çərşənbə günü, 11 noyabr 2026
     

ATU-nun Tədris Terapevtik Klinikası şəhid ailələri və qazilər üçün aksiya təşkil etdi

Image


Yanvarın 18-də ATU-nun Tədris Terapevtik Klinikasında şəhid ailələri, qazilər və qazi ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunub. Bu kateqoriyadan olan şəxslər həkim baxışı ilə yanaşı, qanın ümumi analizi+ECS, sidiyin ümumi analizi, qanda şəkər, döş qəfəsinin rentgenoskopiyası, EKQ, USM, o cümlədən laborator və instrumental müayinələrdən də tam ödənişsiz keçiblər. Aksiyanın necə həyata keçirildiyini müşahidə etmək üçün klinikada olduq.

Xəstə yaxını Orxan Mehdiyev bizimlə söhbətində bildirdi ki, anası Səidə Mehdiyevanı tanınmış nevropatoloq Dilarə Xəlilovanın qəbuluna gətirib. Orxanın sözlərinə görə, qardaşı Vətən müharibəsində şəhid olduqdan sonra anası ağır dərəcəli psixoloji travma alıb və hazırda böyük sıxıntılar içərisində yaşayır. Bir ildən çoxdur ki, anası bir çox həkimlər tərəfindən müalicə olunsa da, yenə kəskin baş ağrısından və davamlı ürək döyüntüsündən əziyyət çəkir. Ona görə də D.Xəlilovaya müraciət etmək qərarına gəliblər.

Növbəti müsahibimiz, qazi Rövşən Verdiyev böyrəklərini müayinə etdirmək üçün gəldiyini deyir. Ödənişsiz aksiyanın təşkilindən razılığını dilə gətirən qazimiz söyləyir ki, indiyədək səhhətində ciddi bir problem olmayıb. Koronavirusa qarşı üç dozanı qəbul edib və bu gün də şəkərini, təzyiqini yoxlatdırmaq üçün ümumi analiz verəcək.

Qəbul şöbəsindən öyrənirik ki, aksiyaya gələnlərin bir çoxunun üz tutduğu həkimlərdən biri də klinikanın Pulmonologiya və allerqologiya şöbəsinin terapevt-kardioloqu, dosent Arzu Bəydəmirovadır. Adıçəkilən şöbədə qazi atası Mahmud Ağayevlə həmsöhbət oluruq. Bildirir ki, oğlu Qəzənfər Ağayev II Qarabağ müharibəsi qəhrəmanıdır və hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün “Yaşat” Fondu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinə müalicəyə göndərilib. Özü isə təzyiq xəstəsidir və kardioloji müayinə almaq üçün klinikada təşkil olunmuş bu aksiyaya qatılıb.

Bundan başqa, həkimin qəbulunda növbə gözləyən şəhid ailə üzvləri Zeynəbxatun Allahverdiyeva, Fərqanə Əzizova, Kinayət İsgəndərova və daha bir şəhidimizin həyat yoldaşı Nabat Məmmədovanın səhhəti ilə də maraqlanırıq. Onlar qeyd edirlər ki, aksiya haqda sosial şəbəkələrdən öyrəniblər və Arzu xanımı peşəkar həkim kimi tanıdıqları üçün fürsətdən istifadə etmək qərarına gəliblər.

A.Bəydəmirova özü isə ona pənah gətirənlərin şikayətini dinləyir, müayinələr aparır və məsləhətlərini verirdi. İşinin çoxluğuna baxmayaraq bizimlə də ayaqüstü söhbət etməyə imkan tapan həkim məlumat verdi ki, bununla üçüncü dəfədir belə xeyriyyə aksiyasında iştirak edir. Ona müraciət edənlərin əksəriyyəti əsəb gərginliyindən, yüksək təzyiqdən və psixoloji cəhətdən əziyyət çəkənlərdir. Həkimin sözlərinə görə, bu kateqoriyadan olan insanlara davamlı olaraq tibbi yardım göstərmək lazımdır. Bunun üçün də onları hər ay həkim müayinəsindən keçirmək və daim diqqətdə saxlamaq lazımdır.

Daha sonra Nevrologiya şöbəsinə baş çəkirik. Burada diqqətimizi hərbi geyimdə olan bir qazi çəkir. Ona yaxınlaşıb söhbət edirik. Məlum olur ki, Vətən Müharibəsinin iştirakçısı Mənsum İsgəndərovdur. O, Nevrologiya kafedrasının müdiri, professor Aytən Mahalovanın qəbuluna gəlib. Mənsum deyir ki, 3 uşağı və həyat yoldaşını da müayinələrə gətirib. Klinikada yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə edən M.İsgəndərov, hər zaman dövlətin dəstəyini hiss etdiklərini bildiri və bu cür aksiyaları dövlətimizin  onlara göstərdiyi münasibətin bariz nümunəsi kimi qiymətləndirir.

Xeyriyyə aksiyasının məqsədi və əhəmiyyəti barədə fikirlərini bizimlə bölüşən   Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev bildirdi ki, 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə ən parlaq səhifə kimi daxil olub: “Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başladığı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət öz yerini tapdı. Hazırda doğma Qarabağımızda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün nəhəng layihələr həyata keçirilir. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan insanlarımız yaxın vaxtlarda tarixi torpaqlarımıza qayıdacaqlar və orada həyat yenidən canlanacaq. Bütün bunlar bizim Qarabağ savaşında əldə etdiyimiz böyük qələbənin nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, eləcə də Vətən uğrunda döyüşən, canından keçən şəhid və qazilərimiz sayəsində hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.

Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə tibb işçiləri üçün də böyük fəxrdir. Bu əlamətdar günlərdə, eynilə müharibə günlərində olduğu kimi, tibb işçiləri də xalqımızın yanındadır, qələbə sevincinə şərikdir. Biz bu böyük zəfərə görə şəhid və qazilərimizə, o cümlədən onların ailə üzvlərinə borcluyuq. Həyata keçirdiyimiz aksiya da məhz bundan irəli gəlir. Səhhətində problem olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərimizə dəstək olmaq üçün belə  bir aksiyanı təşkil etdik. Aksiya çərçivəsində Bakıda yaşayanlarla yanaşı, rayonlarımızdan olan Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də qazilərimiz  gün ərzində bir çox müayinələrdən ödənişsiz bəhrələndi. Onların müayinəsini həyata keçirmək və müalicə təyin etmək bizim müqəddəs vətəndaşlıq borcumuzdur”.

Klinikanın baş həkimi Fəridə Hacıyevanın verdiyi məlumata əsasən, aksiya çərçivəsində 86 nəfər bu kateqoriyadan olan insanlara tibbi xidmət göstərilib. Yuxarıda adlarını çəkdiyimiz həkimlərlə yanaşı, digər tibb işçiləri - Vəfa Abbasova, Aytən Məmmədzadə, Azadə Ələkbərova, Könül Abbasəliyeva, Səbinə Məşədiyeva, Aytən Məmmədbəyli, Qoşqar İsmayılov, Filurə Babayeva, Sona Qəhrəmanova, Mətanət Pənahova və Mehriban Səmədova, o cümlədən Pulmonologiya və allerqologiya şöbəsinin rezidenti Nigar Namazlı laborator və instrumental müayinələrdə fəal iştirak ediblər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ