Xırdalandakı AAAF yaşayış kompleksində 1A və 1B binalarına niyə qaz verilmir...

“Azəriqaz”: “Şirkət yaşayış binalarının istismara qəbul edilməsi üçün tələb olunan sənədlərini təqdim etməyib”

img

Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri 1A və 1B nömrəli binalara qaz verilməməsi ilə bağlı narazılıq edir. Sakinlərin sözlərinə görə, sözügedən binaların komendantı onlara bildirib ki, şirkət tərəfindən bütün sənədlər “Azəriqaz”a təqdim edilib, lakin qazın verilişi hələ də təmin olunmayıb.

Sakinlərin dediyinə görə, qış fəslində qazın olmaması onarı çarəsiz duruma salır.

Sakinlər onu da qeyd edir ki, binanın qazla təmin olunması üçün “Azəriqaz”-a lazımi sənədlər göndərilib. Lakin hələ də müəyyən bəhanələr gətirərək qazın verilişini bərpa etmirlər.

“Biz uzun müddətdir ki, onların sənədlərini gözləyirik, onlar vətəndaşlara deyirlər ki, hər şey qaydasındadır”

Məsələ ilə bağlı “Azəriqaz”-dan bildirildi ki, şirkət yaşayış binalarının istismara qəbul edilməsi üçün tələb olunan sənədlərini təqdim etməyib: “Biz uzun müddətdir ki, onların sənədlərini gözləyirik. Onlar vətəndaşlara deyirlər ki, hər şey qaydasındadır. Biz vətəndaşlara izah etmişik. Sözügedən binaların istismara qəbul edilmək üçün sənədləri təqdim olunmayıb. Bu səbəbdən “Azəriqaz” hər hansı reaksiya verə bilmir”.

Günel CƏLİLOVA

Son xəbərlər