Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan demoqrafiyasında mühüm dəyişikliklər yaşanır...

Image


Azərbaycan əhalisinin ümumi sayı artmaqda davam edir və bu, ölkənin işlək qüvvəsinə təsirsiz ötüşmür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 min 654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 245 min 543 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bunlara paralel olaraq, yaşlıların sayında da yüksəliş müşahidə olunur. Düzdür, bu fakt təkcə qocalma deyil, həm də ömür uzunluğunun artması, sağlamlıq və həyat şəraitinin yaxşılaşması deməkdir. Statistik göstəricilərə görə, son 20 ildə 65 yaşdan yuxarı insanların xüsusi çəkisi təxminən 6 faizdən 9,9 faizə yüksəlib.

Orta ömür uzunluğu və yaşlı nəslin sayı artır

Aparılan araşdırmalar onu da göstərir ki, 2000-ci illərin əvvəllərində orta ömür uzunluğu təxminən 72 il idisə, bu göstərici artıq 76 ilə yaxınlaşır. Hazırda gözlənilən ömür uzunluğu kişilər üçün 73,5 il, qadınlar üçün 78,6 il olmaqla orta hesabla 75,9 ilə çatıb.

Ekspertlər qeyd edir ki, baş verənlərin çoxsaylə təsirləri var. Əvvəla faktdır ki, yaşlıların sayının artması pensiya fonduna daha çox yük gətirir. İşçi qüvvəsinin buan paralel artması lazımdır. Çünki belə qüvvənin az olması fonda daxil olan vəsaitin həcmini azalda bilər. Bu səbəbdən pensiya sistemində davamlılıq üçün islahatlara ehtiyac yaranır. Yaşlı əhali daha çox tibbi xidmətə ehtiyac duyur. Azərbaycanda səhiyyə sahəsində geriatrik xidmətlərin hələ tam inkişaf etməməsi gələcəkdə əlavə yük yarada bilər. Gənclərin xaricə miqrasiyası nəticəsində ölkə daxilində işçi qüvvəsinin azalması mümkündür. Yaşlıların əmək fəaliyyətinə cəlb olunması bu boşluğu qismən doldura bilər. Yaşlı insanların cəmiyyətə inteqrasiyası, onların sosial təcriddən qorunması vacibdir. Azərbaycan ailə dəyərləri güclü olsa da, şəhərləşmə prosesləri nəticəsində bu sahədə yeni problemlər ortaya çıxması az da olsa özünü göstərir. Amma o da faktdır ki, Azərbaycan yaşlılarının çoxu zəngin həyat və əmək təcrübəsinə sahibdir. Bu, gənclərin təlim-tərbiyəsində mühüm rol oynayır. Yaşlı əhali daha az istehlakçı tələbi formalaşdırır, lakin eyni zamanda yeni bazarların yaranmasına səbəb olur. Məsələn, sağlamlıq turizmi, uzunmüddətli qayğı mərkəzləri, xüsusi sığorta məhsulları və yaşlılara xidmət göstərən müəssisələr inkişaf edir. Bu isə qeyri-neft sektorunun şaxələndirilməsinə töhfə verə bilər. Bir məqamı da qeyd edək ki, Azərbaycanda ailə dəyərləri ənənəvi olaraq güclüdür və yaşlıların qayğısı əsasən ailə üzvlərinin üzərinə düşür. Lakin urbanizasiya və miqrasiya prosesi fonunda bu model zəifləyə bilər. Bu səbəbdən dövlətin yaşlıların sosial rifahını təmin etmək üçün əlavə proqramlar həyata keçirməsi vacibdir. Sosial təcridin qarşısını almaq, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək xüsusi əhəmiyyət kəsb edir. Təcrübəsi və bacarığı olan yaşlı şəxslərin uyğun iş yerlərində fəaliyyətini davam etdirməsi üçün stimullar yaradılmalıdır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən yeni yaşayış məntəqələrində yaşlı əhali üçün xüsusi sosial infrastrukturun nəzərdə tutulması bu bölgələrin cəlbediciliyini artıracaq.ümumiyyətlə, Azərbaycanda yaşlı əhalinin xüsusi çəkisinin artması qaçılmaz demoqrafik prosesdir. Bu proses sosial təminat, səhiyyə və əmək bazarında müəyyən çağırışlar yaratsa da, düzgün idarəetmə və strategiya nəticəsində yeni imkanlara çevrilə bilər. Əsas məsələ yaşlıların yalnız dövlətin qayğı obyektinə çevrilməməsi, onların cəmiyyətin fəal və dəyərli üzvləri kimi saxlanmasıdır. Bu yanaşma həm sosial rifahı gücləndirir, həm də ölkənin uzunmüddətli dayanıqlı inkişafına xidmət edir.

Orta ömür uzunluğunun artması Azərbaycanın əsas nailiyyətlərindən biridir

Müasir dövrdə tibbin, texnologiyanın və həyat şəraitinin inkişafı nəticəsində dünya üzrə insanların orta ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Bu proses bəşəriyyətin mühüm nailiyyətlərindən hesab olunur. İnsanların daha uzun yaşaması yalnız fərdi sağlamlıq göstəricisi deyil, həm də cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsinin bariz göstəricisidir.

Təhlillər göstərir ki, orta ömür uzunluğunun artması, sağlamlıq və sosial xidmətlərin güclənməsi Azərbaycanın ümumi inkişaf potensialını möhkəmləndirir. Azərbaycan dinamik ölkə olaraq qalır, həm də yaşlı nəsil üçün aktiv və dəyərli həyat şəraiti yaradır. Bu balans ölkənin gələcəkdə də dayanıqlı və pozitiv inkişaf yolunda irəliləyəcəyini göstərir.

Daha uzun ömür insanlara təhsil, peşəkar inkişaf və şəxsi təcrübə toplamaq üçün geniş imkanlar yaradır. Bu, bilik və bacarıqların uzun müddət cəmiyyətə xidmət etməsinə şərait yaradır. Orta ömrün artması işçi qüvvəsinin uzunmüddətli fəaliyyətinə imkan verir. İnsanlar daha gec pensiyaya çıxaraq iqtisadiyyata daha uzun müddət töhfə verə bilirlər. Bundan əlavə, yeni xidmət sahələrinin – sağlamlıq turizmi, yaşlılara xidmət mərkəzləri, sığorta sistemləri – inkişafına təkan verir. Uzunömürlülük ailədaxili münasibətləri möhkəmləndirir. İnsanlar nəvələri və nəticələri ilə birlikdə daha uzun müddət yaşaya bilirlər. Təcrübəli alimlərin, mütəxəssislərin və sənətkarların uzun müddət cəmiyyətdə qalması elmi və mədəni inkişafı sürətləndirir. Onların bilikləri yeni nəsillərə ötürülərək davamlı inkişafı təmin edir. Orta ömür uzunluğunun artması bəşəriyyətin ən böyük nailiyyətlərindən biridir. Bu, insanlara sağlam və daha keyfiyyətli həyat yaşamaq imkanı verir, cəmiyyətə isə bilik, təcrübə və davamlı inkişaf baxımından üstünlüklər qazandırır. Lakin eyni zamanda dövlətlərin sosial-iqtisadi siyasətində yeni yanaşmalar tələb edir. Əsas məsələ yalnız ömrün uzadılması deyil, həm də uzun illərin sağlam, məhsuldar və mənalı şəkildə yaşanmasının təmin edilməsidir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ