çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yeniyetmə qızların evdən qaçma faktları çoxalır...

Image


Son vaxtlar yeniyetmə qızların evdən qaçması halları artıb. “Azadlıq və müstəqillik axtarışına çıxan” bu qızlar evi tərk edəndən sonra adətən taleyin ümidinə qalır, harada gəldi - internet klublarında, barlarda, təsadüfi tanış olduqları oğlanların evində, hətta küçələrdə gecələyirlər.

Nəticə isə çox pisdir. Yiyəsiz qalan belə gənc qızlar adətən zorlanır, təzyiqlərlə üzləşir, insan alverinin qurbanına çevrilirlər. Məlumat üçün bildirək ki, son günlər Bakıda üç qız itkin düşüb. İtkin düşənlərdən biri tapılaraq sığınacağa yerləşdirilib. Digər iki qızın axtarışları isə davam edir. Yetkinlik yaşına çatmayan qızların evdən qaçması, itkin düşməsi kimi hallar artıq xəbər statusundan çıxaraq statistikaya çevrilib. Qızların evdən qaçmasının səbəbləri müxtəlifdir.

  • Fatimə Hacıbəyli: “Qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur”

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda isə valideynlər günahkardır: “Evdən qaçan qızların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır. Adətən belə olur. Ana işləyir və hesab edir ki, analıq funksiyasını yerinə yetirib. Ata isə əksinə, qızı ilə söhbət etmək istəmir. Bu zaman da pərdə anlayışını əsas gətirirlər. Uşaq dayənin yanında böyüyür, sonradan da məktəbin ixtiyarına verilir. Buna görə də uşaqlar kənardan gələn informasiyanın həqiqət olduğuna inanır, yad təsirlərin altına düşürlər. Halbuki, valideynləri qızla danışmalı, kənarda baş verənlər haqqında məlumat verməlidir. Bəzən ana evdən çıxmır, cəmiyyətdə baş verənlərdən məlumatsız olur. O zaman ata qızla söhbət eləsə, yaxşı olar”.

Birlik sədrinin dediyinə görə, evdən qaçan qızların əksəriyyəti adətən aktiv sosial şəbəkə istifadəçiləridir. Qızlar əsasən internet vasitəsilə tanış olduqları oğlanların vədinə inanıb evdən qaçırlar: “Bəllidir ki, qız qaçmaqla bağlı bir gündə qərar qəbul etmir, düşünür, yollar axtarır. Buna görə də mən bütün məsuliyyətin valideynlərdə olduğunu düşünürəm. Ümumiyyətlə, evdən qaçan və ya qaçmağa cəhd edən qızların çoxu təhsilsizdir. Müşahidələr göstərir ki, təhsilin səviyyəsi aşağı olan rayonlarda, kəndlərdə qızlar məlumatsız olurlar, daha tez təsir dairəsinə düşürlər. Rayonlardakı məktəblərdə uşaqlarla iş aşağı səviyyədədir, məktəb psixoloqları işləmir. Halbuki qızlarla işləmək birbaşa məktəb psixoloqunun vəzifəsidir”.

  • Könül İsmayılova: “Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək gələcəkdə pis nəticələrə gətirib çıxara bilər”

Psixoloq Könül İsmayılova ailələrdə əsasən yetkinlik yaşına çatan qızlarla bağlı problemlər yaşandığını deyir: “Bu yaşda qızlar həssas olurlar, ətrafda baş verən hadisələrdən tez təsirlənirlər. Buna görə də onları aldatmaq asan olur. Bu yaş dövründə qızların davranışlarına nəzarət olmalıdır. Lakin bu zaman hədsiz qadağalar onları sərbəstliyə meylləndirə bilər. Yeniyetmələrin internetdən asılılığı, təsadüfi tanışlıqlar onların psixologiyasına təsirsiz ötüşmür. Bəzən evdən qaçmağa və ya intihara meylli uşaqlarla söhbət zamanı onlar dəlicəsinə aşiq olduqlarını söyləyirlər. Buna görə də valideynlər uşaqları nəzarətsiz buraxmamalı, onlarla mütəmadi söhbətləşməli və onları başa düşdüklərini, qızlarına etibar etdiklərini göstərməlidirlər. Yetkinlik yaşındakı qızların nəvazişə, qayğıya ehtiyacı olur. Bu qayğını isə onlara valideyn göstərməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hər insan sərbəst qərar vermək seçiminə malikdir, amma bu o demək deyil ki, valideyni, cəmiyyəti, illərlə bizə ötürülən ailə dəyərlərini heçə sayıb, sərbəst həyat sürsün. Əgər evdən qaçmaların arxasında fiziki və mənəvi şiddət dayanırsa, bu məsələ araşdırılmalıdır: “Ailədən aldığı tərbiyə həmin uşaqların formalaşmasına təsir edir. Ona görə, bir anlıq verilən həmin qərarın səbəbləri araşdırılmalıdır. Əgər bu anlıq qərarla gənclər sərbəst yaşamağa başlasa, mən 10 il sonra cəmiyyətin necə olacağını təsəvvür edə bilmirəm. Ona görə də öncə şiddətin səbəbləri araşdırılmalı, ailə reabilitasiya edilməlidir. Ailələr özləri də bəzi şeyləri qorumadığı üçün indi gənclərin psixoloji vəziyyəti heç də yaxşı vəziyyətdə deyil. Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək gələcəkdə pis nəticələrə gətirib çıxara bilər. Əgər həmin uşaq ailədən şiddət görürsə, o özü də gələcəkdə şiddət göstərəcək. Ona görə də belə hallarda ailələrə psixoloji dəstək vermək lazımdır. Avropa kimi cəmiyyətdə uşaqlar buna öncədən hazırlanır, bizdə isə yox. Ona görə bizim kimi cəmiyyətdə gənclər buna hazır olmadığı üçün onların gələcəkləri təhlükə altında olur".  

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ