çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağda meşə fondunun bərpası proqramı - erməni vəhşiliklərinin növbəti ifşası...

Image


Ermənistan 30 illik işğal dövründə Azərbaycana milyardlarla ziyan vurub, təbiətini məhv edib, meşələrini dağıdıb, viran qoyub, talayıb. Rəsmi məlumata görə, uzun illər Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın təcavüzü altında qalıb və bu dövrdə də meşə fondumuza qarşı soyqırım həyata keçirilib.

Azərbaycanın ərazilərində işğal dövründə Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb. 29 mart 2003-cü il tarixli “Nəbz” qəzetinin 11 saylı buraxılışında ekoloq Mahmud Xəlilov və Nəsibə Əliyevanın birgə araşdırmasına görə, işğal altında olan ərazilərimizdə çox acınacaqlı vəziyyət olub. Hazırda Qarabağın Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazini əhatə edən məhsuldar fısdıq meşələri sülhməramlıların nəzarəti altındadır. 

  • Qarabağın meşə fondunu məhv edən düşmən...

28-30 il müddətində Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, dekorativ oduncaqlı mebel, parket üçün əvəzi olmayan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındığı ağacları ermənilər tərəfindən kütləvi qırılaraq xarici ölkələrə satılılıb. Azərbaycan öz ərazilərini azad etdikdən sonra burada quruculuq-bərpa, yenidənqurma işlərinə başlayıb. Yalnız azad ərazilərimizdə yeni evlər, yaşayış məskənləri salınmır, burada həm də meşə zolaqlarının, təbiətin bərpası prosesi həyata keçirilir. Ermənistanın meşələrimizə vurduğu zərərin miqyasını beş-üç kəlmə ilə ifadə etmək çətindir. Qeyd etdiyimiz kimi, Ermənistan Azərbaycanın meşə fondunu dağıdıb. Ermənilər Azərbaycan meşələrinə qarşı elə amansız davranıblar ki, bu gün həmin meşələri bərpa etmək Azərbaycana milyardlarla vəsaitə başa gələcək.

  • Qarabağda meşə fondunun bərpası proqramı hazırlanıb...

Torpaqlarımız işğaldan azad ediləndən sonra Qarabağın meşə fondunun bərpası istiqamətində genişmiqyaslı işlərə başlanılacağı haqda rəsmi məlumatlar vardı.

UNEC İqtisadi Forumunda “Qarabağa böyük qayıdış: dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən paneldə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə meşə fondunun genişmiqyaslı bərpasını nəzərdə tutan proqram hazırlanıb.

Nazirin sözlərinə görə, proqram çərçivəsində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirləri nəzərdə tutulur: “Artıq həmin ərazilərdə ağacların əkilməsi və toxum səpini işlərinin aparılmasına başlanılıb. Qarabağda ərazilərin böyük hissəsinin minalanması genişmiqyaslı monitorinq və bərpa işlərinin aparılmasında imkanlarımızı məhdudlaşdırır. Minalardan təmizləmə prosesi sürətləndikdən sonra bərpa işləri daha intensiv şəkildə aparılacaq”.

  • ...İşğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib...

İşğal müddətində Ermənistanın nə qədər meşə örtüyünü məhv etdiyinə gəlincə, nazir deyib ki, işğal dövrü ərzində 54 min hektar meşə ilə örtülü ərazi məhv edilib: “Orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi planlaşdırılır”.

Nazir eyni zamanda qeyd edib ki, iqlim prosesləri sərhəd tanımır: “Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz. İqlim hadisələrinin daha tez müəyyən edilməsi, risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Bu baxımdan region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlığını təmin etmək üçün “Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platforması”nın yaradılması nəzərdən keçirilir”.

  • “Çox yüksək səviyyədə bərpa ediləcəyinə böyük ümid bəsləyirik”

Biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani bizimlə söhbətində bildirdi ki, Qarabağda meşə fondunun bərpası proqramının hazırlanması çox müsbət haldır. Bu səbəbdən ki, proses kor-koranə deyil, konkret proqram əsasında, sistemli şəkildə aparılacaq. P.Qaraxaninin sözlərinə görə, şübhəsiz ki, bərpa proqramının bütün mənalarda üstünlükləri var və burada Qarabağ təbiətinin, meşəçiliyinin bütün xüsusiyyətləri əks olunacaq. Mütəxəssis qeyd etdi ki, prosesin içində olmasa da, görülən işləri, təqdim edilən layihələri yaxından izləyir və yüksək qiymətləndirir. Ekspert xatırlatdı ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun yaradılması da görülən işlərin mühüm tərəflərindən birdir. Alim bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında mediada da məlumatlar yayılır.  “Ermənilərin məhv etdiyi Qarabağın meşə fondunun çox yüksək səviyyədə bərpa ediləcəyinə böyük ümid bəsləyirik. Düzdür, ermənilər elə talançılıq, elə soyqırımlar törədiblər ki, meşə fondunu bərpa etmək üçün bizə böyük vaxt lazımdır. Amma artıq xüsusi bərpa proqramı hazırlanıb və bərpa proqramı əsasında da meşə fondumuz bərpa ediləcək, dirçəldiləcə”-deyə alim bildirdi.

  • ...20 hektar ərazidə “Dostluq meşəsi”nin salınmasına başlanıb...

Qeyd edək ki, bir neçə gün əvvəl ölkə ekoloqları işğaldan azad olunmuş ərazilərin yaşıl örtüyünün bərpası, eləcə də regionun “yaşıl enerji” potensialı məsələlərini müzakirə ediblər.

Bu barədə yayılan məlumatda bildirilir ki, “2022-2026-cı illərdə Azərbaycanın meşə fondunun bərpası proqramı” hazırlanıb. Proqramda işğaldan azad edilmiş ərazilərdə və Qarabağın digər yerlərində meşələrin bərpa olunması tədbirləri nəzərdə tutulur. Artıq bu işlər çərçivəsində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birlikdə Cəbrayıl şəhərinin ətrafında 20 hektar ərazidə “Dostluq meşəsi” salınmağa başlanıb. Burada örtülü şəraitdə fidanlar yetişdiriləcək. Ərazidə həmçinin Tədris Mərkəzi yaradılması istiqamətində işlər aparılır. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işlərinin layihələndirilməsi və planlaşdırılması üçün topoqrafik xəritə hazırlanır, bərpa işlərində istifadə oluna biləcək yerli tikinti materiallarının ehtiyatı hesablanır. “Yaşıl enerji” konsepsiyası çərçivəsində  bərpa edilən enerji mənbələrinin maksimum potensialının hesablanması üçün ssenari isə artıq hazırdır. Beləliklə, Qarabağın meşə fondunun bərpası istiqamətində artıq əməli fəaliyyətə keçilib və prosesə start verilib...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ