çərşənbə günü, 16 sentyabr 2026
     

İqlim dəyişmələri Azərbaycanda su resursları ilə bağlı daha ciddi problemlər yaradır

Image


Dünyada çoxsaylı savaşlar fonunda xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri di iqlim dəyişmələridir. Bu məsələ, Azərbaycan da daxil olmaqla, dünya ölkələrinin demək olar ki, hamısına təsir edir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artmasının antropogen amillərlə bağlı olduğu deyilir, bunun əsasını isə istilik effekti yaradan qazlar təşkil edir.

Azərbaycanda da son illər orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Ölkəmizdə iqlim dəyişmələri fonunda yaranan problemlərdən biri su ilə bağlıdır. Qeyd edək ki, Azərbaycanda son illər su çatışmazlığı problemi tez-tez gündəmə gəlir. Bu sahənin mütəxəssisləri su təminatı ilə bağlı həyəcan təbili çalaraq bildirirlər ki, bu istiqamətdə ciddi addımlar atılmasa, ölkə yaxın gələcəkdə kəskin problemlərlə üzləşəcək. Bir çox beynəlxalq araşdırmalar da bunu təsdiq edir.  Məsələn, Beynəlxalq Resurslar İnstitutunun araşdırmasına görə, 2040-cı ildə ciddi quraqlıqla üzləşmək ehtimalı olan ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan su çatışmazlığını ən ciddi yaşayacaq 18 ölkədən biridir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, iqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb. BMT İnkişaf Proqramının proqnozuna əsasən, kəsərli addımlar atılmasa, Azərbaycan 2050-ci ilədək su resurslarının daha 23 faizini itirə bilər. Azərbaycanda su çatışmazlığı ilə bağlı problemlər bir neçə istiqaməti əhatə edir. Bunlardan biri çaylarda suyun azalmasıdır. Bu yaxınlarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mediaya açıqlamasında bildirilmişdi ki, Kür çayının suyunda 27 faiz, Araz çayının suyunda isə 35 faiz azalma qeydə alınıb. Çaylarda suyun səviyyəsinin aşağı düşməsi onsuz da su çatışmazlığından əziyyət çəkən fermerlərin işini bir qədər də çətinləşdirir. Azərbaycanda, çaylarla yanaşı, Xəzər dənizinin də suyu azalmaqdadır. Bu, Xəzərin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Araşdırmaçıların fikrincə, proses dayanmasa, Xəzərin sahilləri kilometrlərlə geri çəkiləcək. Bu dənizdə su səviyyəsinin əsas azalma səbəblərindən biri Xəzərə ən çox su gətirən Volqa çayında suyun azalmasıdır. Ölkədə su çatışmazlığının, əsasən, kənd təsərrüfatı üçün çətinlik yaratdığı düşünülür. Amma bugünlərdə “Azərenerji” ASC-nin açıqlamasından məlum olur ki, su səviyyəsinin azalması ölkənin energetika sektoruna da risqlər yaradır.

Qurumun açıqlamasında bildirilir ki, Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyası yaxın zamanda fəaliyyətini dayandıra bilər. Stansiyanı xilas etmək üçün işi ləngitmədən 540 metr uzunluğunda estakadanın və iki su-nasos stansiyasının tikintisinə başlanılıb. Bunlar Xəzərin 8 metr dərinliyindən soyuq su götürməyə imkan verəcək, əks halda "Şimal" stansiyası ciddi təhlükə ilə üz-üzə qalacaq. "Şimal" ölkənin ən böyük ikinci elektrik stansiyasıdır. Paytaxt Bakının 40 faizindən də çox hissəsini məhz bu stansiya elektriklə təmin edir. Stansiyanın işi ilə bağlı bu risqləri ortaya çıxaran amil son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsidir. Bu, ən çox soyutma suyunun götürülməsini çətinə salır. “Azərenerji” bildirib ki, yeni estakada və su-nasos stansiyalarının inşası təkcə stansiyaları xilas etmək baxımından önəmli deyil. Bu layihə nəticəsində su daha dərinlikdən götürüləcəyindən, soyutma suyu 2,6 dərəcə daha aşağı temperaturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən toplam dörd boru çəkiləcək və iki nasos stansiyasında səkkiz nasos fəaliyyət göstərəcək. Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su-nasos stansiyasının tikilməsi ilk dəfə deyil. “Şimal” elektrik stansiyasından əvvəl “Sumqayıt” elektrik stansiyasında da bu addımın atılmasına zərurət yaranmışdı. “Şimal” elektrik stansiyası üçün yeni estakada və iki su-nasos stansiyası tikintisinin gələn ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulub.  Ekspertlərə görə, dənizdə səviyyə tərəddüdü Xəzərin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Qeyd edək ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən dəniz səviyyəsində enmələr müşahidə olunur. Səviyyə tərəddüdü qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan, bu proseslərə yalnız iqlimə təsirlərin qlobal səviyyədə azaldılması hesabına təsir etmək olar. Bunun üçün isə atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir. Xatırladaq ki, Azərbaycan istixana qazlarının səviyyəsini azaltmaq üzrə könüllü öhdəlik götürüb və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin Azərbaycanın qlobal emissiyalarda payı cəmi 0,15%-dir və bu sahədə müvəffəqiyyətə nail olmaq üçün istilik effekti yaradan qazların qlobal emissiyalarında payı çox olan ölkələr tərəfindən davamlı olaraq ciddi tədbirlər görülməlidir. İndiki halda isə Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. 

Xəzər dənizi ilə bağlı bugünlərdə gündəmə gələn digər məsələ Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlıdır. İsrailin su emalı sahəsində ixtisaslaşmış “I.D.E. Water Assets LTD” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti”ASC arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan Xəzər dənizi suyunu duzsuzlaşdıracaq zavod yaratmaq üçün İsraillə əməkdaşlıq edəcək. Amma istənilən halda etiraf olunmalıdır ki, Azərbaycanda su resursları yetərli deyil, ancaq ölkə su itkisi səviyyəsinin yüksək olması ilə də seçilir. Su resursları ilə bağlı ciddi narahatlıq olsa da, rəsmi açıqlamaya görə, Azərbaycanda bu resursların 30 faizi itkiyə gedir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin məlumatına görə, ölkədə suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. Suvarma əksər hallarda selləmə şəklində aparılır. Bu tip suvarma isə həm çox həcmdə su itkisinə, həm də torpağın şoranlaşmasına gətirib çıxarır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ