Gəncə Gənclər Evində QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbir keçirildi - FOTO

img

1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Gəncə Gənclər Evində gənclərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evinin təşkilatçılığı və Gəncə Tibb Kolleci TGT-nin dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov tədbir iştirakçılarını salamlayıblar və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. 
Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının müdiri, həkim Afaq Əsədova və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, həkim Almaz Tomuyeva öz çıxışlarında  1 Dekabr tarixinin “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd olunduğunu vurğulayaraq, əhali, xüsusilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin, ziyanlı vərdişlərin fəsadları barəsində onların maarifləndirilməsinin QİÇS-lə mübarizə mərkəzlərinin əsas fəaliyyət  istiqamətlərindən biri olduğunu qeyd etmişlər, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.
Daha sonra Gəncə Tibb Kollecinin tələbələri tərəfindən "Sağlam həyat tərzi,  QİÇS-dən qorunma yolları” mövzusunda təqdimatla çıxış edilərək, tədbir iştirakçılarına bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və insanların bu xəstəlikdən qorunması yolları barədə geniş məlumat veriblər.
Tədbir diskusiya xarakterli davam etmişdir.  Tədbirin sonunda mövzuya uyğun kiçik videoçarx nümayiş olunmuşdur. Həmçinin gənclərə maarifləndirici əyani vəsaitlər də təqdim olunmuşdur.

Son xəbərlər