Cümə günü, 06 noyabr 2026
     

Böyük Qayıdışın Zəngilan mərhələsi böyük tarix deməkdir...

Image


Azərbaycanın son illərdə ən mühüm tarixi nailiyyətlərindən biri işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış prosesidir. Bu təşəbbüs təkcə ərazi bərpası və infrastruktur quruculuğu deyil, həm də milli yaddaşın, ədalətin və dövlətçilik ideallarının bərpası kimi dəyərləndirilir.

İndi ölkənin müxtəlif ərazilərində məskunlaşaan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması geniş vüsət alıb. Bir çox hallarda onlara yeni mənzillərinin açarları isə prezident İlham Əliyev tərəfindən təqdim olunur. Dövlət başçısının Cəbrayıl və Zəngilan rayonlarına son səfərləri fonunda bunu bir daha görmək mümkündür.

“Ədalətə inanmaq və onu təmin etmək lazımdır”

Qeyd edək ki, prezidentin budəfəki səfəri həm də azad olunan ərazilərdə çoxsaylı açılışlarla da yadda qaldı. Belə ki, prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri çərçivəsində Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, şəhər məscidinin, rayonun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun, Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.

Bunlarla yanaşı, İlham Əliyev Cəbrayıl rayonunun Horovlu, Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb, bura köçən sakinlərə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar həm də “Böyük Qayıdış” proqramının uğurla icrasından xəbər verir. Horovlu sakinləri ilə görüşdə dövlət başçısı bununla bağlı qeyd edib: “Böyük Qayıdış”ın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur. Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”. Bu qayıdış təkcə insanların fiziki olaraq torpaqlarına dönməsi deyil, həm də tarixi ədalətin, milli qürurun və dövlət suverenliyinin bərpası anlamını daşıyır. Qeyd edək ki, Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramını mərhələli şəkildə həyata keçirir. 2022-ci ildə təsdiqlənmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin əsas yol xəritəsini müəyyən edib. Proqramın məqsədi bölgələrin iqtisadi, sosial və ekoloji cəhətdən bərpası, dayanıqlı məskunlaşma mühitinin yaradılması və köçkünlərin təhlükəsiz şəkildə geri dönməsini təmin etməkdir. Proqram çərçivəsində azad edilmiş torpaqlarda “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndi artıq bu modelin real nümunəsinə çevrilib. Burada müasir enerji, su, nəqliyyat və təhsil infrastrukturu yaradılıb, əhali üçün ekoloji təmiz yaşayış şəraiti təmin olunub.

Qayıdan insanların işlə təminatı xüsusi diqqət mərkəzindədir

“Böyük Qayıdış”ın ən vacib istiqamətlərindən biri infrastrukturun bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik və qaz xətləri sürətlə inşa edilir. Zəfər yolu, Füzuli–Şuşa avtomobil magistralı, Laçın və Kəlbəcər tunelləri, Füzuli, Zəngilan, Laçın beynəlxalq hava limanları kimi layihələr regionun yeni inkişaf xəritəsini formalaşdırır. Bu infrastruktur yalnız insanların geri dönüşünü deyil, həm də iqtisadi fəallığın bərpasını təmin edir. Artıq azad edilmiş ərazilərdə sənaye parkları – Ağdam, Cəbrayıl, Zəngilan və Laçın sənaye zonaları yaradılır. Burada kənd təsərrüfatı, emal, turizm və bərpa olunan enerji sahələri üzrə layihələr reallaşır.

Azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası və yaşıl enerji siyasəti xüsusi diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. Burada günəş və külək enerjisi stansiyalarının inşası planlaşdırılır. Bu addımlar Azərbaycanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, regionun ekoloji dayanıqlığını da təmin edir. Ərazilərin minalardan təmizlənməsi isə qayıdış prosesinin ən çətin, lakin ən vacib mərhələsidir. Minatəmizləmə işləri dövlət qurumları və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilir. Bu, həm humanitar, həm də təhlükəsizlik baxımından “Böyük Qayıdış”ın əsas şərtidir. Böyük Qayıdışın mərkəzində insan amili dayanır. Dövlət azad olunmuş ərazilərdə vətəndaşların rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün bütün sosial təminat mexanizmlərini işə salıb. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai xidmət mərkəzləri tikilir. Köç prosesinin mərhələli aparılması ilə minlərlə ailə artıq doğma torpaqlarına dönüb. Qayıdan vətəndaşlara yeni iş yerləri, təhsil və sosial imkanlar yaradılır. Bu, həm də regionda sosial inteqrasiyanın və milli birliyin möhkəmlənməsinə xidmət edir. Yenə hHorovlu sakinləri ilə görüşdə prezident bildirib: “Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi” sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq... Eyni zamanda, biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar”. Beləliklə, sözügedən qayıdışla Azərbaycan öz tarixini yenidən yazır, Qarabağı və Şərqi Zəngəzuru müasir, inkişaf etmiş bölgələrə çevirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ