Cümə günü, 13 noyabr 2026
     

Nə biləydik ayrılıq var, ölüm var...

Image


Tələbəlik illərində Yuxarı Dağlı məhəlləsində kirayədə yaşadığım köhnə evə bitişik, balaca pəncərəsi bizim həyətə baxan evdən hər gecə eyni vaxtda radioda adamı dəli eləyən musiqi və bir az keçmiş “Allah” , “Allah” deyən hönkürtülü bir səs eşidirdim.Tüklərim biz-biz olurdu. Səhərə qədər yata bilmirdim. Sübh tezdən ta qürubacan ölü sükunəti içində olan bu həyət, bu ev mənə lap qorxulu nağıllardakı dəyirmanı xatırladırdı. Öz-özümə düşünürdüm: köhnə, uçuq daş hasarın içində səsindən dara çəkilmiş bu zavallı kimdi görəsən, ilahi?

Kirayədə qaldığım evin sahibi Xeyransa arvad aradabir gəlib evi bəlləyirdi. Bu dəfə ev kirəsini almağa gələndə ayağımın ucu ilə yeri eşə-eşə mızıldandım: “Bilirsən xala, incimə sən allah, mən ta burda qalası olmadım. Bir-iki günə yataqxanada yer düzəlməlidi”.

Xeyransa arvadı elə bil od götürdü.

- Adə, qaragün, sən də qorxdun?

Ağzımı açıb elə “nədən”? sualımı vermək isdəyirdim ki, Xeyransa arvad məni qabaqladı:

- Sənnən qabaq düz dörd tələbəm qaçıb. Adə,qorxma, həmşərüdü, həri. Yaazığın  bütün qohum-əqrəbalarını inqilab vaxtu öldürüblər. Bircə balası vardu, dəənzdə batdı. İndi bu qaragünün başına hova gəlib, gecə radioda İranı tutub zülüm-zülüm ağlıyır. Sən qorxmaginən, fağır adamdu, heç kəsnən də işi yoxdu.

Xeyransa xalanın bu sözlərindən sonra, açığını deyim, elə bil özümü yığışdırdım. Kənddən təzəcə gəlmiş 18 yaşlı, qürurunu sındırmaq istəməyən bir oğlan kimi daha “yataqxanaya” köçəsi olmadım. Düz 8 ay sərasər hər gecə yeri-göyü titrədən “Allah”, “Allah” harayına qulaq asdım. İndi radio dalğalarında eşitdiyim o yaralı nəğmələrdə, bu  “Allah”, “Allah” nidalarında elə bil ki, bir insanın yox, bütöv bir millətin dərdini, faciəsini görürdüm, yaşayırdım, yaralı Təbrizin səsini eşidirdim.Yuxum büsbütün ərşə çəkilmişdi.

Mən Araz sahilində doğulmuşdum. Həsrətin, hicranın, ayrılığın nə olduğunu bilirdim. Uşaq vaxtları tikanlı məftillər arasında titrəyən alov rəngli lalələri qoparmağa can atırdım... Neçə dəfə o taydan: “Ay oğlan kimlərdənsən?” Qızılbaşoğlu Alı, Yapon kişi, Qaraca kişi,  Bəylik Bəbir sağdımı? - sözlərinə qorxa-qorxa əllərimi yelləmişdim.

- Ay oğlan lalsanmı?

Susmuşdum, danışa bilməmişdim. Biz o vaxtı lal idik, dilimiz kilidlənmişdi, açarı isə yad əllərdə idi. Aradan, yaradan bir dəli çay axıb gedirdi. Əlimizi uzatsaq çatası o tay da uzaq idi, bu tay da...

Rübabə xanımın yaralı səsini milyon səsin içindən tanıyırdım. İliyə işləyən yanıqlı səsinin, avazının dəlisi idim. Bu səs başqa bir səs idi. Hətta Bakıya ilk dəfə gilas satmağa gəlib, opera teatrında “Leyli və Məcnun” tamaşasına baxmış və sonra kəndin içində  “Leyli və Məcnun”a baxdığı üçün qürrələnən kor İsaya (gözünün birinə ağ gəldiyi üçün kənddə hamı ona “Kor İsa” deyirdi) paxıllığım da tutmuşdu. O, səhnədə canlı Əbülfət Əliyevlə Rübabə Muradovanı görmüşdü.

Dəmir yolu vağzalının arxasında yüzillik çinarın kölgəsindəki çayxanada kassir Şəmşəddinin üzünü birinci dəfə gördüyüm məşhur xalası oğlu Bəxtiyar Kərimovun:“Rübabə xanımın oxuduğu “Heydər baba”nı mən yazmışam”, kəlməsindən sonra uşaqların hamısı bir-birinə dəymişdi. Kənd uşaqlarının içi mən qarışıq hamısı bu gözəl nəğməni yazan bəstəkarın indi kənd çayxanasında belə arxayın-arxayın oturub lağ-lağı eləyə-eləyə çay içməsinə inanardımı? Yaşca hamıdan böyük, beşinci sinfi ölüm-zülüm bitirən, məktəbi alayarımçıq qoyub qaçan, indi vağzalda dəmiryolu çörəyi satan Mehralının: “Ə, gopluyur dana, Heydər babanın kənddə nə işi var”? – sözündən sonra kassir Şəmşəddin qədim samovarın yanında qalaqlanmış kömür “dağına” sancılmış  maşanı Mehralının dalınca tolazlamışdı:- Avara köpəyoğlu!!!

Rübabə xanım 1933-cü il  mart ayının 21-də Cənubi Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ərdəbildə doğulmuşdu. Altıncı sinfə qədər fars dilində oxumuş, ilk musiqi müəllimi Nur Sultani adlı kənd müəllimi olmuşdu. Atası Mirzə Xəlil öz dövrünün mütərəqqi fikirli ziyalılarından idi. O, Tehranda universiteti bitirmiş, həkim olmuşdu, fizika və riyaziyyat elmini mükəmməl bilirdi. Ürfan sahibi olan Mirzə Xəlil ərəb-fars dillərini yaxşı bilməklə yanaşı gözəl ney çalır, şirin avazla oxuyurdu. Balaca Rübabəni böyük sənət üfüqlərinə qanadlandıran, uçuran da Mirzə Xəlil olmuşdu. Respublikanın Əməkdar artisti Novruz Feyzullayev danışırdi ki, “1946-cı ildə Cənubi Azərbaycanda milli hökumət qurulurdu. Ərdəbildə Demokrat firqəsinin həyəti var idi, meydan kimi geniş yer idi. Orada böyük konsert oldu. Oxuyanların içərisində qadın yox idi. Hamı oxuyub qurtarandan sonra dedilər ki, İşraqi gəlir. Faytondan nərmənazik, 14-15 yaşlarında yaraşıqlı bir qız düşdü. Mən Rübabəni ilk dəfə gördüm. Yer-yerdən alqış sədaları ucaldı. İlahi, Rübabə bu yığnaq yerində bir dəstgah qurdu ki, hamı heyrətə gəldi. Bu nə səs idi? Bu nə möcüzə idi? Elə bil tamaşaçıların hamısı tilsimlənmişdi. Konsert başa çatan kimi yer-yerdən xahiş etdilər ki, xanım İşraqi (Rübabə Muradovanın baba soyadı “İşraqi” idi) sabah da oxusun. Rübabə tamaşaçıların sözünü yerə salmadı... Bir neçə gündən sonra Təbrizdən filarmoniyadan bizə dəvət gəldi. O vaxt filarmoniyanın direktoru gənc və çox istedadlı şairimiz Əli Tudə idi.O istəyirdi ki, Milli filarmoniyamızda ən istedadlı cavanlarımız çıxış etsin. Yola düşməzdən  bir gün  əvvəl Rübabəni görüb soruşdum:

- Rübabə, sabah yola düşürük, sən Təbrizə getmirsən?

Çox pəjmurdə və kədərli-kədərli:“Eh, siz nə hayda, mən nə hayda, Ağam mənə icazə verərmi?” –dedi. (O atası Mirzə Xəlilə hörmət əlaməti olaraq Ağam,-deyə müraciət edərdi). Beləliklə, biz Təbrizə Rübabəsiz getdik. Sonralar qanlı-qadalı günlər, sürgünlər başladı. Mən bir də Rübabə xanımla 1960-cı ildə bu tayda görüşdüm. Uzun müddət rəhbərlik etdiyim “Məşəl” ansamblı ilə bir çox qastrol səfərlərində olduq. Unudulmaz günlər yaşadıq”.

Cənubi Azərbaycan inqilablar beşiyi idi. İranı məhvərindən sarsıdan bütün inqilablar Cənubi Azərbaycandan başlamışdı və Azərbaycanın ən böyük oğulları  xəyanətin qurbanı olmuşdular. Minlərlə şəhidin qanı ilə suvarılmış Rübabə xanımın doğulduğu Ərdəbil şəhərinin də mübarizələrlə dolu şərəfli tarixi keçmişi vardı. Həmişə kəmərində balaca tapanca gəzdirən, döyüşkən səsi ilə xalqı mübarizəyə çağıran balaca Rübabə tez-tez  Ərdəbilin Səməri kəndindən olan cəngavər, igid Şahsevən qızı Səriyyəni xatırlayır, igidlikdə ona bənzəməyə çalışırdı. Səriyyə - bu igid  Şahsevən qızı həyat yoldaşı Əli və səngərdaşlarıyla düşmənə qarşı uzun müddət amansızlıqla döyüşmüşdü.Yan-yörəsindəki tüfənglər sussa da Səriyyənin silahı susmaq  bilmirdi. Beş gün idi ki, ac-susuz atışırdı. Patronu tükənmişdi. Düşmən  bu qızı əzmindən döndərməkdə aciz idi. Axırda dilə tutub, Qurana əl basıb, and içdilər ki, silahı yerə qoysa Səriyyəyə toxunmayacaqlar. Lakin alçaq düşmən xəyanətə əl atdı, sözünün ardından qaçdı. Dar ağacı altında qətl zamanı Şahsevən qızı  Səriyyə  barmağını düşmənlərinə silkələyərək demişdi:“Azərbaycan oğulları mənim intiqamımı mütləq alacaqlar. Azadlıq  agacları şəhidlərin qanı ilə suvarıldıqca daha da çox bar verəcəkdir”.

Cənubi Azərbaycanın  inqilabçı mühacirlərindən olan Lütfəli Ərdəbili söhbət edirdi ki, Cənubi Azərbaycanın  bütün şəhərləri bu tayla nəfəs alırdı. Rübabə radio ilə Bakını tutur, Şövkət Ələkbərovanın, Sara Qədimovanın  səsinə heyran-heyran qulaq asır,  haçansa bu tayda radioda, böyük səhnədə oxumaq arzusu ilə yaşayırdı.

Mən Rübabənin ilk oxusunu – “Uca dağlar başında bir quzu mələr” mahnısını eşitmişəm. Allah, Allah, necə də yanıqlı oxuyurdu. İnqilab devriləndən sonra bu taya keçdilər. Əvvəlcə Sabirabadda, sonra Salyanda, Əlibayramlıda məskunlaşdılar. Beş bacı, iki qardaş idilər. Bacıların üçü müğənnilik yolunu seçdi. Hamısı da bülbül kimi cəh-cəh vururdu. Rübabə isə özgə aləm idi. Onun oxuduğu “Ahu kimi”, “Qaragilə” mahnılarının şirinlikdə tayı-bərabəri yoxdu.

İranlı mühacirlər cəmiyyətinin sədri olmuş Əmirəli  Lahudi danışırdı ki, Rübabə Azərbaycan musiqisində, mədəniyyətində fenomen idi, o, insan ruhunu oxuyurdu. Rübabənin səsi qədər Azərbaycan faciəsini ağlayan olmayıb. O, azadlığı görmüşdü, yaşamışdı. Ona görə milli hökumətin yıxılması faciəsini ölüncə yaşadı. Yadımdadı, akademiyada görüş idi. Almaniyadan qonaqlar iştirak edirdi, Moskvadan Mərkəzi Komitədən gəlmiş məsul bir yoldaş Rübabənin yanıqlı-yanıqlı oxumasını görüb soruşdu:“Bu qız niyə belə oxuyur?”.

Bizim Mərkəzi Komitədə Cəbrayılov vardı, qayıtdı ki, Şərq poeziyasından oxuyur.

Əslində Rübabə Şərqin acı taleyini, öz millətinin faciəsini oxuyurdu. Mən Rübabə xanımın nəğmələrini sağlığında və ölümündən sonra çox dinləmişəm. Düşünürəm ki, o, Savalan dağı qədər uca olan böyük sənətkarımızdı.

Yaxşı yadımdadır, cənublu yazıçı Əyyub Nəmini Rübabə xanım haqqında söhbət edəndə həmişə gözləri dolardı. Deyərdi ki, Rübabənin çox xoşladığı və tez-tez təkrarladığı bir bənd onun yaradıcılığını  gözəl xarakterizə edir:

Qürbət yerə bel bağlama,
Qürbət vətən olmaz.
Qürbətdə sənə bagü-çəmən
Yasəmən olmaz .

Rübabənin kədəri bəşəri kədər idi. Bu kədərdə biz özümüzü axtarırdıq, böyüklüyümüzü dərk edirdik, dönüb çiynimiz üstündən dünənə baxırdıq.

Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədov:“Rübabə xanım səhnədə gördüyüm ən gözəl Leylidir. O səsdə elə bir yanğı, atəş, həsrət var idi ki, adam ovsunlanırdı. Əsl sənətin böyüklüyü budur. Əruzu mükəmməl bilən Rübabə xanımın oxuduğu muğamlar, təsniflər bitkin sənət əsəridir. Əsl sənətkar yaratdığı, öz damğasını vurduğu sənət inciləri ilə yaddaşlarda qalır. “Humayun”, “Şur”, “Zəminxarə” muğamlarının mahir ifaçısı Rübabə xanım Muradova belə ölməz sənətkarlardandır”.

Salyan teatrında müxtəlif rollarda çıxış edən Rübabə Muradovanı “Vaqif” pyesində Xuraman rolunda görən məşhur aktyorumuz Ələsgər Ələkbərov onun təcili Bakıya – filarmoniyaya getməsini tələb etdi. 1951-ci ildə Rübabə Muradova artıq filarmoniyada xorda oxuya-oxuya Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldu. O, indi böyük müğənni Seyid Şuşinskidən sənətin sirlərini, incəliklərini öyrənirdi. Seyid Şuşinski sehrli səsi olan bu çatmaqaşlı, uzun hörüklü qızın oxumasına heyran qalmışdı. Sonralar Opera teatrı, böyük rollar, uğurlar, respublikanın əməkdar artisti, xalq artisti fəxri adları, unudulmaz qastrol səfərləri, Rübabə möhürlü ölməz muğamlar, mahnılar, təsniflər... Hətta bir dəfə Opera teatrında  Rübabə Muradovanın Leylisinə baxan məşhur hind aktyoru Rac Kapur onun səsinə, aktyorluğuna heyran olub: “Rübabə xanım, mən Sizi Hindistana dəvət edirəm. Biz Sizin üçün istədiyiniz şəraiti yaradarıq, bir çox filmlərə çəkərik, Siz bütün dünyada  məşhur olmağa layiq sənətkarsınız”, - demişdi. Amma Rübabənin vətəndən ayrı bağrı çatlayardı. O heç öz vətənində belə ayrılığa dözə bilmirdi, gecə-gündüz zülüm-zülüm ağlayırdı. Uşaqlıq illərini, analı günlərini, xınalı günlərini yada salıb sızım- sızım sızıldayır, özünü büsbütün unudurdu.

“Babam kəblə Muradın da, atam Mirzə Xəlilin də ecazkar səsləri vardı. Uşaqlıq illərindən ən çox yaddaşımda ilişib qalan dünya gözəli anam Sidiqə xanımın təndirə çörək yapması olub. Atam eyvanda oturub həzin-həzin ney çalardı. Dərsdən gələrdim. Gözləyərdim ki, anam indi hovuzumuzun qırağındakı söyüddən nazik bir budaq qıracaq, qabığını soyacaq, hər dəfə çörək bişirəndə təndirə ayrıca yapdığı balaca qoğalı çıxaracaq, taxacaq o söyüdün ucuna. Mən də budağın o biri başından tutub ağzım yana-yana qoğalımı yeyəcəyəm ”.

Arif  Babayev, Azərbaycan Respublikasının Xalq artisti:

“Naxçıvana gedirdik, qatarın pəncərəsindən Arazın o tayı, Arazın o tayındakı yollar, kənd-kəsək görünürdü. Rübabə xanım “Qatar” başladı. Oxudu, sonra da başladı hönkür-hönkür ağlamağa. Bu hamımıza bərk təsir elədi. Bəlkə haçansa Rübabə xanım özü də o uzanıb gedən yollardan keçmişdi. İndi o bu tayda idi, aradan tikanlı məftillər keçirdi. Hamımız susmuşduq, elə bil daşa dönmüşdük. Bilmirdik ki, nə deyək. Tar çalanımız Ə. dilləndi ki, ay Rübabə, niyə ağlayırsan? Bu cür ev-eşiyin, işin, adın-sanın? Rübabə xanım acı-acı, kinayəylə gülümsündü:“Ağlına başqa şey gəlməsin, mən sənə yoldaş olduğuma görə ağlayıram”.  Rübabə Muradova Şövkət xanımın, Sara xanımın səsinin vurğunu idi. Bu böyük sənətçilər də onun yaradıcılığına həmişə böyük qiymət verirdilər. Şövkət xanımın:“Mənim gördüyüm Leylilərin ən gözəli, yaddaqalanı Rübabənin leylisidir”, - deməsində böyük həqiqət var”.

Şövkət Ələkbərova , Azərbaycan Respublikasının Xalq artisti:

- Bir dəfə Əbülfət Əliyevgildə ziyafətdəydik. Hacı Məmmədov, Məmmədağa Muradov, Sara Qədimova da oradaydı. Gecə təxminən 2 olardı, hamımız yorğun idik, evə getmək istəyirdik. Birdən Rübabə qayıtdı ki, “Xaric segah” oxuyacam, dedim: “Ay qız, sən Qara Qarayevi, Niyazini, bu boyda binanı şirin yuxudan oyatmaq istəyirsən?”.

Əbülfət Əliyevdən aşağı mərtəbələrdə Niyazi və Qara Qarayev yaşayırdı. Rübabə xanım qulaq asmadı mənə, Məmmədağaya dedi ki, tarı köklə. Nə deyim, “Xaric segah” segahların ən çətinidir. Ən zil olan “Segah”dı. Gərək əvvəldə zildə lap gəmişdə gəzişəsən. Rübabə axıracan elə yanıqlı oxudu ki, biz hamımız təsirləndik. Sonra da dedi:“Hə, di durun gedək”.

Unudulmaz şairimiz Əli Tudə bir görüşdə mənə danışdı ki, “21 Azər”  inqilabı gününü keçirmək üçün Qubaya getmişdik. 3 nəfər idik. Yoldaşlarımdan biri “21 Azər” inqilabı haqqında məruzə etdi, o birisi öz xatirələrini danışdı. Növbə mənə çatanda kürsüyə qalxıb bir neçə şeir oxudum. Bizi çox hərarətlə alqışladılar. Rəsmi hissə qurtardı. Səhnədən düşüb birinci cərgədə əyləşdik. Konsert başladı. Müğənnilər bir-bir oxudular, yaxşı da oxudular. Amma hamı səbrsizliklə Rübabə xanımın çıxışını gözləyirdi. Rübabə xanım səhnədə görünəndə sürəkli alqışlar salonun daş-divarını titrətdi. Onun çatma qaşları sanki baş-başa vermiş iki misra idi. Biri hicrandan danışırdı, biri vüsaldan. Özü də Rübabə yanğısı ilə, Rübabə nisgilliyilə, Rübabə həsrətilə danışırdı. Rübabə xanım “Segah” oxuyurdu. Oxuduqca mənə elə gəlirdi ki, nadir sənətkarın alovlu nəfəsinin hərarəti məni qarsır. İndi o yana-yana səhnədə oxuduqca canlı vulkana dönəcək. Bütün salona od salacaq. Ona görə də mən gah yanmaq təhlükəsindən qurtarmaq üçün əyləşdiyim stuldan geri çəkilirdim, gah da Rübabə xanımın oxuduğu “Segah”ı itirəcəyimdən qorxub səhnəyə boylanırdım. Yox, həm də keçmişə baxırdım.

Aradan bir az keçmiş  rəqs musiqisi çalındı. Qıraqdakılar ayağa qalxıb qabaq-qənşər oynamağa başladılar. Mən də ayağa durdum. Qollarımı açıb Rübabə xanımın qarşısında dayandım. Mən bu vəziyyətdə uçuşa hazır qartalı xatırladırdım. Rübabə xanım sanki məni uçuşdan saxlamaq istəmirdi. Elə mənim qarşımdaca yerindən qalxa-qalxa qollarını qaldırdı. Biz oynamağa başladıq. Doğrusu heç yerdə, heç zaman belə oynamamışdım. Biz elə oynayırdıq ki, sanki hicranın çiyinlərimizdə qalanan ağır yüklərini ayaqlarımız altına salıb tapdalamaq istəyirdik. 

Rübabə xanım oynaya-oynaya mənə:“gün o gün olaydı ki, Təbrizdə belə oynayaydıq,” – dedi.

Ətrafımızda oynayanlar “Amin” deyə gözəl müğənnimizin böyük arzusunu hərarətlə alqışladılar. Təəssüf ki, Rübabə xanım mənim “Gətirdim” şeirimə yazılmış nəğməni Təbriz səhnəsində oxuya bilmədi. Bir gün məşhur müğənnini yana-yana son mənzilə yola saldıq. Səsindəki vətən yanğısını, nəfəsindəki vüsal həsrətini, sənətindəki rübab hikmətini yadigar saxladıq. Tale nə deyir-desin, nə yazır-yazsın, mən inanıram ki, gün gələcək, Rübabə xanımın məharətlə oxuduğu təravətli mahnılar, yazılmış lentlər onun doğulduğu qədim Ərdəbildə də, Təbrizdə də, Urmiyada da, Zəncanda da, Mərənddə də, Xoyda da, Səlmasda da məhrəm-məhrəm səslənəcəkdir. Rübabə xanımın şeiriyyət dolu nəfəsindən həmişə Savalan güllərinin ətri gələcəkdir. O ülviyyət abidəsi olan dağın xatirələrlə naxışlanmış əlvan sinəsində dincələnlər vətənin nəğməkar qızını günəşli gündüzlərdə də, aylı gecələrdə də minnətdarlıqla anacaqlar.

Xəstəxanada ömrünün son günlərinə yaxın Rübabə xanım deyib ki, kaş məni bu xəstəxanadan buraxaydılar və icazə verəydilər dizin-dizin, sürünə-sürünə də olsa gedib o taydakı evimizi tapaydım, başımı qoyaydım astanaya, elə ordaca öləydim. Bu, dünyanın  ən müqəddəs ölümü olardı. Amma heyif  ki,

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, yolum sənnən gəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,

İtkinlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana

- deyə yanıqlı-yanıqlı  oxuyan Azərbaycanın xalq artisti, bir çox parlaq rolların, muğamların, mahnıların əvəzsiz ifaçısı Rübabə xanım Muradova Arazın bu tayında –Şimali Azərbaycanda 1983-cü il avqustun 28-də 50 yaşında dünyasını dəyişdi və adidən də adi bir qəbiristanlıqda dəfn edildi. Lütfəli Ərdəbillinin dediyinə görə, dəfnin 65 manatlıq xərcini mühacirlər cəmiyyətində işləyən, Rübabə xanımın xətrini canından əziz bilən Sultanəli kişi ödədi. Bu da bizim böyük sənətkarımıza verdiyimiz qiymət. Allah sənə rəhmət eləsin, Təbriz, Ərdəbil, Mərənd, Savalan, Böyük Azərbaycan həsrəti ilə alışıb yanan, gözü hələ də yollarda qalan, həsrətdən goru çatlayan Rübabə xanım.

Qəbrin nurla dolsun!

Zülfüqar  ŞAHSEVƏNLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ