Cümə günü, 06 noyabr 2026
     

Gənclərimizin fiziki inkişafının daha bir arenası - beynəlxalq idman yarışları...

Image


İdman, bütövlükdə idman hərəkatı, idman yarışları, yerli və beynəlxalq idman oyunları gənclərin həm mənəvi, həm də fiziki inkişafını şərtləndirən amillərdən biri kimi daim aktualdır.

Azərbaycanda uşaq, yeniyetmə və gənclərin idmana çox böyük marağı var, deyərdik ki, bu proses ölkəmizdə kütləvi xarakter daşıyır. İdmanın bütün növləri gəncləri daim mənəvi və fiziki baxımdan güclü, özünə inamlı, nizam-intizamlı edən, pis vərdişlərdən, məsuliyyətsizlikdən uzaqlaşdıran bir vasitədir.

Bilirik ki, Azərbaycan idman ölkəsi kimi özünü çoxdan təsdiqləyib, Olimpiya hərəkatının öncüllərindən biri kimi daim diqqət mərkəzində olub. Habelə ölkəmizdə idmanın inkişafına xüsusi əhəmiyyət verilir və bu sahə bütövlükdə dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan idmançılarının yerli və regional əhəmiyyətli, o cümlədən də Olimpiya, Avropa, dünya çempionatlarında, yarışlarda iştirakı və qazandıqları uğurlar da uşaq və gənclərə bir örnəkdir. Heç şübhəsiz, onların uğurları uşaq və gənclərimizin kütləvi olaraq idmana cəlb olunmasında mühüm rol oynayır.

Bundan başqa, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının da bu istiqamətdə töhfələri az deyil. Uzun illərdir ki, Azərbaycan beynəlxalq yarışlara böyük uğurla ev sahibliyi etmək təcrübəsi əldə edib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula1 Azərbaycan Qran Prisi paytaxt Bakının ev sahibliyi etdiyi ən mötəbər idman tədbirlərindəndir ki, bütün dünya o tədbirlərin yüksək səviyyədə təşkil edilməsini nümunə göstərir. Yeri gəlmişkən, bir neçə gün əvvəl paytaxt Bakıda Formula-1 Azərbaycan Qran-prisi keçirildi. İki gün davam edən idman tədbirini uşaq və gənclərimiz də böyük maraqla izlədilər.

İndi də Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. III MDB Oyunları "Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçiriləcək. Açılış və bağlanış mərasimi və 8 idman növü üzrə yarışlar Gəncədə baş tutacaq. Yarışın 2025-ci ilin sentyabrin 28-dən oktyabrın 8-ə qədər keçiriləcəyi bildirilir. 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib. Yarışlar 23 idman növünü əhatə edəcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək. Oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan Hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançılarının da iştirakı gözlənilir.

III MDB Oyunlarının maskotları və şüarı bəlli olub- maskotlar "Bəbir" və "Leyla"dır, yarış isə "Hər qəlbdə bir qələbə" şüarı altında keçiriləcək.

Bildirək ki, III MDB Oyunlarına ciddi hazırlıq işləri həyata keçirilir. 2024-cü ilin aprel ayında Gəncə İdman Sarayının açılışı olub.

Onu da qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Samir Şərifov III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov isə sədr müavini təyin olunub.

Ekspertlər bildirir ki, Azərbaycan dövləti bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu gün dövlət uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirir. Hazırda uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görülüb. Bu proses hazırda da davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Prezident bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu bizdə var. Amma eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

Azərbaycan dövlətinin uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunmasına göstərdiyi diqqət və qayğınını hər birimiz hiss edirik. Bu gün təsadüfi deyil ki, təkcə paytaxtda deyil, respublikamızın bütün şəhər və rayonlarında idman kompleksləri, idman məktəbləri, məşq zalları və sair fəaliyyət göstərir. Ucqar kəndlərdə belə uşaqların idmanla məşğuliyyətinə şərait yaradılıb.

Ölkənin bütün regionlarında idmanın inkişafının, idman infrastrukturunun yüksək səviyyədə qurulmasının nəticəsidir ki, bölgələrimizdə də mötəbər idman oyunları keçirilir.

Qeyd edildiyi kimi, III MDB Oyunları məhz Azərbaycanın bölgələrində keçiriləcək. Beynəlxalq idman yarışlarının regionlarda baş tutması eyni zamanda orda yaşayan uşaq və gənclərə də müsbət təsir göstərəcək. Bütün hallarda, Azərbaycan gəncliyi onu fiziki və mənəvi anlamda inkişaf etdirən idmana ciddi şəkildə meyl göstərir.

Dediyimiz kimi, Azərbaycanın regionlarında beynəlxalq idman yarışlarının təşkili çox böyük əhəmiyyətə malikdir. Bu yarışların sırasına Şuşada şahmat, Suqovuşanda avarçəkmə və Zəngilanın Ağalı kəndi ətrafında triatlon yarışları, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində keçirilən beynəlxalq tədbirlər daxildir. Məlumata görə, bu cür tədbirlər ölkədə idmanın inkişafına, həmçinin beynəlxalq idman əlaqələrinin güclənməsinə töhfə verir. Bunların əhəmiyyəti haqqında ekspertlər bildirir ki, bu cür beynəlxalq tədbirlər regionlarda idmanın inkişafına, yeni idman obyektlərinin yaradılmasına və gənclərin idmana cəlb edilməsinə xidmət edir. Yarışların keçirilməsi, ölkənin idman potensialını nümayiş etdirir və beynəlxalq idman ictimaiyyətində maraq yaradır. Azad edilmiş ərazilərdə keçirilən yarışlar xüsusi rəmzi əhəmiyyətə malikdir, çünki bu, regionların yenidən həyatla doldurulmasının və inkişafının simvoludur. Bu barədə ekspertlər bildirir.

Gördüyünüz kimi, yerli, regional və beynəlxalq səviyyəli idman yarışlarının, idman oyunlarının ölkəmizin paytaxtında və bölgələrində keçirilməsi əsasən də gənclərin həyatında, fiziki və mənəvi həyatında mühüm rol oynayır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ