Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın dəqiq, fundamental və təbiət elmləri sahəsində dağıdıcı problemlər...

Image


Azərbaycanın elm tarixi XIX-XX əsrlərdən formalaşmağa başlamayıb, bizim elmimizin kökü lap qədimlərə gedib çıxır. Hələ qədim və orta əsrlər dövründə Azərbaycan alimləri arasında riyaziyyat, həndəsə, bir sözlə, dəqiq elmlər üzrə böyük alimlər olub ki, onların adları, kəşfləri dünya elm tarixində yaşayır.

Azərbaycan elmi XX əsrdə tamamilə yeni bir metodologiya əsasında formalaşıb, ideoloji basqılara baxmayaraq, ölkəmizdə fizika, kimya, tətbiqi riyaziyyat və sair elm sahələri inkişaf edib, fundamental, dəqiq və təbiət elmləri qabaqcıllar sırasında yer tutub.

Müasir Azərbaycan elmi ilə bağlı isə elə də ətraflı və geniş danışmaq olmur. Təəssüflər olsun ki, müasir elm sahəsində çox ciddi problemlər var, o problemlərin həlli elmin inkişafını sürətləndirə bilər.

Bir sıra alimlər iddia edirlər ki, tətbiqi, yaxud texniki elmlər sahəsində heç bir problem yoxdur, problem yalnız humanitar və ictimai elmlər sahəsində mövcuddur. Əslində, bir neçə dəfə bu sahəni araşdırmışıq və bu istiqamətdə də nöqsanların olduğu aşkar olunub.

  • “Elmin bütün sahələri eyni vəziyyətdədir”

Tanınmış fizik, professor Bəhmən Sultanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Azərbaycan elminin böyük uğurlarından danışmaq çətindir. B.Sultanlı hesab edir ki, vaxtilə fundamental elm sahələrində baş verən intibah, inkişaf, tərəqqi bu gün yox dərəcəsindədir. “Azərbaycan elmi, xüsusən də tətbiqi riyaziyyat, fizika, kimya və sair elmlər xüsusi olaraq inkişaf edib. Yəni bu sahələr ən çox inkişaf etmiş faydalı elm sahələri kimi mövcud olublar. Bizim tətbiqi və təbiət elmləri sahəsində vaxtilə əldə etdiyimiz uğurlar bütün SSRİ-də həsəd aparılacaq səviyyədə idi. Amma çox təəssüf ki, müasir dövrdə bunları deyə bilmirik. Çünki təkcə tətbiqi və təbiət elmləri sahəsi deyil, elmin bütün sahələri ağır vəziyyətdədir. Elmin bütün problemləri eyni olduğu kimi, elmin bütün sahələri də eyni vəziyyətdədir”

  • “Heç cür müqayisə oluna bilməz”

B.Sultanlının sözlərinə görə, fizika, riyaziyyat, kimya və başqa sahələrin səviyyəsini əvvəlki dövrlə müqayisə etmək düzgün deyil. Professorun bildirdiyinə görə, hazırda elm “reanimasiya”dadır, keçmiş dövrdə isə elm sahələri çox yüksək səviyyədə inkişaf edirdi. “Elmin ən müxtəlif sahələri eyni şəkildə inkişaf edirdi. Çünki elmin bütün sahələri arasında yaxınlıq var. İndi elmin elə bir sahəsi yoxdur ki, mən onun haqqında “inkişaf edir” deyim. Amma 30-40 il bundan əvvəl elmin bütün sahələri ilə bağlı ancaq yüksək fikirlər səsləndirə bilərik. Çünki həmin dövrdə elmin yalnız bir-iki sahəsi deyil, bütün sahələri inkişaf edirdi. Elm canlı orqanizmə bənzəyir, nəfəsi çatmayanda ağır duruma düşür, hərəkəti zəifləyir.

Deyirsiniz ki, elmin dövrlərini müqayisə edin. Mən necə müqayisə edə bilərəm ki, onlar heç cür müqayisə oluna bilməz. Müqayisə mühiti yoxdur, buna görə də hər iki dövrü yanaşı qoyub müqayisə etmək olmaz. Bu gün elmin tək bir sahəsi deyil, bütün sahələri axsayır, zəifləyib və dərin böhran keçirir. Hamısı zəifləyib. Bu mənada hesab edirəm ki, elmimizi xilas etmək lazımdır”.

  • “Fizika İnstitutu haqqında müsbət fikirlər söyləmək mümkün deyil, ənənələri tamamilə dağıdıblar”

Hazırda elmin bütün sahələrində gedən prosesləri yaxından izlədiyini və problemlərə seyrçi qalmadığını deyən B.Sultanlının sözlərinə görə, vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu nəinki Azərbaycanda və bölgədə lider elmi müəssisə olub, bütövlükdə isə SSRİ-də birincilər sırasında yer tutub. Bu institutda görülən işlərin bütün keçmiş ittifaq üçün əhəmiyyətli olduğunu deyən B.Sultanlının sözlərinə görə, təəssüf ki, Fizika İnstitutunun adı indi öncüllər sırasından kənarda qalıb: “Elmlər Akademiyasının Fizika İnstitutu Azərbaycanda elmi-tədqiqat institutları arasında birinci yerdə idi. Bütün SSRİ-də bu institut qəbul edilirdi, liderlər sırasında idi. İnstitutun bugünkü vəziyyəti adamın ürəyini ağrıdır. SSRİ-nin qabaqcıl elmi-tədqiqat institutlarından biri olan Fizika İnstitutunda indi elmin yalnız adı var. Tədqiqatla məşğul olan alimləri var, amma onların da təbliğatına elə də yer verilmir.

Akademik Həsən Abdullayevin rəhbərliyi dövründə Elmlər Akademiyasında yalnız Fizika İnstitutu deyil, bütün elmi-tədqiqat institutları inkişaf edirdi, sağlam rəqabət mühiti yaradılmışdı, bütün institutlar daha səmərəli fəaliyyət göstərməklə öncüllük əldə etmək istəyirdilər. Tətbiqi elm sahələri də, təbiət elmləri də, humanitar və ictimai elm sahələri də xüsusi inkişaf edirdi. Yenə də deyirəm, inkişaf bütün sahələrdə paralel olaraq gedirdi. H.Abdullayev bütün sahələrin inkişafına böyük önəm verirdi, hər bir sahə ilə maraqlanırdı. O, Fizika İnstitutuna rəhbərlik etdiyi dövrlərdə Fizika İnstitutu çox yüksək səviyyədə inkişaf etmişdi. Son 20-25 ilə qədər Azərbaycanda yaradılan fizika məktəbi mövcud idi, lakin bu institutu sarsıtdılar. Bu gün Fizika İnstitutu haqqında müsbət fikirlər söyləmək mümkün deyil, ənənələri tamamilə dağıdıblar.

Elm sahəsində mövcud olan bir əsas problemi də deyim. Bu gün akademik, professor elmi titulu daşıyan “elmi rəhbərlər” var ki, öz aspirantlarının elmi işlərini, tədqiqatlarını mənimsəyib öz adları ilə çap edirlər. Əvvəllər elmi rəhbər aspirantın elmi işinə kömək edirdi, indi elmi rəhbərlər aspirantdan oğurlayırlar. Bu, elmin bütün sahələrində mövcud olan nöqsandır, problemdir. Bu da cinayətin bir növüdür. Harda görünüb ki, elmi rəhbər aspirantdan oğurluq etsin. Bu halın da qarşısı alınmalıdır. Əsl elm adamlarının çoxu elmə bu cür ədalətsiz yanaşma üzündən çıxıb getdi. Bəziləri xaricə getdilər, digərləri elmi müəssisələrdən uzaqlaşdılar. Bu gün Azərbaycanın xarici ölkələrdə çox böyük alimləri var, biz onları ölkəmizə yenidən qazandırmalıyıq. Hərəsi bir şeydən küsüb gedib, amma onlar elmə qayıtmalıdırlar. Mən elə bilirəm ki, bu istiqamətdə addımlar atılmalıdır”. 

B.Sultanlı qeyd etdi ki, bu gün elmə fikir verilmir, elm təəssübkeşlərinə şərait yaradılmır. Onun dediyinə görə, əvvəllər görkəmli elm xadimləri istedadlı gəncləri çıraqla gəzib tapıb onlara elmi rəhbərlik edir, elm üçün faydalı olan yeni nəsil yetişdirirdilər, yeni elmi nailiyyətlər, əsərlər, kəşflər ortaya qoyulurdu, hazırda isə bu, əksinədir. “Bu gün barəsində danışdığımız elm sahələrinin ciddi böhran içində olmasının bir səbəbi var. O da yanlış idarəetmədir. Elmin idarə olunması tamamilə ayrı bir keyfiyyətdir, bu, məmurluq işi deyil. Elmin İnkişaf Konsepsiyası, “Elm haqqında” Qanun, elmin strategiyası və sair kimi elmin qanunvericilik dayaqları var, dövlət də elmə həmişə maliyyə ayırır. Amma görək elm sahəsi normal qaydada idarə olunurmu? Qətiyyən olunmur. Elmin başında elmin bütün sahələri haqqında anlayışı olan, bütün sahələrin paralel inkişafına çalışan və buna gücü yetən alim dayanmalıdır. Elm sahəsinin idarə olunmasında ciddi nöqsanlara yol verilməsi nəticəsində mövcud mənzərə ilə qarşılaşdıq. Bu yanlışlığa göz yuman rəhbərlik şərait yaradır ki, kimlərsə dövlətin elmə ayırdığı pulları mənimsəsin, hansısa bahalı mülklər, maşınlar alsınlar, elmə rəhbərlik edən şəxslər çox təəssüf ki, elmi özlərinin biznes və gəlir yerinə çeviriblər, elmə ayrılan pulu mənimsəyənlər də az deyil. Əslində isə elmi o şəkildə inkişaf etdirməlidirlər ki, elm dövlətə vəsait gətirsin, büdcəyə yük olmaqdan xilas olsun. Təsəvvür edin ki, elmi inkişaf etdirib onu lazımi səviyyəyə çatdıra bilsək, görün, büdcəyə nə qədər vəsait cəlb etmiş olarıq. Elm artıq pul gətirməlidir. Amma bu haqda düşünən yoxdur. Elmi layihələrdə, qrant müsabiqələrində əldə edilən gəlirlərin də hara getdiyi məlum deyil”.

  • “Milli Elmlər Akademiyasının tarixində ilk dəfədir ki, ictimai elmlər sahəsindən olan şəxs akademiyaya rəhbərlik edir”

Bir qrup insanın elmi biznes strukturuna çevirdiyini deyən B.Sultanlının sözlərinə görə, bu sahədən pul qazananlar qətiyyən islahatları qəbul etmir, onlar hər şeyin bu qaydada qalmasını istəyirlər: “Elmin dirçəlməsi bir çoxuna sərf etmir, ona görə ki, elm inkişaf etsə, belələri kənarda qalacaqlar. Elm sahələrinə elmə rəhbərlik edənlər biganə, laqeyd yanaşırlar. Bilirsiniz, Milli Elmlər Akademiyasının tarixində ilk dəfədir ki, ictimai elmlər sahəsindən olan şəxs akademiyaya rəhbərlik edir. Təbii ki, humanitar və ictimai elmlər sahəsindən olan şəxslər texniki elmlərin problemlərinə həssas yanaşa bilmirlər. Məsələn, riyaziyyat, fizika, biologiya, kimya və sair sahələrdə tədqiqatların aparılması üçün texnoloji cihazların alınması çox gərəkli olur, amma bunu bu sahəyə yad olan bir rəhbərə desən, deyəcək ki, lazım deyil, köhnələrlə idarə edin. Bunu ona görə deyəcək ki, o cihazların elmi nəticələrin əldə olunmasında oynadığı əsas rolu dərk etmir. Ona görə də Elmlər Akademiyasına, elmə humanitar və ictimai elmlər sahəsindən olan alimlər deyil, riyaziyyatçı, kimyaçı, fizikaçı alim rəhbərlik etməlidir. Həmişə Elmlər Akademiyasına kimyaçılar, riyaziyyatçılar, fiziklər rəhbərlik ediblər. Ümumiyyətlə, keçmişdə SSRİ Elmlər Akademiyası başda olmaqla, bütün ittifaq respublikalarında Elmlər Akademiyasına fiziklər, riyaziyyatçılar, kimyaçılar rəhbərlik ediblər.

Tarixdə bir dəfə SSRİ Elmlər Akademiyasının prezidenti geoloq olub, o şəxs də dünya miqyasında tanınan geoloq-alim olub. Yəni demək istəyirəm ki, elmi idarə edənlər, elmə rəhbərlik edənlər dəqiq və təbiət elmləri sahələrindən olmalıdırlar”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ