Masallı səhər 2 saylı Körpələr evinin fidanları üçün rayondakı Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil olunmuşdu. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyevanın təşəbbüsü ilə baş tutan ekskursiyada balacalar muzeydə 20 Yanvara həsr edilmiş foto sərgin vasitəsi ilə Bakı şəhərində sovet ordusunun dinc əhaliyə qarşı törədikləri vəhşiliklərə öz etirazlarını bildirdilər .
Əntiqə Tağıyev balacaların diqqətinə bir daha çatdırdı ki, nə qədər ağır olsa da, eyni zamanda 20 Yanvar xalqımızın qan yaddaşına şanlı qəhrəmanlıq səhifəsi olaraq əbədi yazıldı.
Balacalar isə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərə öz ehtiramlarını hazırladığı kisik kompozisiya ilə ifadə etdilər.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü