çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Lənkəran şəhəri haqqında dəyərli tədqiqat... - FOTO

Image


Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərlərindən biri olan Lənkəran öz əlverişli coğrafi mövqeyi, göz oxşayan təbii közəllikləri, barlı-bərəkətli torpağı, ən başlıcası ilə zəhmətkeş insanları ilə həmişə diqqəti cəlb edib.

Mavi Xəzər, başı buludları dələn əzəmətli Talış dağları, nağıllar aləmini xatırladan Hirkan Milli Parki, Qızılağac qoruğu, əsrarəngiz Xanbulançay, məşhur “İstisu” sanatoriyası, dəmirağacı meşələri, ucsuz-bucaqsız çay və çəltik plantasiyaları, limon, narıngi, portağal bağları Lənkəran əsrarəngizliyinin yalnız bir hissəsidir.

Dairəvi qala, Mayak, hazırda Lənkəran Dövlət Universitetinin əsas binasının yerləşdiyi İsa bəyin evi, Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin istifadəsində olan Mirəhməd xanın əzəmətli sarayı, Böyük bazar və Kiçik bazar məscidləri və daha neçə-neçə abidə, ziyarətgah və inanc yerləri isə Lənkəran tarixinin və mədəniyyətinin möhtəşəm yadigarlarıdır. Şəhər öz memarlıq quruluşu, maddi və mənəvi mədəniyyəti, milli-mənəvi dəyərləri və bu dəyərlərə mühafizəkar münasibəti ilə də seçilir ki, bu da onu obrazlı şəkildə “keçmişlə bu günün, tarixiliklə müasirliyin qovuşduğu, birləşdiyi məkan” kimi xarakterizə etməyə imkan verir.

Bu tarixi-etnoqrafik sinkretiklik və özünəməxsusluq gənc tədqiqatçı, elə bu diyarın öz yetirməsi olan Şöhrət Mirzə oğlu İbadovun “Lənkəran şəhəri XIX-XX əsrin əvvəllərində (tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyasından da aydın görünür. Etiraf edək ki, Lənkəran haqqında çox yazılmasına və çox deyilməsinə baxmayaraq, sözügedəm monoqrafiya şəhərin tarixi etnoqrafiyasına həsr olunmuş ilk fundamental əsər olmaqla daha böyük elmi əhəmiyyət kəsb edir.

Beş fəsildən ibarət monoqrafiyanın “Qısa coğrafi və tarixi icmal” adlanan birinci fəsli “Lənkəran” oykoniminin izahına, bu haqda elmi ədəbiyyatda mövcud olan müxtəlif versiyaların müqayisəli təhlilinə, şəhərin təbii-coğrafi yerləşməsinə, onun iqlim və relyef xüsusiyyətlərinə, şəhərin yaranma tarixi ilə əlaqədar məlum fikirlərin təhlilinə və XX əsrin əvvəllərini də əhatə edən dövrdə siyasi-iqtisadi inkişaf xüsusiyyətlərinə həsr olunmuşdur.

“Əhalinin inkişaf dinamikası” adlanan ikinci fəsildə araşdırılan dövrdə demoqrafik proseslər - Lənkəran şəhəri əhalisinin təbii və mexaniki hərəkəti, sosial və konfessional strukturu ilə bağlı məsələlər, XIX əsrin 30-cu illərindən başlayaraq çar hökumətinin köçürmə siyasəti, kapitalist istehsal münasibətlərinin dərinləşməsi, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi fonunda burada məskunlaşdırılan xristian ünsürlərin (rus, erməni, alman, polyak, yəhudi və s.) hesabına şəhərin etnik strukturunda baş verən dəyişikliklər, və s. öz dolğun təhlilini tapmışdır.

Monoqrafiyanın “Memarlıq və maddi mədəniyyət” adlanan üçüncü fəslində Lənkəran şəhərinin memarlıq quruluşundan, XIX əsr ərzində şəhərsalma sahəsində burada yerinə yetirilən layihələrdən, şəhərin zaman-zaman məhv edilmiş, eyni zamanda günümüzə qədər gəlib çatmış tarixi abidələrindən, xalq yaşayış evlərinin daxili və xarici kompozisiya quruluşundan, ənənəvi tikinti materiallarından, zəngin mətbəxindən, geyim mədəniyyətindən, xalq nəqliyyatı və rabitə vasitələrindən bəhs olunur.

“Təsərrüfat həyatı, sənətkarlıq və ticarət” adlanan növbəti – dördüncü fəsildə adından da göründüyü kimi, aqrar, sənətkarlıq və ticarət məsələləri tədqiq edilmişdir. Gənc alimin araşdırmalarından məlum olur ki, XIX əsr - XX əsrin əvvəllərində şəhər statusuna rəğmən, Lənkəranın iqtisadi həyatında əkinçilik və maldarlıq mühüm yer tutmuşdur. Belə ki, XIX əsrin 40-cı illərində şəhər daxilində “aker torpaqları” adlanan sahələrdə 100 min puddan artıq çəltik, taxıl (buğda, arpa və s.) məhsulu toplanmışdır. Bundan əlavə, Lənkəranın təbii-coğrafi göstəriciləri (yağıntının bolluğu, sünü suvarmaya ehtiyacın olmaması, geniş münbit torpaq sahələrinin mövcudluğu və s.) burada bostançılığın, bağçılığın, texniki bitkilərin - xüsusilə də ənənəvi boyaqçılıqda mühüm yer tutan indiqo, qızıl boya, habelə şəkər qamışı əkinçiliyinin inkişaf etdirilməsinə imkan vermişdir. Şəhər əhalisinin bir qismi də maldarlıq təsərrüfatı ilə məşğul olmuş və maldarlıq məhsulları insanların qida rasionunun, gündəlik dolanışığının əsas mənbələrindən birini təşkil etmişdir.

Bundan əlavə, tədqiq olunan dövrdə Lənkəranda müxtəlif istehsal sahələri - 2 kərpic zavodu (illik istehsalı 1205 manat), unüyütmə (buxar dəyirmanları) və kirəmit istehsalı müəssisələri, boyaqxanalar, dabbaqxanalar, ipəksarıma fabriki və çox sayda sənətkarlıq emalatxanaları da fəaliyyət göstərmişdir. Müəllifin istinad etdiyi mənbə və ədəbiyyat materiallarından görünür ki, XIX əsrdə şəhər Azərbaycanda balıq və balıq məhsulları istehsalı üzrə Cənubi Qafqazda birinci yeri tutmuşdur. Olxovo gölündə və Qumbaşıda – Xəzər sahillərində yerləşən əsas balıq vətəgələri Azərbaycanın tanınmış iş adamları olan Hacı Zeynalabdin Tağıyev, Mir Əhməd xan Talışinski və digər şəxslərin vəsaiti hesabına çalışmışdır. Maraqlı məlumatlardan biri də bəhs edilən dövrdə Lənkəran şəhərində bir şərab istehsal edən müəssisənin olması barədə verilən məlumatdır.

Monoqrafiyanın bu fəslində həmçinin sənətkarlıq və ticarət məsələləri, o cümlədən, daxili və xarici ticarətdə Lənkəran şəhərinin rolu geniş şərh edilmişdir. Müəllifin araşdırmalarından məlum olur ki, tarixən Lənkəranda bir çox sənət-peşə sahələri inkişaf etmiş və şəhər təkcə Azərbaycanın deyil, bütün imperiyanın daxili, eləcə də Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələrində mühüm rol oynamışdır. Bəhs edilən dövrdə şəhərdə iki bazar – “Böyük bazar” və “Kiçik bazar”, 1845-ci ildən isə yarmarka fəaliyyət göstərmişdir.

Tədqiqat əsərinin sonuncu – beşinci fəslində isə Lənkəran şəhəri əhalisinin mənəvi mədəniyyəti – xalq təhsili, elm, mətbuat, ədəbi məcləslər və onların üzvləri, inam və etiqadlar, el köməyi, toy və Novruz adətləri, folklor yaradıcılığı, musiqi və s. kimi məsələlər şərh edilmişdir.

Səlis və axıcı dili ilə seçilən monoqrafiya heç şübhəsiz ki, gənc alimin çoxillik gərgin əməyinin bəhrəsidir. Ayrı-ayrı problemlərin təhlili zamanı ortaya qoyulan faktların və məlumatların çoxu ilk dəfə işıq üzü görməklə, monoqrafiyanın elmi dəyərini xeyli artırır. Odur ki, Şöhrət İbadovun zəngin mənbə, ədəbiyyat və çöl-etnoqrafik materialları əsasında yazılan, şəhərin maddi-mədəni irsinə və məişət həyatına dair illüstrativ materiallarla zəngin olan bu əsərini cəsarətlə Lənkərana, lənkəranlılara, bütövlükdə Azərbaycan elminə layiqli tövhə, ərməğan hesab edə bilərik. Heç şübhə yoxdur ki, əsər tez bir zamanda elmi ictimaiyyətin diqqətini cəlb edəcək və geniş oxucu kütləsinin stolüstü kitabına çevriləcəkdir.

Tahir Şahbazov
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ