Cümə günü, 06 noyabr 2026
     

Dilimizin saflığı xatirinə dövlət orqanları bəlkə Prezidentin çıxışından nəticə çıxaralar...

Image


“Dildən düzgün istifadə etməyənlər cəzalandırılmalıdır”

Azərbaycan dilini qorumaq hər bir azərbaycanlının başlıca vəzifəsidir. Yalnız sadə vətəndaşlar deyil, bütün dövlət qurumları, özəl təşkilatlar, dillə məşğul olan qurumlar bu işdə yaxından iştirak etməlidirlər. Çox təəssüflər olsun ki, bir sıra hallarda dilimizin saflığının qorunması istiqamətində öz vəzifələrini dərk etməyən qurumlara da təsadüf edirik, bu, reklam şirkətlərinə, ayrı-ayrı təşkilat və müəssisələrə də aiddir.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ana dilinin saflığının qorunmalı olduğunu bəyan edib.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Prezident bu məsələyə xüsusi diqqət ayırıb, dilimizin qorunmasının vacibliyi ilə bağlı çağırışlar edib.

Prezident çıxışında bildirib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Dövlət qurumları dilin saflığını qorumaq üçün hüquqi-inzibati müstəvidə addımları çox ləng atır, bəzən heç atmır. Təcrübə göstərir ki, dilin saflığını qorumaq üçün təkcə qanunlar qəbul etmək, orfoqrafiya lüğəti çap etmək, seminarlar keçirmək, tövsiyələr verməklə iş bitmir. Düzdür, bunlar da vacib məsələlərdir, əhəmiyyətlidir. Amma bəzən hüquqi-inzibati müstəvidə də addımlar atmaq lazım olur. Hələ indiyə qədər müşahidə olunmayıb ki, efirdə danışarkən, tutalım, rus dilində bir ifadə işlədən adama qarşı inzibati addım atılsın, məhkəmə tərəfindən qərar çıxarılsın ki, bu adam televizyada danışarkən qeyri-dilə aid ifadə işlətdiyi, yaxud hansısa bir sözü bizim dildə qarşılığı olduğu halda onu ingiliscə, rusca dediyi üçün 50 manat cərimə olunur. Biz bunu görmürük.

Ekspertlər hesab edir ki, Prezidentin səsləndirdiyi fikirlərdən dil qaydalarının pozulmasına göz yuman, buna şərait yaradan qurumlar nəticə çıxarmalıdır. Çünki Prezidentin çıxışında dillə bağlı narahatlıqların olması cəmiyyətə, dövlət qurumlarına ciddi siqnaldır və hər kəs üzərinə düşən işi layiqincə görməlidir ki, bu narahatlıq olmasın.

“Vəzifəsini icra etməyənlərlə bağlı…”

Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əlbəttə, Azərbaycan dövləti Azərbaycan dilinin qoruyucusudur, bu da təbiidir. “Çünki Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarımız öz dövlətlərində yaşamadıqlarına və üstəlik də yaşadıqları dövlətlərdə bizim dilə qarşı ögey münasibət sərgiləndiyinə görə dilimiz oralarda qoruna bilmir. Özəlliklə də Güney Azərbaycanda dilimizin qorunması məsələsi bərbad vəziyyətdədir. Bunun üçün də Azərbaycan dövlətinin üzərinə düşən vəzifə, əlbəttə, dilimizi qorumaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında da ana dilimizin saf bir şəkildə təbliğinə nail olmaqdır. Doğrudan da sual olunur ki, biz dünyanın hər yerində Azərbaycan dilinin ayaqda tutulması üçün çalışmaqda ikən, necə olur ki, Azərbaycanın içində dilimizə münasibət bu qədər ögey olur? Yəni ana dilimizin qorunması ilə məşğul olanlar niyə üzərlərinə düşən vəzifəni icra edə bilmirlər? Məsələ bundadır ki, Azərbaycanın bir çox dövlət qurumlarında, o cümlədən də bu sahəyə məsul olan qurumlarda Azərbaycan milli kimliyini tam mənimsəməmiş adamlar hələ də qalmaqdadır. Hətta baxırsız ki, bu cür işlərlə məşğul olanlar Azərbaycan dilində deyil, rus dilində danışmağa üstünlük verir. Təbiidir ki, hər zaman rus dili haqqında düşünən, ümumiyyətlə beyni, təfəkkürü rusca olan adamlardan Azərbaycan dilinin qorunmasını biz necə tələb edə, yaxud gözləyə bilərik? Ona görə də düşünürəm ki, Azərbaycanın dövlət dilinin qorunması məsələləri ilə məşğul olan qurumlara sırf milli və prinsipial adamlar cəlb edilməlidir. Onlar bu işlə məşğul olurlarsa bütün göstəriciləri ilə milli kimliyə bağlı olmalıdırlar. Yoxsa sadəcə olaraq işlədikləri müəssisələrə bir iş yeri kimi baxaraq bu cür vəzifələrdə oturan adamlardan nəticə gözləmək olmaz. Bizim kimi ictimaiyyət önündə olan insanlar dəfələrlə mediada, ayrı-ayrı toplantılarda ana dilimizlə, dövlət dilimizlə bağlı problemləri dilə gətiririk, həll yollarını göstəririk. Təkliflər veririk, heç bir qarşılıq gözləmədən öz zəhmətimizi də təklif edirik. Amma bu illər ərzində görmədik bizim bu təkliflərimiz nəzərə alınsın. Dilimizin yad, yabançı sözlərdən təmizlənməsi, eyni zamanda hələ də rus dilinin qalığı kimi dilimizə pərçimlənmiş tərkiblərin təmizlənməsi kimi məsələlərlə bağlı şəxsən özüm illərdir danışıram. Sadəcə olaraq heç kim buna əhəmiyyət vermir”.

A.Həsrət qeyd etdi ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, başqa uyğun qurumlar, Nizami adına Ədəbiyyat İnstitutu və digərləri bu məsələdə töhfə verə bilər. “Amma onların heç biri bizim bu dediklərimizi nəzərə almır. Almadıqları üçün də cənab Prezidentin özü məcbur olur ki, Akademiyanın yubiley tədbirindəki çıxışında həm də bu məsələyə diqqət yetirsin”-deyə A.Həsrət bildirdi.

A.Həsrət qeyd etdi ki, dilimizə yad ifadələri pərçimləyən insanlara hüquqi-inzibati cəza verməli olan adamlar da milli düşüncəli şəxslər olmalıdır. “O tədbirləri görəcək insanlar da milli təəssübkeş insanlar olmalıdır. Vəzifə başında oturublar, öz vəzifələrini dərk etmirlər, maaşlarını alıb rahat olurlar və düşünürlər ki, maaşımızı aldıq hər şey yolundadır. İnsanların daha vətənpərvər, daha məsuliyyətli, daha təəssübkeş olması lazımdır. Hüquqi-inzibati tədbirlər, cərimələr problemi həll etmir. Birincisi, maarifləndirmə işləri aparılmalıdır, ikincisi də maarifləndirmə işləri ilə məşğul olanların özləri o səviyyədə olmalıdır. Misal üçün, televiziya kanallarında reklamlar gedir, bir də görürsüz ki, o reklamlarda səhvlər müşahidə olunur. Olub ki, bizim televiziya işçilərindən “bu qədər səhvlər gedir, niyə buna baxmırsınız” deyə soruşmuşam, mənə “məsuliyyəti biz daşımırıq” cavabını veriblər. Məsuliyyəti daşıdınız, ya daşımadınız, bu yanlışlıq sizin efirdə baş verir, o reklamı siz təqdim edirsiniz. Burda reklamı hazırlayan görünmür, tamaşaçı sizi görür. Çiyinlərini çəkirlər. Yəni bu istiqamətdə sərt tələb qoyulmalıdır ki, dil qaydası pozuldusa həmin kanalda reklamla bağlı cəza tətbiq olunmalıdır. Eləcə də o cür reklam hazırlayıb efirə verənlər, dildən düzgün istifadə etməyənlər cəzalandırılmalıdır. Amma yenə deyirəm, cəzalar son çarə kimi tətbiq olunmalıdır. Ona qədər vəzifəsini icra etməyənlərlə bağlı tədbir görülməlidir”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ