08/06/2023 11:45
728 x 90

Pirşağıda uşaqlar hər an uça biləcək bağçaya gedirlər…

img

Son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, yenilərinin inşası və əsaslı təmir olunaraq müəllim və təhsilalanların istifadəsinə verilməsi ilə sıx bağlıdır.

Məktəb, universitet və məktəbəqədər təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunaraq təhsil alanların ixtiyarına verilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu sahədə görülən işlər göz qabağındadır. Lakin elə tədris ocaqları var ki, hələ də divarları sökülən, dağılmış vəziyyətdədir. Belə bir hal Bakının Pirşağı qəsəbəsində faəliyyət göstərən 283 saylı uşaq bağçasında yaşanır. Belə ki, bağçanın divalarından daş tökülür, bina istifadəyə yararsız vəziyyətdədir. Buna baxmayaraq, bağça öz fəaliyyətini davam etdirir. Valideynlər uşaqlarını adıçəkilən məktəbəqədər təhsil müəssisəsinə qorxa-qorxa göndərir.

Həmin ərazidə yaşayan sakinlər bağçanın təmir olunmasını istəyir. Sakinlər onu da qeyd edir ki, bağçanın təmiri ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, hər hansı reaksiya verilməyib.

  • 283 saylı bağça - Xırdaxanım Rəhimova: “Körpələr evinin təmir olunmasını gözləyirik”

283 saylı bağçanın müdirəsi Xırdaxanım Rəhimova “Bakı-Xəbər”ə açıqmasında qeyd etdi ki, körpələr evinin təmir olunmasını gözləyirlər: “Bağça elə də bərbad vəziyyətdə deyil. Sadəcə, görünüşü xoşagələn deyil. bayırdan bağça dağıdılmış vəziyyətdə görünür”.

  • Təhsil Nazirliyi: “Uşaq bağçaları icra hakimiyyətindən alınıb nazirliyə təhvil verildikdən sonra belə bağçaların vəziyyəti ilə bağlı lazımi tədbirlər görüləcək”

Təhsil Nazirliyindən isə qeyd edildi ki, uşaq bağçaların icra hakimiyyətindən alınıb nazirliyə təhvil verilməsi prosesi davam edir. Proses yekunlaşdıqdan sonra belə bağçaların vəziyyəti ilə bağlı lazımi tədbirlər görüləcək.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər