Cümə günü, 06 noyabr 2026
     

"İntellektual gənclər Azərbaycanın gələcəyidir”

Image


Azərbaycan intellektual gəncliyi bu gün ölkənin strateji potensialının ayrılmaz hissəsidir. Bu sahənin təməli hələ 1989-cu ildə yaradılmış "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən qoyulub. Daha sonra isə 2001-ci ildə ilk ana dilli intellektual təşkilat "Xəzər İntellektual Gənclər Klubu" fəaliyyətə başlayaraq, milli düşüncəyə əsaslanan intellektual hərəkatın əsasını qoydu. Bu gün "Xəzər" yalnız bir klub deyil, Azərbaycan gənclərinin milli intellekt məktəbi kimi fəaliyyət göstərir. Bu sahənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı ilə söhbətləşdik. Bu gün intellektual hərəkatın inkişaf strategiyası hansı istiqamətdə qurulmalıdır? Azərbaycan intellektual hərəkatının inkişafı, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətinə söykənir. Bu siyasət "Azərbaycan Respublikasında Gənclər siyasəti haqqında" Qanunla hüquqi müstəvidə təsbit olunub və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymaqdadır. "Azərbaycan Respublikasının Gənclər siyasəti haqqında" Qanun bu sahənin ideoloji əsasını təşkil edir. Bu qanunun 5-ci maddəsində göstərilir ki, "dövlət gənclərin intellektual potensialının inkişafı üçün zəruri şərait yaradır". Bu maddədəki prinsip artıq real layihələr və proqramlarla həyata keçirilməkdədir. Məhz bu hüquqi baza üzərində biz bu gün ölkə üzrə geniş intellektual sistemin formalaşdığını görürük. Gənclər evlərində, universitetlərdə, məktəblərdə və regional mərkəzlərdə müxtəlif liqalar, turnirlər və maarifləndirici intellektual oyunlar keçirilir. Ən vacibi isə dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqətdir. Cənab Prezidentin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, intellektual oyunlar ölkə gəncliyinin potensialını ortaya çıxaran əsas vasitələrdəndir. Bu, o deməkdir ki, intellekt artıq milli prioritet səviyyəsinə yüksəlib. Lakin bu diqqətin davamlı və institusional şəkildə təmin olunması üçün, məncə, intellektual hərəkatın dövlət proqramı çərçivəsində ayrıca istiqamət kimi formalaşdırılması, intellektual gənclərimizə veriləcək ən ali dəyər olardı. Düşünürəm ki, növbəti dövlət proqramlarında intellektual oyunlara ayrıca bənd həsr edilməsi bu hərəkatın inkişafını daha sistemli şəkildə təşkil etməyə imkan verər. – Azərbaycan gəncləri ən çox hansı intellektual oyunlara maraq göstərir? Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə hər yerdə fərqlənib. Son illərdə intellektual oyunlara maraq kütləvi xarakter alıb. Ən çox sevilən oyun, təbii ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunudur.

Həmçinin, Xəmsə MİO, Poliqon SİO, Breyn Rinq, Əlaçı və digər bu tip oyunları xüsusi vurğulamaq istərdim. Bu oyunlar gənclərin analitik düşüncəsini formalaşdırır və komanda ruhunu gücləndirir. Sadəcə bu il təşkil edilən "Tələbələrarası Azərbaycan Kuboku"nda son mövsümdə 278 komanda mübarizə aparmışdı. Bu, təxminən 2000-ə yaxın tələbə deməkdir. Hazırda "Bilik Kuboku" layihəsinin seçim turları 36 ali təhsil müəssisəsini əhatə edir və dekabrda 40 komanda ilə final mərhələsi keçiriləcəkdir. Eyni zamanda "Məktəbli Liqası" layihəsində yüzlərlə məktəbli iştirak edir. Biz artıq intellektual gəncliyin yeni nəsli ilə qarşılaşmışıq. "Xəzər" bu mənada bir klubdan çoxdur – bir milli intellekt məktəbidir! desəm, bəlkə də yanılmaram. – Dövlət kadr siyasətində intellektual gənclərin rolu necə dəyərləndirilə bilər? Son illər aparılan islahatlar nəticəsində intellektual gənclər dövlət idarəçiliyinin əsas dayaqlarına çevrilir. Bu gün dövlətin idarəçiliyində artıq intellektual nəsil formalaşır. Dövlət strukturlarında çalışan gənclər arasında bir çoxu məhz intellektual hərəkatdan çıxmış insanlardır. "Azərbaycan Respublikasının kadr islahatı strategiyası"nda da vurğulanır ki, dövlət idarəçiliyi üçün yüksək təfəkkürə malik, strateji düşünən gənclər yetişdirilməlidir. Bu baxımdan, intellektual klublar və liqalar əslində dövlətin qeyri-rəsmi kadr məktəbini formalaşdırır. Bu istiqamətdə məqsəd təkcə savadlı kadrlar hazırlamaq deyil, düşünən, təhlil edən, qərar qəbul edən intellektual liderlər yetişdirməkdir. Artıq bir çox dövlət orqanlarında, nazirliklərdə və yerli idarəetmə strukturlarında məhz intellektual hərəkatdan çıxmış gənclərin vəzifə tutması bunu sübut edir. Biz çox istərdik ki, gələcəkdə "Milli İntellekt Liqası" kimi bir vahid platforma yaradılsın. Bu, həm regionlarda fəaliyyət göstərən gəncləri birləşdirər, həm də dövlət qurumları ilə əlaqələri daha səmərəli hala gətirəcəyindən tam əminik. – Sizin üçün "intellektual gənc" anlayışı nədir? İntellektual olmaq sadəcə bir masa arxasında müxtəlif suallara cavab vermək deyil. İntellektual gənc düşünən, təhlil edən, özünü inkişaf etdirən, vətəni üçün çalışan və cəmiyyətin intellektini artırmaq üçün təşəbbüs göstərən şəxsdir. Fikrimizcə, intellektual gənc özünü həm masa arxasında, həm də ictimai həyatda öz mövqeyini göstərməlidir. İntellektual oyunlar bu mənada bir məktəbdir. Hər turda öyrəndiyin yeni fakt, bir növ, sabahkı həyat qərarına çevrilir. Komanda yoldaşlarının dəstəyi isə səni həm oyunlarda, həm həyatda qalib edir. Hər bir gənc öz intellektini inkişaf etdirə bilər. Bunun üçün intellektual klublar, liqalar, forumlar, viktorinalar, gündəlik quizlər və milli çempionatlar mövcuddur. Bu tədbirlər gənclərdə həm bilik, həm də komanda ruhu, strateji düşüncə və liderlik bacarığını formalaşdırır. – 2026-cı ildə intellektual hərəkatda nə yeniliklər gözlənilir? 2025-ci ilin göstəriciləri kifayət qədər ümidvericidir. 50-dən artıq layihə, yüzlərlə turnir və minlərlə iştirakçı ilə intellektual hərəkat tarixinin ən aktiv dövrünü yaşayır. Azərbaycan Kuboku, Universitet Liqası, Peşəkar İntellekt Liqası kimi layihələr uğurla tamamlanıb.

Demək olar ki, intellektual hərəkatda əsas tutulan bir neçə turnir 2025-ci ildə təşkil edildi. Bu proses ilin sonuna qədər davam edəcək. 2026-cı il isə bizim üçün xüsusi bir ildir. Azərbaycan dilli intellektual hərəkatın 25 illiyi qeyd olunacaq. Bu milli intellektimizin inkişaf tarixidir. Onu da qeyd edim ki, bu münasibətlə xüsusi layihə üzərində işləyirik. Məqsədimiz həm bu hərəkatın tarixini sənədləşdirmək, həm də dövlət səviyyəsində qeyd edilməsini təmin etməkdir. Yeni strategiyamıza gəldikdə isə növbəti ildən məhz məqsədimiz tələbə və məktəblilər arasında milli düşüncəyə əsaslanan yeni nəsil intellekt komandaları formalaşdırmaqdır. Bu fəaliyyət dövlətin prioritetlərinə tam uyğundur və biz inanırıq ki, yaxın illərdə intellektual oyunlar həm sosial, həm də ideoloji baxımdan Azərbaycanın yumşaq güc vasitələrindən birinə çevriləcək. Düşünürük ki, intellektual inkişaf yalnız fərdi seçim deyil – vətəndaş məsuliyyətidir. Biz bu məsuliyyəti daşıyırıq və dövlətimizin müəyyən etdiyi strateji xətt üzrə fəaliyyətimizi gənclərimizlə davam etdiririk. Sonda onu da qeyd etmək istərdim ki, intellektual oyunlar artıq yalnız bilik yarışı deyil. Bu dövlət siyasətinin mühüm bir tərkib hissəsidir. Bu sahəyə daha çox diqqət ayrılması, qanunvericilikdə və proqramlarda intellektual layihələr üçün ayrıca dəstək mexanizmlərinin yaradılması artıq yeni dövrün tələbidir. Çünki Azərbaycanın gələcəyi məhz düşünən beyinlərə, milli ideyaya sadiq intellektual gənclərə söykənəcək.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ