Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Tarix: 28.10.2025 / 14:54
Bölmə: Sosial
Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi keçirilib. Baki-xeber.com xəbər verir ki, mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, XXI əsr bəşəriyyət üçün yeni bir dönüş nöqtəsidir. Texnologiyalar inkişaf etdikcə, süni intellekt sistemləri insan düşüncəsinin sərhədlərini aşır. Lakin bu texnologiyanın real gücü onun etika ilə tamamlandığı, insan yönümlü və məsuliyyətli şəkildə tətbiq edildiyi zaman ortaya çıxır. Bu baxımdan süni intellektin etik ölçülərini müzakirə etmək təkcə elmi məsələ deyil, həm də mənəvi və milli məsuliyyətdir. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu strateji sənəddə süni intellektin "etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəsi", "insan yönümlü yanaşma, şəffaflıq, ədalət və etibarlılıq" kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsi kimi təsbit olunub: "Azərbaycan bu sahədə regionda nümunə yaratmaq əzmindədir. Bakı Dövlət Universiteti isə bir əsrdən çox tarixə malik, elmi və mənəvi düşüncənin beşiyi olaraq süni intellektin etik və elmi tərəflərinin araşdırılmasına xüsusi diqqət yetirir. Son illərdə Universitetdə bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq Türk Akademiyası ilə birlikdə "Süni intellektin etikası" kafedrası təsis edilib və onun tərkibi formalaşdırılmaqdadır. Bu kafedra süni intellektin istifadəsi zamanı etik, hüquqi, sosial və digər məsuliyyət tərəflərini də öyrədir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin universitetləri ilə birgə etik və hüquqi tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu gün BDU-nun qarşısında bu sahədə duran əsas vəzifə yalnız süni intellekt sistemləri yaratmaq deyil, insana xidmət edən, ədalət və etika prinsipləri ilə tənzimlənən elmi mədəniyyət formalaşdırmaqdır". Rektor diqqətə çatdırıb ki, Türk dünyasının inkişafı və həmrəyliyi yalnız iqtisadi əlaqələrin gücləndirilməsi ilə deyil, elm, təhsil, mədəniyyət və ortaq dəyərlər üzərində qurulmuş möhkəm bir mənəvi körpü ilə mümkündür: "Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dərin strateji baxışları türk xalqlarının həmrəyliyi, qarşılıqlı hörmət və əməkdaşlıq ruhu üçün əbədi bir ideyanın təməlini qoyub. Bu ideya Türk dünyasının inteqrasiya prosesləri, birgə layihələri və gələcəyə yönəlmiş strateji baxışında öz əksini tapır. Məhz bu ideyaların davamı olaraq, Türk dünyası dövlətlərinin başçılarının uzaqgörən təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir mərhələyə – elm, texnologiya, süni intellekt və innovasiya sahəsində ortaq ekosistemin formalaşması mərhələsinə qədəm qoyulub. Bu ekosistem yalnız texnoloji tərəqqini deyil, həm də etik məsuliyyəti, insan mərkəzli yanaşmanı və ortaq dəyərlər üzərində qurulmuş elmi əməkdaşlığı özündə birləşdirir. BDU tərəfindən elm və təhsildə yeni çağırışlara cavab olaraq "Türk dünyasında süni intellekt etikası Mərkəzi"nin yaradılması kimi təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs Türk dövlətlərinin müvafiq universitetlərinin elmi potensialının birləşdirilməsinə, süni intellekt sahəsində ortaq elmi-praktik platformanın qurulmasına və gələcəyin etik prinsiplərə əsaslanan texnoloji inkişaf modelinin yaradılmasına yönəldilməlidir. Oktyabrın 31-dək davam edəcək Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbində dünyanın 10 ölkəsindən aparıcı universitet və elmi mərkəzlərin nümayəndələri, alimlər, ekspertlər və tələbələr iştirak edirlər. Bu beynəlxalq platforma təkcə süni intellektin texnoloji tərəflərini deyil, onun etik, sosial və hüquqi aspektlərini müzakirə etmək, həmçinin ortaq elmi baxış və standartların formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir çərçivəsində süni intellektin etik prinsipləri, tədris proqramlarına inteqrasiyası, məsuliyyətli texnologiya anlayışı, eləcə də insan yönümlü innovasiya modelləri kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq". Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev süni intellektin sürətli inkişafının özü ilə həyatımıza misli görülməmiş yeni imkanlar gətirdiyini deyib: "Hazırda süni intellekt təhsil, səhiyyə və dövlət idarəçiliyindən tutmuş, təhlükəslizlik və idarəetməyə qədər insan həyatının bütün sahələrinə təsir göstərir. Bu isə yeni çağırışları və həllini tələb edən sualları gündəmə gətirir. Türk Dövlətləri Təşkilatının bütün strateji sənədlərində bu məsələnin fövqəladə əhəmiyyətinə toxunulub, müxtəlif sahələrdə süni intellektdən istifadənin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bugünkü konfrans yalnız akademik tədbir deyil, həm də birgə intellektual və institusional səylər vasitəsilə bu strateji məqsədlərin həyata keçirilməsi istiqamətində atılan ən böyük praktik addımdır. Biliyi və əxlaqı məsuliyyətlə əlaqələndirən, dərin fəlsəfi ənənələrə sahib Türk dünyası süni intellekt etikasına dair qlobal müzakirələrə mühüm töhfə verə bilər. Süni intellekti ortaq mənəvi dəyərlərlə birləşdirməklə Türk dünyasına xidmət etmiş olarıq". Türkiyə Elmlər Akademiyasının Prezidenti, professor Muzaffer Şeker isə vurğulayıb ki, süni intellekt texnologiyalarının bir çox sahələrdə tətbiqi onun etik, hüquqi və mədəni istiqamətlərdə də araşdırılmasının zəruriliyini tələb edir: "Süni intellekt artıq rəqəmsal laboratoriyaların mövzusu deyil, beynəlxalq siyasətin və iqtisadiyyatın mərkəzindədir. Süni intellekt texnologiyalarının inkişafı artıq qlobal rəqabət halına gəlib, Türk dünyasının bu rəqabətdə öz layiqli yerini tutması üçün alimlərimizin üzərinə mühüm öhdəlik düşür. Konfransda müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarların qeyd edilən istiqamətdə əsaslı bir çağırışa çevriləcəyinə inanıram". Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində günümüzün ən aktual və vacib məsələsinə çevrilən süni intellektin etikasına dair təşəbbüslərin Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Türk dünyası öz gələcəyini birlikdə düşünür. Süni intellekin daha ədalətli yönəldilməsi üçün istər Türk dünyası, istərsə də bütün dünya ölkələri çalışmalıdır. Bu konfransda aparılan müzakirə və dialoqlar tək Türk dünyasının deyil, dost və müttəfiq ölkələrin də gələcəyinə öz təsirini göstərəcək". İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru, professor Muazzam Ali xan Xattak süni intellekt etikasına dair birgə təşəbbüslərin əhəmiyyətinə toxunub və konfansın önəmli nəticələr verəcəyinə əminliklərini ifadə ediblər. Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker və Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru Muazzam Ali xan Xattaka Bakı Dövlət Universiteti adından Süni İntellektin Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız Məktəbinin təşkilinə göstərdiyi dəstəyə, elmi əməkdaşlığın və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürnamələr təqdim olunub. Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub. Günel CƏLİLOVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
Tarix: 06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
Tarix: 06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
Tarix: 05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
Tarix: 05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
Tarix: 05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
Tarix: 05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
Tarix: 05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
Tarix: 05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
Tarix: 05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
Tarix: 05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
Tarix: 05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...
06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır
– Rusiyadan açıqlama gəldi...
06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi
– fond qalmaqalı...
06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu
- zəmanət verilmədən görüş olmayacaq...
06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ