Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Elxan Nəcəfov nazir olandan sonra İstanbuldakı azərbaycanlı uşaqlar məktəbinin qara günləri başladı"- direktor Şərqiyyə Məmmədova...
Tarix: 27.10.2025 / 13:13
Bölmə: Sosial
24 oktyabr 2025-ci ildə saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında Azərbaycanın tarixində xarici ölkədə ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına məktəbin açılışına həsr olunmuş tədbir keçirilib. Məktəbin açılışına həsr edilmiş tədbir dramaturq, yazıçı, türkçülüyün şəhidi, böyük şəxsiyyət H.Cavidin doğum gününə təsadüf edib. Tədbirdə respublikanın tanınmış elm adamları, ziyalılar, Cavidsevərlər, İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan Millətlərarası məktəbin bir neçə nəfər şagirdi iştirak edirdilər. İstanbulda yeni açılan, ölkəmizin tarixində xarici ölkədə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində ilk rəsmi təhsil ocağı olan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbinin açılışına həsr olunmuş tanıtım tədbirini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar xanım Babaxanova açaraq, bu möhtəşəm hadisə üçün hər kəsi təbrik edib və sözüməktəbin qurucusu və direktoru Şərqiyyə Məmmədovaya verdi. Şərqiyyə Məmmədova illər öncə mənfur qonşularımızın işğalçılıq siyasətinin nəticəsi olaraq blokada şəraitində işsizlikdən, elektrik enerjisinin yoxluğu və s. səbəblərdən əziyyət çəkən Naxçıvan Muxtar Respublikası vətəndaşlarının qardaş Türkiyə Cumhuriyyətinin müxtəlif bölgələrində, o cümlədən İstanbul şəhərində məskunlaşması, qanuni yaşamaq haqqına sahib ola bilməmələri səbəbi ilə təhsildən kənarda qalmalarından danışmışdır. Həm də bu mühacirətin uzun sürməsi, yeni yaranan ailələrdən dünyaya gələn uşaqların da nə Azərbaycan vətəndaşı, nə də Türkiyə vətəndaşı olmamaları, ümumiyyətlə, həyatda mövcud olduqlarını sübut edən heç bir sənədləri olmaması səbəbi ilə məktəb yaşları çatdığı zaman məktəbə gedə bilməmələrindən, təhsildən kənarda qalmaları nəticəsində hərbi xidmətə gedən 18 yaşına çatmış oğlanların adını yazıb imzasını çəkə bilməməsindən danışdı. Şərqiyyə xanım qeyd etdi ki, "Mən Azərbaycanda "Maarifçi Qadınlar " İB-nin sədri, 40 ildən artıq pedaqoji təcrübəyə malik XIX-XX əsrin maarifçilərinin davamçısı olaraq ölkəmizin gələcəyi, təməl qurucuları olacaq bu övladlarımızın kütləvi savadsızlığına biganə qala bilmədim, böyük çətinliklərlə qatlaşaraq bu məktəbi qurdum. İstanbulda yaşayan, Azərbaycanda ali məktəbi bitirmiş peşəkar müəllimləri bir araya gətirdim. Əlbəttə ki, dildə çox asanca səslənən bu "məktəb qurmaq" məsələsi çox məşəqqətli, enişli-yoxuşlu yollardan keçdi. Düşünürdüm ki, bir gün gələcək dövlətimiz bu uşaqlara şəxsiyyət vəsiqəsi də verəcək, Azərbaycan vətəndaşı pasportunu da asanlıqla verəcək, ancaq 15, 18 yaşına çatan uşaqlar məktəbə gedib parta arxasında otura, təhsil ala bilməyəcək. Heç bir sənədi olmayan uşaqları bir araya gətirdim, fədakar müəllimlərimizin sayəsində 5000 minə yaxın məktəbyaşlı azərbaycanlı balasını oxudub gözlərinə işıq verdik. Onlardan 4 mindən artıq məktəblimiz vətənə gəlib təhsillərinə davam etdilər. Ali məktəbdə oxuyanlarımız var. Hal-hazırda məktəbimizdə 500 şagird təhsil alır. Kitablar, tədris ləvazimatları mövzusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü ildən üzü bəri bütün təhsil naziri vəzifəsini icra edən nazirləri, təhsil Azərbaycan tədris proqramları əsasında olduğu üçün, lazım olan bütün tədris ləvazimatlarını məktəbimizə veriblər. Məktəb jurnalları, şəxsi işlər də daxil olmaqla. Həmin kitablar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 9 -10 ildir "Azərbaycan Hava Yolları" şirkəti tərəfindən ödənişsiz olaraq İstanbula çatdırılır. Azərbaycana gələn hər bir məktəbli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2014-cü il 06 noyabr tarixli "Uşaqların (şagirdlərin) umumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları"nın 4.4.3 və 4.4.3.1 1-ci və 11-ci sinifdə oxuduğu iddia edilən şagirdin müvafiq təhsil sənədini təqdim etməsə belə, oxuduğu sinifi bitirdiyi səviyyədə biliyi müvafiq komissiya vasitəsi ilə yoxlanılır və məktəbin müvafiq sinfinə qəbul edilir. Bu ilə qədər mövcud qərara əsasən İstanbuldan gələn şagirdlərimiz Bakı şəhərində bu mərhələni müvəffəqiyyətlə keçərək qaldıqları yerdən təhsillərinə davam edirlər. Ancaq Naxçıvanın Təhsil naziri Elxan Nəcəfov təhsil naziri olduqdan sonra ailələrinin, uşaqların qara günləri başladı. Biz şagirdləri Bakıya gətirir, burada "Təhsil haqqında" Qanunu bilən, Bakıda və Abşeron rayonunda, ümümiyyətlə, Azərbaycanın bütün rayonlarının təhsil şöbələrində çalışan təcrübəli, öz işini mükəmməl bilən mütəxəssislərin sayəsində hər bir məktəbli təhsilə cəlb edilmiş və edilməkdədir". Şərqiyyə xanım hal-hazırda zalda oturan 5 şagirdin də Elxan Nəcəfov tərəfindən təhsildən qovulub Bakı şəhərinə sürgün edilən şagirdlərin də çox əziyyət çəkdiklərini də vurğulayıb. Tədbirdə uzun illər Hüseyn Cavidin Ev Muzeyinin direktoru işləmiş filologiya rlmləri doktoru Gülbəniz xanım Babaxanlı İstanbulda açılan Hüseyn Cavid adına Millətlərarası Azərbaycan məktəbininin açılışına həsr olunmuş tədbirin çox gözəl bir günə, dahi şəxsiyyət, mütəfəkkir H.Cavidin doğum gününə təsadüf etdiyini, bu məktəbin fəaliyyətini sosial şəbəkələrdə uzun illərdir izlədiyini, məktəbin qurucusu Ş.Məmmədovanın heç bir zaman Azərbaycana gələn məktəbliləri unutmadığını, onları dəfələrlə H.Cavidin Ev Muzeyinə gətirdiyini qeyd etdi, belə bir mühüm və müqəddəs işi ərsəyə gətirdiyi üçün Şərqiyyə xanıma təşəkkür etdi. Tədbirdə filologiya elmləri doktoru, Cavidşünas Lütviyyə Əsgərzadə böyük şəxsiyyət, dahi mütəfəkkir H.Cavidin 143-cü doğum ilində Türkiyə kimi nəhəng bir dövlətdə açılan rəsmi bir təhsil ocağına bu dahi şəxsiyyətin adının verilərək əbədiləşdirilməsinin çox möhtəşəm və sevindirici xəbər olduğunu qeyd etdi, H.Cavid haqqında maraqlı xatirələrini bölüşdü. Filologiya elmləri doktoru, professor, uzun illər Şamaxı rəsədxananın müdiri vəzifəsində çalışmış Əyyub Quliyev Nikolay Çernix tərəfindən 1978-ci ildə kəşf edilən, Marsla-Yupiter arasında hərəkət edən kataloqlarda 6262 nömrəsi ilə qeyd edilən və bu barədə Beynəlxalq konfranslarda vəsadət qaldırılmasından (Əyyub Quliyev və Klim Çyryumov tərəfindən) 1997-ci ildə Cavid kiçik planeti adının verilməsindən danışıb, İstanbulda açılan Azərbaycan məktəbinə Hüseyn Cavid adının verilməsinə, bu adın Türkiyə Milli Eğitm Bakanlığının rəsmi saytında yer almasının müstəsna möhtəşəm bir hadisə olduğuna diqqət çəkib. Tədbirdəki ziyalılardan "Ədəbiyyat" qəzetinin redaktoru Şərvaz Hüseynoğlu çıxışı ilə diqqət çəkərək, Hüseyn Cavidə hesr etdiyi şeirlərindən parçalar səsləndirib, ürək sözlərini söyləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun dosenti Elçin Muradxanlı H.Cavidə, onun yaradıcılığına olan maraq və sevgisindən danışıb, İstanbulda H.Cavidin adını daşıyan bir məktəbin açılması münasibətilə təbriklər söyləyib. Bakıda 193 saylı məktəbin riyaziyyat müəllimi, illərdir kitabları, onlayn rejimində şagirdlərimizin riyazi biliklərinin artırılmasına dəstək olan, Vətən ovladlarının təhsilli şəxslər kimi yeməsinə xidmət göstərən, məktəbi canlı olaraq ziyarət edən Elbrus Hüseynov ürək sözlərini söyləmiş, Hüseyn Cavid adına məktəbin şagirdlərini və müəllimlərini təbrik etmiş, bunun böyük bir hadisə olduğunu qeyd etmişdir. Tədbirdə Respublikanın tanınmış ziyalısı, dövlətçiliyimizin qurulmasında, möhkəmlənməsində xüsusi xidmətləri olmuş, görkəmli şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli də məktəbin möhtəşəm bir hadisə olduğunu vurğulayıb, təbriklərini dilə gətirib. İstanbulda H.Cavid adına məktəbi rəsmi dövlət qeydiyyatından keçirməyə nail olmuş məktəbin təsisçisi və müdiri, filologiya elmləri doktoru Ş.Məmmədovanı təbrik edən tədqiqatçı alim Nazir Əhmədli onun fədakar və yorulmaz əməyindən, qarşısına çıxan çoxsaylı problemləri həll etməsindən danışdı. Qeyd etdi ki, Ş.Məmmədova indiyə qədər təhsildən kənarda qalan 4 mindən çox uşağı məktəbə cəlb etmiş, hazırda isə həmin məktəbdə 600 şagird təhsil alır. N.Əhmədli təhsilini davam etdirmək üçün vətənə qayıdanlara Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun göstərdiyi qəddar və Azərbaycan qanunlarına zidd münasibətini qınadı. Tədbirdə iştirak edən şagirdlərdən birinın anası Nəzakət Tağıyeva Naxçıvanın Təhsil naziri Elxan Nəcəfovun Türkiyədən gələn uşaqlara qarşı etdiyi haqsızlıqdan, qanun pozuntularından tədbir iştirakçılarına danışdı və bəzi nüanslara diqqət çəkdi. Hal - hazırda nazir Nəcəfovu məhkəməyə verdiklərini söylədi. AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Fidan Nəsirova çıxış edərək qeyd etdi ki, "Bu tədbirin məhz Ulu Cavid ruhunun məskənində, bu müqəddəs məkanda keçirilməsi zərurətdən doğan ilahi istiqamətləndirilmədir desək, yəqin ki, yanılmarıq. Qeyd edim ki, düşüncə, təfəkkür şəhidi Cavid Əfəndinin genetik kodunun davam etməməsi damarlarında türk qanı axan, uca ulusun etnik kimliyinə sahib hər bir azərbaycanlı üçünhəm də bir kədər, ağrı-acıya assosasiya olub həmişə. Lakin bu gün bu tədbir Ulu Cavidin adına, amal və əqidəsinə layiqelm, bilik, təhsil uğrunda edilən mücadilələr fonunda içimizdəki dərin yaraya bir məlhəm oldu sanki. Şərqiyyə xanımın timsalında Cavid əfəndinin mənəvi övladlarının varlığı dinən dərdlərimizi sakitləşdirdi sanki. Mən Türkiyə-Azərbaycan məktəbi, onun təlim-tədris sahəsindəki uğurları, qardaş ölkədə kiçikyaşlı həmyerlilərimiz üçün yaratdığı imkanlar və bu məbədin ideya müəllifi, təsisçisi, qurucusu Şərqiyyə xanımın yorulmaz, fədakar və prinsipial fəaliyyəti haqqında hələ 2023-cü ildə anam Bakı Dövlət Universitetinin müəlliməsi Əsmətxanım Məmmədovadan eşitmişdim. O zaman Ümummilli Lider H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın bir qrup tanınmış ictimai-siyasixadimləri, alim və ziyalıları H.Cavid adına Türkiyə-Azərbaycan məktəbinə səfər etmiş, bu tədris ocağının çoxşaxəli fəaliyyəti, Azərbaycanın tanınması adına dar imkanlar çərçivəsində gördüyü titanik miqyaslı işlərlə yaxından tanış olmuşdular. Bu gün mən anamın sevinc və qürurla danışdığı bol təəssüratların bir daha canlı şahidi oldum. İçindəki Vətən sevgisinə, iradə əzminə görə Şərqiyyə xanıma təşəkkür borcumuz var. Digər tərəfdən, məktəb tərəfindən təqdim olunan sənədlərin qanuniliyinin şübhə altına alınması, tanınmaması məndə bir vətəndaş kimi təəssüf hissi doğurur. Elmin, təhsilin yolunda yaşıl işıq yandırmaq cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir kəsin ən müqəddəs vicdani borcudur. Savadlanmaya heç vəchlə əngəl yaratmaq olmaz! Mən düşünürəm ki, elmə, təhsilə, biliyə, ziyaya yol açmaq, mövcud problemlərin həllinə dəstək üçün istək və tələblərin icmalından ibarət məktub tərtib olunmalı, ölkə ziyalıları bu məktubu imzalamalıdır. Biliyin, elmin təbliği–Cavid əqidəsinin təbliği, Cavid missiyasının davamıdır!"
DİGƏR XƏBƏRLƏR
Tarix: 06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
Tarix: 06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
Tarix: 06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
Tarix: 05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
Tarix: 05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
Tarix: 05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
Tarix: 05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
Tarix: 05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
Tarix: 05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
Tarix: 05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
Tarix: 05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
Tarix: 05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...
06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır
– Rusiyadan açıqlama gəldi...
06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi
– fond qalmaqalı...
06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu
- zəmanət verilmədən görüş olmayacaq...
06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi
05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı
05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...
05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub
- FOTO
05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...
05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...
05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...
05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...
05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir"
- Əhməd İsmayılov
05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb
05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...
05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...
05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib
05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu
- dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...
05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
- DTX-dan əməliyyat...
05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər
- Tramp açıqladı...
05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...
05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır
– Heqset və Rubio “vurula” bilər...
05.11.2026 / 12:09
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...
05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım
- 640 manat olacaq...
05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...
05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqavilə imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ