çərşənbə günü, 16 sentyabr 2026
     

Nəsib Göyüşov - 75

Image


“Köpük heç bir şey olmadığı üçün uçub gedər.
İnsanlara faydalı olan isə yer üzündə qalar (Rə`d, 17).

Bu günlər 100 illik yubleyini qeyd etdiyimiz Bakı Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsinin yetirmələri harada olublarsa, istər ölkə daxilində, istərsə də Azərbaycanın hüdudlarından kənarda qazanmış olduqları bilik və  intelektual səviyyələri ilə həmişə seçiliblər. Şərqşünaslıq fakültəsinin ənənələrini davam etdirən elm məbədlərindən biri də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutudur. Belə ki, bir zamanlar institutun kadr potensialı üçün baza rolu oynayan fakültənin yetirmələri zəngin xəzinənin sirlərinin açılmasında, Azərbaycan elminə töhfələr verməkdə bu gün də öndə gedirlər. Əlyazmalar xəzinəsində mühafizə olunan yüzlərlə ərəb, fars və türk dillərində olan əlyazma məhz Şərqşünaslıq fakütəsinin keçmiş məzunlarının tərcümə və tədqiqatlarında işıq üzü görmüş, digər elm sahələri üçün mənbəyə çevrilmişdir. Şərqin mənəvi nemətlərindən qidalanan bu insanlar özləri bir xəzinəyə çevrilmişlər. Şərqşünaslıq fakültəsinin çəfakeş yetirmələrindən biri də filologiya elmləri doktoru Nəsib Cümşüd oğlu Göyüşovdur.1970-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diploma ilə bitirən və həmin ildən AMEA Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlayan Nəsib Göyüşov kiçik elmi işçi, elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində işləmişdir. Hal-hazırda “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri vəzifəsində çalışır. Nəsib Göyüşov həm də respublikada güvənilən tərcüməçidir.  1974-1976-cı illərdə İran İslam Raspublikasının Tehran, 1984-1986-cı illərdə isə İsfəhan şəhərində SSRİ Energetika Nazirliyinin göndərişi ilə bu ölkədə elektrostansiya tikintisi sahəsində tərcüməçilik etmişdir.

Nəsib müəllim 1981-ci ildə Tibilisidə “Azərbaycan dili feili bağlama tərkiblərinin fars dilində ifadə üsulları” mövzusunda müdafiə etdiyi dissertasiyaya görə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2009-cu ildə Bakıda “Füzulinin sənət və mərifət dünyası” mövzusunda müdafiə etdiyi işə görə isə filologiya elmləri doktoru elmi dərəcələrini almışdır.  Yaradıcılığını yorulmadan davam etdirən görkəmli alim Azərbaycan, rus, türk, fars, yunan və ingilis dillərində 20 kitab və 170-dən çox məqalənin müəllifidir. Sankt-Peterburq, İran, Yunanıstan və Türkiyədə on altıdandan çox beynəlxalq konfransda  çıxış etmişdir.

N.Göyüşovun elmi yaradıcılıq istiqamətləri çoxşaxəlidir. Onun yaradıcılığında birinci yeri farsdilli əlyazmaların elmi təsviri və kataloqlaşdırılması tutur. Bu sahədə Azərbaycanın görkəmli şərqşünas alimi Rüstəm Əliyevi özünə ustad bilir. Əlyazmalar İnstitutunun iş prinsipinin əsası hesab edilən əlyazmaların elmi-polioqrafik təsviri dəqiqlik tələb edən məsuliyyətli bir işdir. Rüstəm Əliyev kimi səriştəli alimlər sələflərindən öyrəndikləri bu peşəni təmənnasız olaraq gənc nəslə ötürmüşlər. Bu ənənə günümüzdə də davam etməkdədir. Rüstəm Əliyevin rəhbərliyi ilə ilə farsdilli əlyazmalar kataloqunun I, II və III cildləri işıq üzü görmüşdür. Əlbəttə, topluya daxil edilmiş təsvirlərin ərsəyə gəlməsində Nəsib müəllimin də əməyi danılmazdır. Alimin müxtəlif elmi toplularda həmin sahə ilə bağlı dərc etdirdiyi elmi məqalələr işindəki bacarığından xəbər verir. Bu qəbildən olan “Aktualğnıe voprosı kataloqizaüii vostoçnıx rukopisey na sovremennom gtape”, “Dokumentalğnaə pamətğ istorii”, “Yazılı abidələrin akademik tədqiqi və nəşri problemi” və s. kimi məqalələri gənc təsvirçilərin tez-tez müraciət etdikləri mənbələrdir. 

Nəsib müəllimin yaradıcılığının ikinci istiqamətini klassik ədəbiyyat üzrə araşdırmalar tutur. Dahi Nizami yaradıcılığına müraciət edən alimin “İsgəndərnamə”: mədəniyyətlərin dialoqu və universal bəşəri dəyərlər” adlı yığcam kitabında bir aləm məna var. Nəsib müəllim bu kitabda “İsgəndərnamə” əsərində mədəniyyətlərarası dialoq və universal bəşəri dəyərlər problemini təhlil etmişdir. Araşdırmada müəllif belə bir nəticəyə gəlir ki, dastanın arxa planında Nizami iki təzadlı qütbü qarşılaşdırır.  İsgəndər – tarixi şəxs, sərvət və hərbi güc sahibi, Zülqərneyn – peyğəmbər və mənəvi güc sahibi, İsgəndər – Ammon-Zevsin oğlu, Zülqərneyn – bəşər və peyğəmbər, İsgəndər fateh – Zülqərneyn adil hökmdar, İsgəndərin məsləhətçisi filosof Aristotel, Zülqərneynin yol göstərəni – qeyb aləmini bilən  Xızır, İsgəndər – şərab və əyləncəyə meyllənir, Zülqərneyn – şərab içməz və əyləncədən uzaqdır. Əslində Nizami makedonyalı İsgəndər müqabilində Qurandan gələn Zülqərneyn obrazını üstün bilir. Əsərin sonunda İsgəndərin rast gəldiyi ədalətli cəmiyyət isə Meybodinin Quran təfsirindən götürülmüşdür.

Yunan dilinə tərcümə edilərək işıq üzü görmüş həmin kitabda yunanlı bir müəllifin eyni mövzudan irihəcmli məqaləsi də daxildir.

2012-ci ildə Nəsib müəllimin respublikada yeganə peşəkar miniatür üzrə mütəxəssis sayılan sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənzadə ilə Yunanıstanda rastlaşər.   Mədəniyyət Nazirliyinin xətti ilə Yunanıstana ezam olunmasında məqsəd Rodos adalarında şəxsi kitabxanaların birində mühafizə olunan Nizaminin “Xəmsə”si ilə tanışlıq idi. XVII əsrə aid həmin əlyazmada 64 miniatür vardı. Dahi Nizamiyə olan dərin rəğbət alimi onun sirlər dünyasına çəkib aparmış və bu sahədə bir-birindən maraqlı araşdırmaları dünya nizamişünaslıq elmi üçün yeni səhifələr açmışdır. Nəsib müəllim mərhum sənətşünas Cəmilə xanımın işlədiyi “Qələmin sehri (Nizami “Xəmsə”sindən seçilmiş minyatürlər)” başlıqlı layihədə həmmüəllif və kitabın redaktorudur. İki cildlik bu rəsmli kitab Türkiyədə Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci ili Nizami Gəncəvi ili qeyd etməsi ilə əlaqədar olaraq dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkənin hər yerində tədbir və konfranslar keçirilmiş, kitablar nəşr edilmişdir. Akademik  Rəfael Hüseynovun redaktəsi ilə  nəşr olunun “Nizami Gəncəvi klassik və müasir araşdırmalarda” adlı  irihəcmli kitabda (Elm və Təhsil. Bakı. 2021) Nəsib müəllimin “Xəmsə”: Söz və hikmət xəzinəsi” adlı maraqlı araşdırması dərc edilmişdir. Bu araşdırmada müəllif öncə nizamişünaslığın problemlərindən və bu sahədə olan boşluqlardan bəhs edir, təhriflərə qarşı çıxır və belə qənaətə gəlir ki, “nizamişünaslıqda iki cəhət diqqət mərkəzində dayanır: halallıq və akademizm”. Ortada şairin öz orijinal sözü, öz düşüncəsi, öz ruhu, bəhrələndiyi ilkin qaynaqlar və sənədli faktlara dayanan elmi təhlil ilə yanaşı, səmimiyyət və sevgi olmalıdır. Nizami irsini anlamaq istəyində olan hər kəs bütün deyilənləri nəzərə almalı, həm də Quranda deyildiyi kimi, ölçünü və tərəzini düz tutmalıdır:

Vay o zərgərin halına ki, hesab vaxtı

Onun qızılının əyarı gümüşdən az gəlsin (Nizami)”.

Araşdırmada Nizami “Xəmsə”si aşağıdakı əsas istiqamətlər üzrə dəyərləndirilir:

1. Sözün dəyəri və uca məqamı;

2. Hikmət və onun universal məzmunu;

3. İnsan, onun xilqətinin hədəfi və əsas dəyərləri;

4. Tövhid etiqadı və pak iman;

5. Seyr və süluk, nəfslə mücadilə;

6. Ədəb və əxlaq;

7. İctimai ədalət və fəzilətli cəmiyyət.

Bunlarla yanaşı, Nəsib müəllim Nizamişünaslıqla bağlı bir sıra irihəcmli   məqalələr də dərc etdirmişdir. Müəllifin “Nizami idealının əsas qaynaqları və cizgiləri”, “Nizami və klassik Şərq poetikası”, “Nizamişünaslığın müasir problemləri və Nizami dünyası ilə ümumi tanışlıq (“Sirlər xəzinəsi”ndən “İskəndərnamə”yə), “Khamsa: The Source of Wisdom and Civilization” (ingilis dilində Almaniyada nəşr olunub), “Xəmsə”: Fərqli sivlizasiyaların görüşü” ünvanlı yazıları dünya nizamişünasları tərəfindən orjinal və yeni söz kimi qarşılanır.

Məhəmməd Füzuli yaradıcılığına müraciət edən alim araşdırmalarının nəticəsi olaraq elm aləminə iki monoqrafiya təqdim etmişdir.

Beynəlxalq Suruş nəşriyyatı tərəfindən çap olunan “Füzulinin sənət və mərifət dünyası” ünvanlı monoqrafiya müəllifin doktorluq dissertasıyasına qaynaqlıq etmiş sanballı elmi araşdırmadır. Kitab haqqında akademik Vasim Məmmədəliyev və professor Əliyar Səfərli ayrı-ayrılıqda rəy çap etdirmişlər. Hər iki alim bu kitabı Azərbaycan klassik ədəbiyyatının tədqiqində, xüsusilə Füzulişünaslıqda yeni mərhələ adlandırmışlar. Belə ki, burada dahi şairin sənət və bədii - estetik dünyasının incəlikləri sovet ideologiyasından kənar, sənətkarın mənsub olduğu mənəvi dəyərlərə uyğun şəkildə, islam mədəniyyəti müstəvisində, Quran və irfan işığında araşdırılır. Nəsib müəllimin “Füzuli: Düşüncə və ruhun poetikası” ünvanlı ikinci monoqraafiyasını birinci kitabının davamı hesab etmək olar. Burada müəllif Füzuli poetikasına yeni baxışla yanaşır və göstərir ki, Füzulinin poetik aləmində bir-birindən ayrılmaz iki mühüm ünsür birləşir: düşüncə və ruh. Burada klassik söz sənətinin incəlikləri müasir elmi metodologiya əsasında araşdırılır, Füzuli sözünün dərin rəmzi məna qatları, fəlsəfi dərinlikləri aşkar edilir, şairin poetik düşüncə və ruhunun modelləri müəyyən edilir. Füzuli qəzəllərinin poetik stukturunda yer alan ikili qarşılaşma, təzad, analogiya və paralellik əlaqəsi Şərq poetikasının qəlibləri əsasında üzə çıxarılır.

Bu iki kitabla yanaşı, alimin  Füzuli yaradıcılığının çeşidli yönlərini  təhlil edən çoxsaylı konfrans materialları və məqalələr dərc edilmişdir, onlardan bəzilərinin xatırlatmaq yerinə düşərdi: “Füzuli: eşq və mərifət dünyası”; “Füzuli dünyası: İslam və Quran anlamı”; “Füzulinin söz sənətində bədii məntiq və tənasüblük”; “Füzuli sənətində yazı, xətt və təsvirlə bağlı rəmzi yozumlar”; “Füzuli dünyasını Yunus İmrə və Mövlana ilə qovuşduran ortaq dəyərlər”; “Təsəvvüf rəmzlərinin əsas qaynaqları və təsnifatı” və s. kimi bir-birindən dolğun yazılarında Nəsib Göyüşov Füzuli yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq, özünəməxsus şərhlər vermişdir. Ümumiyyətlə, Nəsib müəllimim elmi təhlillərinə xas bir cəhəti xüsusilə vurğulamaq istərdik: o, həmişə ilkin qaynaqlara müraciət edir, klassik nəzəri sistemlər və müasir elmi metodlardan faydalanaraq sənədsiz və dəlilsiz mülahizə irəli sürmür. İrəli sürdüyü müddəaları məntiqlə əsaslandıra bilir.

Nəsib müəllimin şərqşünaslıq araşdırmalarının daha bir qolunu “Şərqdə sənət və  poetikanın nəzəri məsələləri” mövzusu təşkil edir. Müəllifin  “Milli sənətin nəzəri təhlilinə giriş” ünvanlı monoqrafiyası bu sahədə ərsəyə gətirdiyi sanballı bir əsərdir. Kitabda milli sənətin növləri: musiqi, xalçaçılıq, rəssamlıq, xəttatlıq, memarlıq və söz sənətinin nəzəri əsasları təhlil edilir. İslam sivilizasiyası məkanında təkamül yolu keçən həmin sənət növlərinin məzmunca zənginləşməsində İslam dəyərlərinin rolu qabardılır. Qeyd edək ki, Sovetlər dönəmində Azərbaycanda sənətşünaslıq milli-mənəvi köklərdən  ayrılaraq  materialist dünyagörüşü əsasında təhlil edilirdi. Nəsib müəllimin bu kitabı keçmiş köklərə qayıdış baxımından maraq doğurur.

Alimin bu qəbildən olan: “Söz sənətinin nəzəri əsasları”; “Şərqdə söz sənətinin dəyərləndirmə prinsipləri”; “Gvolöüiə duxovnıx istokov xudojestvennoqo mışleniə”; “Cəlaləddin Rumi: ruhi işıqlanma və batini mərifət”; “Muğam sənəti Orta çağların mənəvi-estetik dəyərləri işığında”; “Şərq mədəniyyətində xəttin metafizik və estetik anlamı”; “Təsəvvüf və bədii təfəkkür”; “Klassik mətnin təhlilində semiotik yanaşma” və s. kimi məqalələri də elmi maraq doğurur.

Nəsib Göyüşovun elmi yaradıcılığının üçüncü şaxəsini akademik Vasim Məmmədəliyevin tövsiyə  və məsləhəti ilə İslam mədəniyyəti üzrə araşdırmalar, xüsusilə təsəvvüf və irfan sahəsində çalışmalar təşkil edir. Alim bu sahədə “Qur’an və irfan işığında” və “Təsəvvüf anlamları və dərvişlik rəmzləri” ünvanlı iki monoqrafiya dərc etdirmişdir. 

Mənim elmi redaktoru olduğum birinci kitabda islam düşüncəsinin qaymağı sayılan irfan dəyərləri Quran işığında araşdırılır və monoqrafiyanın elm aləminə gəlməsi bu sahə üzrə Sovetlərdən sonra Azərbaycanda ilkin addım hesab edilə bilər. O cümlədən, təsəvvüf anlamları və dərvişlik rəmzləri də orjinal qaynaqlar əsasında Azərbaycanda ilk dəfə Nəsib müəllim tərəfindən təqdim edilir. Alimin dərindən bələd olduğu mərifət dünyası onun “İslam və sənət dünyası”; “Merac və sənət dünyası”;  “İslam və musiqi”; “İslam düşüncə paradigması: əsas yönlər”; “İslamda estetik dəyərlər sistemi”; “İslam universal sivilizasiya modeli kimi”; “İbnül-Ərəbinin düşüncə modelini müəyyənləşdirən əsas aspektlər”; “Hürufiliyin mənşəyi və əsas təlimi”; “Qurani-Kərim bədii təsvirin zəngin qaynağı kimi” ünvanlı məqalələrində öz əksini tapmışdır.

Nəsib Göyüşovun yaradıcılığının dördüncü qolunu klassik islam fəlsəfəsi, irfan və ədəbi  mətnlərin farscadan tərcüməsi təşkil edir. İstər fars dilinin incəliklərini, istərsə də islamı dərindən bilməsi nəticəsində Eynülqüzzat Həmədaninin “Təmhidat”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”, Şəmsəddin Lahicinin “Məfatihül-icaz fi Şərhi-Gülşəni-raz”, Əbu Hamid əl-Qəzalinin “Kimiyayi-səadət”, Ömər Xəyyamın “Rübailər”, Camal Xəlil Şirvaninin “Nüzhətül-məcalis” kimi əsərlərinin dilimizə qüsursuz tərcümə nümunələrini gətirmişdir.  Bunlarla yanaşı, o, əlyazmalardan toplayaraq tərcümə və tərtib etdiyi tibbə aid materialları “Xalq təbabəti xəzinəsindən”, seçmə məqalələr toplusunu isə  “Kəşkül” adlı  məcmuə şəklində nəşr etmişdir.

Nəsib Göyüşovun rəhbərliyi ilə dinşünaslıq ixtisası üzrə üç fəlsəfə doktoru yetişmiş, fəlsəfə və elmlər doktoru emi dərəcələri alacaq bir çox dissertant və doktorantlara opponentlik etmiş, formal deyil, sözün həqiqi mənasında mütəxəssis rəyi vermişdir.

Nəsib Göyüşov Əlyazmalar İnstitutunun xarici mütəxəssislərin yaradıcılığında daha çox müraciət etdiyi və iqtibaslar verdyi əməkdaşlarından biridir. Təsadüfi deyildir ki, 2011-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas alim, akademik V. M. Məmmədəliyevlə yanaşı filologiya elmləri doktoru  N.Göyüşov barədə də məlumat verilib. San-Fransiskoda yerləşən Akademia.edu saytında N.Göyüşovun əsərləri 70-dən çox ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya, Yaponiya) olan 700-dən artıq alim tərəfindən izlənmişdir. Müəllifin İslam sahəsindəki araşdırmaları xarici mütəxəssislərin diqqətini daha çox cəlb edir.

Nəsib Göyüşov beynəlxalq konfranslarda söylədiyi məruzə və təqdim etdiyi məqalələri ilə də həmişə diqqət mərkəzindədir. Belə ki, alim Sankt-Peterburq, İran, Yunanıstan və Türkiyədə 16-dan çox beynəlxalq konfransda məqalə ilə çıxış etmişdir.

Alimin aşağıda sadalanan məqalələri isə türk dilində nəşr olunmuşdur: “Ashab-i Kehf kıssası: Tarihsel gerçeklikten dini-epistemolojik ve psikolojik kavrama”; “Tasavvufte İlim ve Seyyid Yahya Bakuvinin bu konuda Düşüncesi”; “Bayramiyye ve diger tasavvufi mekteplerin ortak  manevi-kültürel boyutlari”; “Azerbaycan aşık edebiyatında Hz.Ali (a.s) faziletlerinin irfani ve sembolik kavramları”.

Ani olaraq nəzərdən keçirdiyimiz Nəsib Göyüşov yaradıcılığı alimin məhsuldar və səmərəli fəaliyyətinin göstəricisidir. Ümumiyyətlə, Nəsib müəllim ciddi mütəxəssis kimi tanınır. O, hay-küydən və şan-şöhrətdən uzaq sadə ömür yolu keçmişdir. Bu ərəfədə 75 illik yubileyi qeyd edilən, yeni - yeni yaradıcılıq uğurları gözlədiyimiz  Nəsib müəllimə Allah-Təaladan can sağlığı diləyirik.

Zəkiyyə Ağababa qızı ƏBİLOVA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
“Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin
baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ