çərşənbə günü, 11 noyabr 2026
     

Tarix İnstitutunun direktoru, tanınmış alim niyə istefa vermək istəyirdi?..

Image


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun vəzifəsindən istefa verdiyini açıqlaması və istefa ərizəsini yanvarın 21-də AMEA prezidentinə təqdim edəcəyini bildirməsi elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bir sıra ekspertlər K.Şükürovun istefasını AMEA-da gözlənilən istefa dalğasının başlanğıcı kimi dəyərləndirməyə başlayıblar. Ekspertlər hesab edir ki, K.Şükürovun istefa verməsinin səbəbi akademiya sistemində elmə və alimə dəyər verilməməsi ilə bağlıdır. Akademiyanın elmdən çox dedi-qodu, yeyinti, pulsilmə, intriqa yuvasına çevrildiyini deyən ekspertlərin fikrincə, K.Şükürov da buna görə istefa verib.

Əslində nə baş verib ki, K.Şükürov istefa ərizəsi yazmağa məcbur olub?

K. Şükürov istefasının səbəbini akademiyanın prezidenti Ramiz Mehdiyevin yanvarın 19-da Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərlə izah edib. “20 Yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim. Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq, heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA–nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalarla məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm…”

O qeyd edib ki, Tarix İnstitutu və onun rəhbəri kimi haqqındakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa haqqında ərizə təqdim edəcək.

Qeyd edək ki, R.Mehdiyev AMEA-nın Rəyasət Heyətinin iclasında Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühitini tənqid edib, bu mühitin  institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsi olduğunu vurğulayıb.. “Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”-deyə R.Mehdiyev bildirib.

  • Cəbi Bəhramov: “…Xahiş edirəm, məni bu işə qarışdırmayın”

AMEA-nın Tarix İnstitutunun keçmiş direktoru Yaqub Mahmudovun uzun illər müavini olmuş və hazırda bu müəssisənin icraçı direktoru olan  professor Cəbi Bəhramovla əlaqə saxladıq. C.Bəhramov “xahiş edirəm, məni bu işə qarışdırmayın. Mənim heç nədən xəbərim yoxdur və bu işlərin də heç birinin mənə aidiyyəti yoxdur”- deyə cavab verdi.

R.Mehdiyev açıq şəkildə bildirib ki, bu qeyri-sağlam mühit institutun əvvəlki rəhbərindən miras qalan mənasız intriqaların nəticəsidir. Amma Cəbi müəllim deyir ki, institutda baş verənlərin heç birindən xəbəri yoxdur.

  • Tarix İnstitutu: “Kərim müəllim instituta gəlməyib, telefonuna da zəng çatmır”

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”ə bildirildi ki, K.Şükürov instituta gəlmir və onun istefa ərizəsinin AMEA rəhbərliyi tərəfindən qəbul edilib-edilmədiyi barədə heç bir məlumat yoxdur: “Bizdə hələ heç bir məlumat yoxdur, bir xəbər olan kimi açıqlanacaq. Kərim müəllim instituta gəlməyib, telefonuna da zəng çatmır...”  

  • İdris Abbasov: “Mənəvi-psixoloji təzyiqə və haqsızlığa dözməyən institut direktoru...”

K.Şükürovun istefasını şərh edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bizimlə söhbətində bildirdi ki, Ramiz Mehdiyev akademiyaya prezident gələndən sonra burada müsbətə doğru heç bir dəyişiklik baş verməyib, əksinə, vəziyyət daha da pisləşib. Baş akademik ziddiyyətli açıqlamalar verir. Onun sözü ilə əməli düz gəlmir:  “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən (Yaqub Mahmudovdan – İ.A.) miras qalmış mənasız intriqaların nəticəsidir” – söyləyən Ramiz Mehdiyev, onun təbirincə desək,  həmin “qeyri-sağlam iş mühiti”nin müəllifini və “intriqant”ı özünə müşavir təyin edir. Pislədiyi Yaqub Mahmudov indi də onun müşaviridir. Ramiz Mehdiyev Tarix İnstitutunun direktorunu qətiyyətsizlikdə və iradəsizlikdə ittiham edib. Mənəvi-psixoloji təzyiqə və haqsızlığa dözməyən institut direktoru Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumdan istefa vermək qərarına gəlir... Artıq Elmlər Akademiyası Mehdiyevlə vidalaşmaq haqqında düşünməlidir. Əks təqdirdə, bunun ağır fəsadları olacaq. Ciddi islahatlar getməli, akademiyanı cənginə almış özbaşınalığa, məsuliyyətsizliyə, “pokazuxalığa” son qoyulmalı, elm adına mənimsənilən yüz minlərin, milyonların, yeyilən 10 milyonlarla qrantların, zərərli fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində dövlətin elm potensialına vurulan ziyanın həcmi müəyyən edilməlidir. Riyakar məddahların, yaltaq və alçaqların, xüsusən, xəyanətkarların statistikası aparılmalıdır. Nəhayət, rüşvətə, alıb-aldatmağa, fırıldağa, dövlət əmlakını mənimsəməyə son qoyulmalı, talançı alim-akademik şəbəkəsinin üzvlərindən, heç olmasa, bir neçəsi cəzalandırılmalıdır”- deyə İ.Abbasov bildirdi.

  • Məhərrəm Zülfüqarlı: “Kərim Şükürov Azərbaycan tarix elminin iftixarıdır...”

K.Şükürovu 1972-ci ildən tanıdığını və yaxın dostluq əlaqələrinə malik olduğunu deyən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu açıqlamada K.Şükürova dost kimi deyil, bir tarixçi kimi münasibət bidirir. “Kərim Şükürov Azərbaycan tarix elminin iftixarıdır. Bunu mən demirəm, bunu məndən əvvəl başqa yüksək titullu alimlər deyib, mən də təsdiqləyirəm. Çünki Kərim Şükürov kimi yüksək səviyyəli tarixçilərimiz çox azdır, onun kimi alimləri qorumaq lazımdır. Kərim Şükürov kimi alimi hansısa intriqalara çəkmək doğru deyil. Qaldı AMEA-nın Rəyasət Heyətinin iclasındakı insidentlə bağlı məsələyə, Kərim müəllim həmişə Azərbaycanın azadlığı, istiqlaliyyəti, demokratiya uğrunda mübarizə aparıb. Onun bu mübarizəsi şəxsi mənafe ilə bağlı olmayıb, bu, Azərbaycanın mənafeyindən irəli gəlib. O heç zaman şəxsi mövqedən çıxış etməyib. Baş verənlərlə bağlı Kərim müəllim özü və akademiyanın vitse-prezidentinə məlumat verib. Ola bilsin ki, yanvarın 19-da olan iclasda Tarix İnstitutunun gördüyü işlərlə bağlı haqsız iradlar, əsassız tənqidlər olub. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə həmişə icra başçılarına göstəriş verən insan olub. Amma unutmaq lazım deyil ki, akademiya elm mərkəzidir. İcra başçısı strukturundan fərqli olaraq, Akademiyada demokratik fikir mübadiləsinə, demokratrik mühitə ehtyac var. Alimlər də çalışırlar ki, onların gördüyü işlərə layiqli qiymət verilsin. Bu baxımdan Kərim Şükürova haqq qazandırıram ki, alimlərlə, elm adamları ilə icra başçıları, məmurlarla davranılan kimi davranılması düzgün deyil. Kərim müəllimlə həm də uzun müddətdir bizim universitetdə eyni kafedrada işləyirik. Daim də tələbələrin hörmətini, sevgisini qazanan müəllimdir...”

M.Zülfüqarlı hesab edir ki, gec-tez haqq öz yerini tutacaq.

Yayılan son məlumata görə, Tarix İnistitu baş direktorunun istefa ərizəsi qəbul olunmayıb. Bu barədə mətbuata AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib: “AMEA-nın Tarix İnistutunun baş direktoru Kərim Şükürovun istefa ərizəsi qəbul olunmayıb”. O, həmçinin bildirib ki, K.Şükürovun fəaliyyətini davam etdirməsi tövsiyə olunub.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ