“Dünyada belə tədbirlərə ev sahibliyi edə biləcək dövlətlər azdır”.Teleqraf xəbər verir ki, bu sözləri Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri, yepiskop Aleksiy Smirnov deyib.
O bildirib ki, dini təşkilatlara münasibətdə dövlət siyasətinin düzgün qurulması, multikulturalizm və tolerantlıq modellərinin formalaşdırılması vacibdir: “Bütün dini icmaların, bütün konfessiyaların təmsil olunduğu, Azərbaycanın dini və milli müxtəlifliyini əks etdirən belə unikal dini festival da bunun bariz nümunəsidir.
Bakı və Azərbaycan Yeparxiyası adından bu möhtəşəm bayramın təşkilatçılarına bir daha təşəkkür edirəm. Sizləri əmin etmək istəyirəm ki, biz Azərbaycanın pravoslav xristianları ölkəmizdə sülhün və rifahın daim hökm sürməsi üçün dua edirik. Həmçinin hamınıza sülh və xeyir diləyirik”,- o vurğulayıb.