbəttə, bir mübarizlər verib min mübarizlər yetişdirən Vətənimiz var bizim.

Sonda isə bu qələbə sevincini bizə yaşadan Şəhidlərimizi dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir və Ulu Öndərimizin nitqindən şairimiz Səməd Vurğunun əvəzsiz bir şeir bəndi ilə məqaləmi yekunlaşdırmaq istəyirəm.

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Dəyərli oxucular, vətənpərvərlik ruhu ilə yoğrulmuş, qəlbimin dərinliklərindən süzülüb gələn bu sətirləri yazarkən yalnız sözlərə deyil, yaşadıqlarıma, gördüklərimə və ruhumun səsinə qulaq verib sizlərə çatdırmağa çalışdım. Məqaləni hazırlayarkən isə o çətin, qayğıkeş, soyuq və amansız, bir o qədərdə qürurverici, şərəfli, hər kəsə nəsib olmayan və mərdlik doğuran xoş xatirələrimi bir daha yada salmış oldum. Ümid edirəm ki, Zəfəri mənim qələmimdən səmimiyyətlə qəbul etdiniz. Bu məqaləni oxumağa zaman ayırdığınız, hisslərimə və düşüncələrimə şərik olduğunuz üçün hər birinizə bir vətəndaş, bir müharibə iştirakçısı və bir dövlət qulluqçusu olaraq dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Müəllif: İlyaz Binyatov (Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", Baş nazir Əli Əsədovun Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalları ilə, o cümlədən Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasına görə Fəxri Fərmanla təltif edilib. O, eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yerli qurumu olan Bakı Şəhər Statistika İdarəsinin əməkdaşı, dövlət qulluqçusu, aparıcı məsləhətçidir)

Qeyd: Yazı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Zəfər mənim qələmimdə" adlı layihəsinə təqdim edilmiş və birinci yerə layiq görülmüşdür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ