Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlandı

img

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.

Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər