Sənan Nizami oğlu Ağazadə, Elməddin Ələddin oğlu Məmmədli İkinci Qarabağ müharibəsində haqq savaşımızda hünər göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin Göyşaban Kənd Yaradıcılıq Evində hər iki qalib şəhidin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!" mövzusunda gecə keçirildi.
Şəhidlərin ailə üzvləri ilə birgə tədbirə Qarabağ müharibəsi iştirakçıları, rayonun ictimai təşkilatlarının, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri qatılmışdı. Tədbirin başlanğıcında Vətən şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqə sükut elan edildi.
Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı oğlanların döyüşlərdə göstərdiyi şücaətlərdən böyük qürurla danışdı. Həmin idarənin əməkdaşı Anar Kəkəyev çıxışında gənclərin indiki zamanda hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməsində belə tədbirlərin tez-tez təşkilinin əhəmiyyətindən söz açdı. Şəhidlərin ailə üzvləri isə çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına səmimi minnətdarlığını bildirdilər.
Göyşaban Kənd Yaradıcılıq Evinin özfəaliyyət kollektivinin qurduğu ədəbi-bədii kompozisiya ilə tədbirin bədii hissəsi başlandı...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü