Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Ağvan" sözünü erməniləşdirməyin heç bir əsası yoxdur - qədim alban toponimi...

Image


Ağvan qədim türk sözüdür. Bir çox tədqiqatçılar, o cümlədən də professor Qəzənfər Kazımov sözün türk mənşəli olduğunu təsdiq edir və Aran, Ağvan sözlərinin sinonim kimi işləndiyini bildirir. Onun qənaətinə görə, Alban, Aran və Ağvan sözləri eyni mənalıdır.

“Alban sözü tayfa adıdır, etnonim sonralar etnotoponimə çevrilmişdir. Aran sözü şəxs adı olub, həm də sonralar toponim kimi işlənmişdir… Alban sözünün əsasında “igid”, “qəhrəman” mənasında “alp” sözü durduğu kimi, “aran” sözünün kökü “ər” də “kişi”, “igid”, “cəsur” mənasındadır”. Onu da bildirək ki, xalq yazıçısı Mehdi Hüseynin “Odlu qılınc” əsərində qəhrəman Cavanşirin Ağvan hökmdarının oğlu olduğu qeyd olunur.

Alimlərin təfsirinə görə, Qafqaz albanlarının digər adı ağvan olub. “Daha dəqiqini desək, müxtəlif mənbələrdə albanlar bu adla göstərilib. Hazırda bu adda xalq, millət olmasa da törəmələrinin türkləşdiyini, əsasən də erməniləşdiyini söyləyə bilərik. ən az 15-ci yüzilliyə kimi yaşadıqları və türkcə danışdıqları haqqında da fikir söyləmək olar; Zəngəzurun Sisian (Qarakilsə) rayonunun Urud kənd qəbirstanlığındakı daş qoç fiqurunda ərəb əlifbasıyla "Ağvan nəslindən olan İbrahim" sözləri yazılıb. Həmin kəndin yerli əhalisi isə türklərdir, bu günki dillə desək, azərbaycanlılar”-deyə mənbələrdən birində deyilir.

Ağvan adlı toponimlər indi də var. Şəkidə “Ağvanlar hamamı” var, Zəngəzurda, Sisianda 1918-ci il hadisələrindən sonra dağıdılmış Ağvan kəndi olub, hətta qardaş Türkiyədə - Malatyada və Rizədə də Ağvan adlı yaşayış məskənləri mövcuddur.

Ağvan qədim türk sözü olduğu halda bəzi erməni müəlliflər Ağvan sözünü də saxtalaşdırıblar. Bir mənbədə qeyd olunub ki, erməni müəllifi, keşiş və tarixçisi  Mikayıl  Çamçıyan saxtakarlıq edərək Ağvan sözünün "qədim erməni dilində" (qrabar) "ağu" xoşxasiyyət, mehriban sözündən törədiyini və "Mehriban insanlar ölkəsi" anlamına gəldiyini qeyd edib. Bunlar bu sözü də özlərinə çıxırlar. Bilirik ki, Ağvan sözü müxtəlif vaxtlardan sonra Alban olub. M.Kalankatlının "Albaniya tarixi" adlandırılan kitabının adı isə “Ağvan tarixi”, yaxud “Ağvan ölkəsinin tarixi”olub. Vurğulayaq ki, Çamçıyanın cavabını vaxtilə professor Qiyasəddin Qeybullayev verib.  Qiyasəddin Qeybullayev qeyd edir ki, "ağu" sözü  erməni dilinə qədim türk dilindən keçib və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd edir.

  • “Çamçıyanın izahı tamamilə səhvdir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni saxtakrlığının əsası elə erməni Qriqoryan kilsəsində qoyulub. “Ağvan sözü qədim türk sözüdür və bizim tariximizlə sıx bağlıdır, bunu ermənilər sonradan götürüb saxtalaşdırıblar. Erməni kilsəsinin fitvası ilə elə bir qədim türk, Azərbaycan sözü yoxdur ki, ermənilər onu saxtalaşdırmasınlar, öz maraqlarına uyğun izah etməsinlər. Bəri başdan deyək ki, akademik Babken Arutunyan da, Arakelyan da, Çamçıyan da,  Patkanov da, başqaları da alban tarixinə dair məsələlərə toxunanda oradakı toponimlərə öz şərhlərini, izahlarını veriblər. Çamçıyanın izahı tamamilə səhvdir. Bunlar Ağvan sözünü “erməni sözü” kimi qələmə verir və izah etməyə çalışırlar, amma uydurmdır. Eyni zamanda orta əsrlər dövründən yazan Manantyan da bu şəkildə yazıb. Babken Arutunyan da orta əsr tarixçisidir, o da ağvan toponimini verib onun etmologiyasından danışıb, onun iddia etdiyinə görə guya heç Albaniya adında dövlət olmayın, o “Şərqi Ermənistanın” bir hissəsi “olub”, mənası da “barlı, bəhərli yer” deməkdir. Hətta mən ona cavab yazdım və bildirdim ki, XIX əsrdə gəlib bizim torpaqlarda özlərinə yer edən ermənilər demə ki, qədim dövrlərdən bostan becərirmişlər. İddia edirlər ki, guya Albaniya ermənilərin bağ-bağat yaratdığı, bəhrəli bir torpaq olub (?). Erməni alimlərinin Ağvanla bağlı izah və şəhrləri çox gülüncdür və heç bir əsası yoxdur. O qədər yalan yazıblar ki, özləri o yalanların içində itib-batıblar”-deyə bildirən Q.Hacıyev qeyd etdi ki, Musa Kalankatlının “Albaniya tarixi” alban dilində yazılıb, amma sonra onu məqsədyönlü şəkildə erməni qrabar əlibfasına çeviriblər, burada çox şeyi tərhif edib saxtalaşdırıblar, dəyişiblər, amma müəyyən hissələr olduğu kimi qalıb. Bu kitabın sonra ingilis, ardınca rus dilinə tərcümə edildiyini deyən Q.Hacıyev qeyd etdi ki, Azərbaycan dilinə onu  akademik Ziya Bünyadov tərcümə edib. Kitabın adının “Albaniya tarixi” olduğunu deyən Q.Hacıyev bildirir ki, o qədim və orta əsr mənbələrində ağvan kimi də gedib. Onun toponmik mənası elə bizim tariximizlə, dilimizlə bağlıdır və bizim ayrılmaz parçasıdır və Azərbaycan Respublikasında, Qərbi Azərbaycanda ağvan toponimi yayılıb. “Erməni alimləri uzun illərdir yazdıqları saxta kitablarda nə qədər Ağvan sözünü saxtalaşdırmaq istsələr də, buna nail ola bilməzlər. Çünki sözün də, toponimin də əsli, kökü, milli mənşəyi, mənası olur”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ