Bazar günü günü, 13 sentyabr 2026
     

Mehdiyev Akif Əlizadənin AMEA-da bir çox qanunsuz əməllərini ört-basdır etdi... Çirkli dostluğun fəsadları...

Image


İlqar Orucov: “Akademiya kimi saf, kristal bir mühiti Akif Əlizadə-Ramiz Mehdiyev cütlüyü bazara çevirdi”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkənin baş elmi mərkəzi olsa da, alimlərin uğurları, ixtiraları, Azərbaycan dövlətinə verdiyi töhfələr müzakirə mövzusu olmur, onun ətrafında yalnız qalmaqallı fikirlər, iddialar, ittihamlar dolaşır.

2024-cü ildə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilirdi ki, Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub. AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib.

Elmi ictimaiyyətdə gəzən söhbətlərə görə, əsas yeyinti faktları Akif Əlizadənin və Ramiz Mehdiyevin AMEA-ya rəhbərliyi dövründə olub, bu onların qeyri-şəffaf əlaqələrinin “bəhrəsidir”.

O da deyilir ki, 2019-cu ildə Ramiz Mehdiyev Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən çıxarılandan sonra onunla Akif Əlizadə arasında gizli danışıq olub ki, A.Əlizadə istefa verir, R.Mehdiyev də Prezident İlham Əliyevlə görüşündə ölkə başçısından xahiş edir ki, onu AMEA-nın prezidenti vəzifəsinə təyin etsin. Yəni R.Mehdiyevin AMEA prezidenti “seçilməsi” əslində onunla A.Əlizadə arasında qeyri-şəffaf, çirkin sövdələşmənin nəticəsdir. A.Əlizadə R.Mehdiyevə görə AMEA prezidenti vəzifəsindən istefa verib və R.Mehdiyev bu vəzifəni tutub. R.Mehdiyev AMEA prezidenti olandan sonra isə A.Əlizadənin bütün qanunsuz əməllərinin, çirkin işlərinin üstünü ört-basdır edib. Söyləntilərə görə, bu onların çirkin sövdələşməsinin nəticəsidir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Baş Prokurorluq tərəfindən AMEA-da baş verənlərlə bağlı aparılan araşdırmalarla mətbuatdan tanışdır. “Hər birimiz bu məlumatları böyük ürək ağrısı ilə oxuyuruq. Çünki AMEA ulu öndər Heydər Əliyevin zamanında qeyd etdiyi kimi, Azərbaycan xalqının milli sərvəti olub. AMEA xalqımızın ümumi elmi intellektual potensialının yüksəldilməsində çox şərəfli bir tarixə malik olub. 2013-cü ilə qədər AMEA-da rəhbər vəzifədə çalışmışam, orda gənclər işinə rəhbərlik etmişəm və zamanında bu qurumda həm də gənclərlə işin əsasını qoymuşam, yeni bir baxış, yeni bir yanaşma ərsəyə gətirərək gələcək milli elmi kadr potensialının gücləndirilməsinə töhfələr vermişəm. 2013-cü ildə Akademiyanın prezidenti, dünya şöhrətli alim, eyni zamanda əsl elm xadimi, böyük şəxsiyyət akademik Mahmud Kərimovun vəfatından sonra AMEA-da baş verən pozuntulara etiraz olaraq öz istəyimlə işimdən ayrılmışam. Xatırlayıram, 2013-cü ildə ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edən hadisə olan prezident seçkisi öncəsi Akademiyada sonuncu tədbirim kimi minlərlə gənc alimi toplayaraq onların adından ölkə başçısına, dövlətimizə dəstəyimizi ifadə edən gənc alimlərin ümumi yığıncağını keçirərək prezident seçkilərində cənab İlham Əliyevə dəstəyimizi ifadə etdik. Bundan sonra bütövlükdə vəziyyəti dəyərləndirdim və gördüm ki, o zaman Akademiyaya prezident gəlmiş Akif Əlizadə ilə işləməyim sadəcə mümkünsüzdür. Çünki bu adam acgözlüklə Akademiyanın resurslarını özününküləşdirmək kimi bir bazar yanaşması ortaya qoyaraq fəaliyyətə başlamışdı. Onunla aramda olan söhbəti yaxşı xatırlayıram. Dedi, mənə Ramiz Ənvəroviç (O, Ramiz Mehdiyevin ən yaxın kadrı idi-İ.O) deyib ki, Akademiya pul qazansın. Akademiya necə pul qazana bilər? Siz alimin düşüncəsinə fikir verin ki, mən Akademiyanın balansında olan binaları icarəyə verməliyəm və biz yalnız icarədən pul qazana bilərik. Siz təsəvvür edin ki, bu nə deməkdir. Siz “alimin”, elmə rəhbərlik edənin, ölkə elminin başında duran şəxsin elmin maliyyə qazanması ilə bağlı düşüncəsinə baxın. Mənim təşəbbüsümlə dünyanın 98 ölkəsindən indiyədək dünyada miqyasına görə alimlərin ən böyük tədbirinə - Dünya gənc Alimlərinin Bakı Forumuna hazırlaşırdıq. Tədbirin rəsmi açılışının Gülüstan Sarayında keçirilməsini planlaşdırmışdım. O məni yanına dəvət edərək, Gülüstan Sarayına verəcəyimiz icarə haqqını AMEA-ya verməklə forumu AMEA-nın əsas binasındakı böyük akt zalında keçirməyimi təklif etdi. Təsəvvür edin, mən AMEA-nın adını forumun təşkilatçıları sırasında ikinci yerdə yazmışdım. Haqlı olaraq bildirdim ki, Akif müəllim, sizin bu tədbirin keçirilməsində faktiki heç bir rolunuz və zəhmətiniz yoxdur, biz sizi təşkilatçı olaraq yazmışıq. Heç olmasa zalın icarə pulunu bizdən istəməyin. Bircə qəpik xərcləmədən və heç bir rolu olmadan bu tədbirin başında oturdu. Bu, bazar düşüncəli bir insanın elmə yanaşması idi. Biz Mahmud müəllimin vaxtında çox nəcib bir işə başlamışdıq, ölkə başçısının rəhbərliyi ilə Akademiyanın aspirantlar yataqxanasında yaşayan və mənzilə ehtiyacı olan evsiz gənc alimlər üçün 4 binanın tikintisini həyata keçirmişdik. Akif Əlizadə Akademiyaya prezident vəzifəsinə gələndə, demək olar ki, o 4 bina hazır idi. Böyük əziyyətlə Akademiyadakı gənc alimlər şuraları ilə birlikdə neçə alimin evə ehtiyacı olduğunu, kimlərin mənzilə ehtiyacının olub-olmadığını dərindən araşdırmışdıq. Akif Əlizadə o siyahını məndən aldı və o binadakı mənzilləri acgözlüklə, pul müqabilində satdı. Həmin binalarda Akif Əlizadə 4 mənzilə qızının və gəlininin adına orderlər aldı. O binalardan mənzilləri özünə yaxın insanlara verdi. Məlumatlar daxil olurdu ki, o, mənzilləri rüşvət müqabilinə satır. Siz təsəvvür edirsiz bu nə deməkdir? Akademiyada alimlər evsiz olduğu halda, öz sürücülərinə onlar evlər verdilər. Onlara evlərin nəyin müqabilində verildiyi hər kəsə gün kimi aydındır.

Mən o zaman Akif Əlizadənin bu əməllərinə qarşı mətbuatda böyük ittihamlarla çıxış etmişəm. Amma onun hünəri çatmayıb ki, o ittiahamlara cavab olaraq məni məhkəməyə versin və ona “böhtan atdığımı” qeyd etsin. Çünki mən ona böhtan atmırdım, həqiqəti deyirdim. Bilirdim ki, bu adamın acgözlüyü, pula hərisliyi, elmdən uzaq olması bu qurumu məhvə aparır...”

Gənc Alimlərin Elm Festivalından da danışan İ.Orucov qeyd etdi ki, o bu festivalı Akif Əlizadənin rəhbərliyindən illər əvvəl iki dəfə Azərbaycanda keçirib və bunu elm tədbiri kimi ortaya qoyub. A.Əlizadənin o ideyanı oğurladığını deyən ekspert vurğuladı ki, əslində o, görüntü yaratmaqla məşğul oldu. “O tədbirlərə məhz Ramiz Mehdiyevin asılı olduğu Rusiyadan artistlər gətirib Akademiyanın səhnəsinə çıxardı ki, adam guya elmin populyarlaşması ilə məşğul olur. Mən gənc alimlərin yığıncağında bir neçə təkliflə çıxış etmişdim, gənc alimlərin qurultayının keçirilməsi, eləcə də onlara hədəflənmiş neçə-neçə ideyalar irəli sürmüşdüm. Onların hamısını mənimsədi. Eybəcər formada öz “bacarığına”, öz “biliyinə” uyğun şəkildə həmin tədbirləri keçirməyə başladı. Bu da faydasız görüntüdən başqa bir şey deyildi. Mən hər zaman onun bu antielm fəaliyyətini, elmi əxlaqla bir araya sığmayan, yalnız pul silməyə xidmət edən görüntü xarakterli işlərinin əleyninə mətbuatda çıxış etmişəm. Adam adi sexlərdə istehsal edilən mühərrik yağlarını Akademiyanın Yüksək Texnologiyalar Parkında sex səviyyəsində buraxdırırdı. Çünki onun elmi düşüncəsi, elmi zəkası yox idi. Sadəcə, zamanında himayə ilə komsomoldan gəlmişdi və lazımı zamanda lazımı yerdə olmaq qabiliyyəti ilə bu adam AMEA-da fəaliyyət göstərib.

Xatırlayıram, mən Cənab Prezidentə Gənclər üçün Prezident mükafatına namizəd kimi gənc alimlərin də iştirakına imkan yaradılması xahişi ilə müraciət etmişdim. Ölkə başçımız hər zaman elmə və gəncliyə həssas münasibət nümayiş etdirdiyi üçün adı gedən mükafatın təsis edilməsi ilə əlaqədar sənədə gənc alimlərin də adını daxil etdi. Akif Əlizadə bu gözəl təşəbbüsü də zədələdi. Heç bir nailiyyəti olmayan yaxın adamına həmin mükafatın verilməsinə nail oldu. Bu, vəzifədən sui-istifadə ilə bərabər, ən yumşaq ifadə etsək, ədalətsizliyin açıq nümayişi, akademik ədəbsizlik idi…

AMEA-nın ovaxtkı prezidenti Mahmud Kərimovla vəfatından bir neçə gün əvvəl söhbətimiz olmuşdu. O mənə deyirdi ki, Akademiyada işləməyən yeganə vitse-prezident varsa o da Akif Əlizadədir, mən yenə prezident olsam, o adamı mütləq bu vəzifədən uzaqlaşdıracağam. Yəni adam elmdən başqa nə ilə desən məşğuldur. Bu ona qismət olmadı və Akif Əlizadə gəlib elmin başında dayandı. Prezident olan kimi özünə bahalı avtomobil aldı. Halbuki, alimlər akademiyada 400-500 manat əməkhaqqına qulluq edirdilər. Ehtiyac olmadığı halda gətirib Akademiyaya mühafizəçilər qoydu. Deyirdim ki, Akademiyada mühafizə nəyə lazımdır, dünyanın hansı ölkəsində akademiyada mühafizə var? “Burda mən, Bağdadda kor xəlifə” iddiası ilə ahıl yaşda olan bir insan xüsusi mühafizənin müşaiəti ilə gəlirdi, bütün yolları bağlayırdı, o otağına girənə qədər heç kəs çölə çıxa bilməzdi. Bir velosipetin təkərini istehsal edə bilməyən bir qurumun rəhbəri 500-600 minlik “Mersedes-S klasda” gəlir. Sən kimdən, nədən özünü qoruyursan? Bu adam Texnologiyalar Parkında adi su istehsalı ilə məşğul idi. Elmə rəhbərlik edən adamın təfəkkürü görün nə səviyyədə idi. Yüksək Texnologiyalar parkı hara, bulaq suyu hara, yaxud mühərrik yağları hara? Akif Əlizadə Akademiyanın tarixində çox uğursuz prezident olub və Akademiyanı məhv edib. Akademiyanın ərazisində açdığı çayxananı indi də onun adı ilə adlandırırlar. Akademiyada işləyən əməkdaşların gününü sadəcə qara etmişdi.

Cənab Prezidentinin Tovuza səfərindən sonra dövlət başçısı Tovuzda Göytəpə Milli Arxeologiya Parkının yaradılması ilə bağlı sərəncam imzaladı. Bu sərəncam bugünə kimi icra olunmayıb. Akif Əlizadə bütün prosesi pozdu. Dələduz insanları gətirib Akademiyanın işlər idarəsində vəzifəyə qoydu. Akademiyanın işlər idarəsinə Turab Əhmədov adlı çox gözəl elmi təşkilatçılıq bacarığı olan insan rəhbərlik edirdi, onu uzaqlaşdırdı, öz xislətinə uyğun adamı gətirib Akademiyanın işlər idarəsinə rəhbər qoydu. Akademiyanın Rəyasət Heyətinin ştat vahidlərini artırdı, lazımsız şöbələr, idarələr, özü üçün isə xüsusi katiblik yaratdı. Bunlar dövlət vəsaitlərindən şəxsi mənafe naminə istifadə idi və həm də səmərəsiz istifadə idi. Ondan sonra Azərbaycanın elmi mühitini məhv etmək üçün Ramiz Mehdiyev Akademiyaya “prezident seçildi”. Baxmayaraq ki, cənab Prezident onu ölkəmizin ən yüksək ordeni olan Heydər Əliyev ordeni ilə təltif etmişdi, ona yüksək etimad göstərmişdi. Amma o gəlib Akademiyada intriqa mühiti yaratdı, Akademiyaya yeni “ənənələr” gətirdi. Hər zaman Akademiyanın prezidenti olmuş insanların Fəxri Xiyabandakı məzarlarını ziyarət edirəm, Akademiyanın durumu ilə bağlı ürəyimdə bizim böyük alimlərimizlə danışırdım ki, bu iki bazar təfəkkürlü və elmdən xəbərsiz insan gəlib Akademiyanı hansı vəziyyətə gətirdi. Akademiya kimi saf, kristal bir mühiti Akif Əlizadə-Ramiz Mehdiyev cütlüyü bazara çevirdi. Çünki onların düşüncəsində yalnız və yalnız bazar xisləti hakim idi. Ramiz Mehdiyevin Akademiyadakı özbaşınalıqları heç kimə sirr deyil. Maraqlı nədir? Akademiyanın idarəedilməsi kollegial idarəetmədir. O vaxt Akademiyada vitse-prezidentlər, Rəyasət Heyəti üzvlərindən ibarət bir qrup baş verən qanunsuzluqlara qarşı səslərini çıxarmadılar, baş verənlərə göz yumurdular ki, sanki belə olmalı imiş. Onların içində yaxşı və elmi bilən insanlar da var. Sadəcə olaraq əqidəli və elmə xidmət edən insanların danışmaq imkanları yox idi. Danışmaq imkanı olan adamlar ki vardı, onları da akademik edən Ramiz Mehdiyev və Akif Əlizadə idi. Heç təsəvvür etmədikləri yüksək elmi adı onlara vermiş himayədarlarına qarşı səslərini çıxara bilməzdilər. Akademiya bərbad hala düşdü. Akif Əlizadənin və Ramiz Mehdiyevin zamanında sanki filankəs yaxşı oğlandır onun üçün ona institut yaradıblar. İxtisasları uyğun gəlməyən və keçmişi müəmmalı adamları gətirib elmi-tədqiqat institutlarına direktor və digər rəhbər işlərə təyin etmişdilər. Siz dövlətin pullarını nə qədər səmərəsiz istifadə edəcəksiniz, nə qədər görüntü xarakterli işlərlə məşğul olacaqsınız? Əminəm ki, Akademiyada baş verən pozuntularla bağlı istintaq obyektiv araşdırmaları ortaya qoyacaq. Çünki artıq bunların maskaları yırtılıb. Əminəm ki, Akif Əlizadənin və Ramiz Mehdiyevin Akademiyaya rəhbərlik etdiyi dövr təftiş olunacaq və onlar dövlətə vurduqları ziyanı da, dövlətdən oğurladıqları milyonları da geri qaytaracaqlar. Bunu onların boğazından çəkib çıxarmaq lazımdır. Hələ ki, sakit yaşayırlar. Onlar elmi çox pis günə qoydular. Təsəvvür edin ki, bazarda alver edən və alverçi adamlara bunlar elmər doktoru elmi dərəcəsi verdilər. Onlar çox rahatlıqla gəlib Akif Əlizadənin rəhbərlik etdiyi institutda və digər instutularda elmlər doktoru adı aldılar. Gənclər məndən soruşurlar ki, bu biabırçılıqlar necə baş verdi, onlar necə gəlib elmlər doktoru oldular? Nə qədər istedadlı gənclərin elmə gəlməsinin qarşısını aldılar, maddiyyat qarşılığında təsadüfi insanlara elmi dərəcələr verdilər. Hesab edirəm ki, Akif Əlizadə və Ramiz Mehdiyevin elmə vurduqları maddi və mənəvi zərbələrin qarşılığı mütləq şəkildə olmalıdır. Onların Akademiyanın həqiqi üzvlüyündən məhrum edilməsindən tutmuş dəymiş maddi və mənəvi ziyanın geri qaytarılmasınadək ən sərt tədbirlər görülməlidir. Çünki nə Akademiyaya rəhbərlik etmiş nəhəng insanların ruhu bizi bağışlayacaq, nə də Azərbaycan elmi. Elmi bu günə gətirib salan adamların əməlləri cəzasız qalacaqsa elmdə bundan sonra da ədalətsizlik və cəzasızlıq mühiti davam edəcək”-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ