Balaxanı "zibil zavodu" barədə ilkin qərar verildi... Səmərəsiz işləyirmiş...

Ilqar Hüseynli: “Balaxanı Bərk məişət tullantıları email zavodunun əsas hədəfi ekoloji baxımdan mənfəət əldə etməkdir”
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.
Qeyd edilib ki, “Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunun 2013-2023-cü illərdəki fəaliyyəti müddətində bərk məişət tullantılarının yandırılması ilə enerjiyə çevrilməsi üzrə 11 il ərzində aktiv fazada icra edilməkdə olan layihənin iqtisadi cəhətdən səmərəli və nəticəli olmayıb. Bildirilib ki, bərk məişət tullantılarının ekoloji və iqtisadi cəhətdən daha səmərəli və nəticəli zərərsizləşdirilməsi üsulları üstünlük təşkil etməyib.
Hesablama Palatasının rəyindən belə aydın olur ki, Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodu səmərəli fəaliyyət göstərmir.
“Balaxanı artıq təmiz əraziyə çevrilib, bu baxımdan zavodun fəaliyyətini səmərəli hesab edirəm, ancaq iqtisadi səmərəsizliyə gəlincə…”
Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Balaxanı Bərk məişət tullantıları email zavodunun əsas hədəfi ekoloji baxımdan mənfəət əldə etməkdir: “Əslində bərk tullantıların emalı hansısa zavodda icra olunmalıdır. Balaxanı Bərk məişət tullantıları zavodunda tullantıların ekoloji cəhətdən məhv edilməsinin şahidi olmuşam. Bu mənada zavodun iqtisadi cəhətdən səmərəliliyi deyil, sırf tullantıların lazımi şəkildə emal olunmasını əsas götürməliyik. Xatırladım ki, illər öncə Balaxanı ərazisinə zibillər açıq şəkildə atılırdı, yandılırdı. Yandırılma zamanı ətraf, atmosfer çirklənməsi baş verirdi. Bu hal Bakı şəhərində fəlakət həddinə çatmışdı. Adıçəkilən zavod yarandıqdan sonra qeyd etdiyim xoşagəlməz halların qarşısı alındı. Balaxanı artıq təmiz əraziyə çevrilib. Bu baxımdan zavodun fəaliyyətini səmərəli hesab edirəm.
Iqtisadi səmərəsizliyə gəlincə, deyə bilərəm ki, dövlət bu sahəyə dəstək göstərməlidir.
Günel CƏLİLOVA