Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
09:48 FHN-nin məlumatına görə hazırda binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Mətləb