Cümə günü, 06 noyabr 2026
     

Şanlı Zəfərimiz - qürur mənbəyimiz

Image


2020-ci il 27 sentyabr bir millət olaraq taleyimizin dönüş günü kimi tarixə yazıldı. Qarabağ həsrəti ilə yaşayan Azərbaycan vətəndaşının ürəyində yeganə sönməyən arzu vardı - yağıya əsir düşən doğma yurd yerləri tezliklə azad olunacaq və illərin həsrətinə son qoyulacaq. Nəhayət, gözlənilən məqam gəlib çatdı. 44 günlük Vətən müharibəsində Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Belə ki, dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, yenilməz iradəsi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində təcavüzkar Ermənistanın işğalına son qoyularaq bütün dünya şanlı qələbəmizin şahidi oldu. Əzəli yurd yerimiz – Qarabağımız əsarətdən xilas olaraq doğmalarına qovuşdu, ululardan öz Vətənin daşına, torpağına, yaşadığı yerə ürəkdən sevdalanan xalqın mənliyi, kimliyi ona qaytarıldı. Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə erməni əsarətindən azad etməsi nəinki regionda, bütün bəşəriyyət tərəfindən diqqətlə izlənən, qarşılanan hadisə oldu. Odur ki, bu tarix bizdən ötrü təkcə hərbi əməliyyatın başlanğıcı deyil, millətin iftixar təcəssümü, dirçəliş və qürur andına döndü. Qazanılan qələbə haqqın, ədalətin qələbəsi olaraq qərinələr boyunca gələcək nəsillər tərəfindən də qürurla, sevinclə xatırlanacaq.

Ermənilərin Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik əməlləri ötən əsrin 90-ci illərinin əvvəllərində bir daha özünü göstərdi. Onlar zaman-zaman xalqımıza ürəyində bəslədiyi məkrli niyyətləri qeyri-insani üsullarla həyata keçirməyə başladılar. Ədalətsiz təcavüz nəticəsində Azərbaycana məxsus 20 faiz torpaqları işğal olundu, həmin ərazilərdə bütün şəhərlər, kəndlər, abidələr dağıdıldı, talan edildi. Əhali qətlə yetirildi, doğma ata-baba ocaqlarından didərgin salındı. Qəddar, vandal erməni millətinin 1992-ci il fevralın 26-da törətdiyi Xocalı soyqırımı daha dəhşətli oldu.

Mövcud vəziyyətlə bağlı Azərbaycan haqq səsini çox ucaltdı, beynəlxalq ictimaiyyətdən ədalətli dəstək istədi. Təəssüf ki, dünyanın gözü qarşısında tökülən günahsız insan qanlarına, qəddarlığa, vandallığa baxmayaraq, Ermənistana heç bir real təzyiq, cəza tətbiq edilmədi. Nəticədə onların havadarların köməkliyi ilə işğalçılıq siyasəti daha da geniş hal aldı. Danışıqlar əsasında həll edilməyə çalışan qanlı münaqişə Ermənistanın törətdiyi hərbi təxribatlarla illərlə uzadıldı. Doğrudur, Azərbaycan daim beynəlxalq hüquqa hörmətlə yanaşdı, ən əsası, yaranan gərgin vəziyyətin dinc yollarla həlli üçün böyük səylər göstərdi.

Buna baxmayaraq, beynəlxalq riyakar siyasətə güvənməklə düşmən mövqedə duran qonşu dövlət çirkin əməllərindən, etnik təmizlənmə siyasətindən əl çəkmək istəmirdi. Çünki buna əsas da vardı. “Dağlıq Qarabağ” münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci il təsis olunmuş Minsk qrupunun fəaliyyətinin 29 ili ərzində məsələnin ədalətli həlli yox, əksinə, erməni quldurlarına havadar durması nəticəsində, aparılan uzunmüddətli danışıqlar, eləcə də beynəlxalq qətnamələr kağız üzərində qaldı. BMT isə Qarabağın işğalı günündən Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlar verməklə kifayətləndi. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycana məxsus torpaqlardan dərhal çıxarılması tələbi ilə irəli sürülən 4 qətnaməsi icra olunmadı. Açıq-aydın görünürdü ki, burada məqsəd status-kvonu qoruyub saxlamaq və son anda Azərbaycanı işğal faktı ilə barışmağa məcbur etməkdir.

Amma əsir, viran yurdumuz xilaskar ərənlərin yolunu gözləyirdi. Vətənin qeyrətli övladları nəyin bahasına olursa-olsun, öz torpaqlarını düşmən tapdağından azad etməkdə qərarlı idi. Dövlət başçısı İlham Əliyev qatıldığı bütün beynəlxalq tədbirlərdə rəsmi olaraq bildirirdi ki, Azərbaycan öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək. Məqamı gələndə biz hərb yolu ilə tarixi torpaqlarımızı erməni işğalından azad etməyə qadirik. Çünki Azərbaycan xalqı üçün Vətən, torpaq hər şeydən əzizdir, bu yolda canını fəda etməyə hazır olan milyonlarla oğul və qızlarımız var...

2020-ci ilin 27 sentyabrı. Yağı düşməndən qisas alaraq Vətən torpaqların azad etmək məqamı yetişdi. Təcavüzkar əməllərindən qalmayan Ermənistan silahlı qüvvələri genişmiqyaslı hücuma keçərək cəbhə xətti boyu yerləşən mövqelərimizə və yaxın yaşayış məntəqələrinə ağır artilleriya atəşi açdılar. Nəticədə dinc əhali arasında itkilər oldu, evlər və mülki obyektlər dağıdıldı. Bu da Azərbaycanın hərbi cavabını qaçılmaz etdi, ordumuz dərhal döyüş meydanına girdi və işğal olunmuş torpaqların azadlığı uğrunda əməliyyata başladı. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində İkinci Qarabağ müharibəsinin başlandığını elan etdi, həm də bildirdi ki, Azərbaycanın məqsədi öz torpaqlarını düşmən tapdağından qurtarmaq və Ermənistanın hərbi təxribatlarına son qoymaqdır. Xalqımız bunu çoxdan gözləyirdi, odur ki, hamı bir nəfər kimi öz lideri ətrafında birləşərək ona hər vasitə ilə dəstək durdu. Bu sarsılmaz birlik müharibə meydanında düşmənin başını əzdi və 44 günə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Hər günü tarixə yazılan haqq savaşımızda qazanılan zəfər həm də bütün dünyaya dövlətimizin, xalqımızın, ordumuzun həmrəyliyini, qüdrətini göstərdi. Düşmən və onun havadarları anladı ki, bu dövlətin, millətin iradəsini qırmaq qeyri-mümkündür.

Azərbaycan xalqının çağdaş tarixində qeyrət, hünər, şərəf səhifəsi olan Vətən müharibəsində 3200 hərbiçimiz şəhadətə qovuşdu. Qəhrəman şəhidlərimizin qanı bahasına sulanan torpaqlar Azərbaycanın suverenliyi altında sürətlə dirçəlir. Bizlərə azad Vətən və xoşbəxt gələcək qoyub gedən zəfər şəhidləri ürəklərdə yaşamaqla heç vaxt unudulmaz. Onların hər biri gələcək nəsillər üçün Vətənə, torpağa əsl sevgi nümunəsidir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ