Cümə günü, 13 noyabr 2026
     

Koronavirusa qarşı mübarizədə vətəndaş məsuliyyəti əsas yer tutmağa başlayır...

Image


Aparılan son təhlillər koronavirus təhdidinin gözlənildiyindən də böyük sürətlə yayıldığını üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyincə, dünyanın bir çox ölkələrində koronavirus infeksiyasına yoluxmanın yenidən artması pandemiyanın ilk dalğasının ikinci pik nöqtəsi kimi dəyərləndirilməlidir.

Qurum tərəfindən koronavirusun qeydə alındığı ölkələrin virusa yoluxma hallarının sayı ilə bağlı statistikası COVID-19-un miqyasının artdığını göstərir. Ayrı-ayrı ölkələrin statistikası göstərir ki, hazırda dünyada koronavirusa ümumi yoluxma sayı 12 milyona yaxınlaşır.  Bununla yanaşı, ən son məlumatlara görə, COVID-19-un qeydə alındığı 218 ölkədə 540 mindən çox insan təhlükəli virusdan ölüb. Özü də ölüm halları hər gün artmaqdadır. Koronavirusun çox yayılması baxımından ən təhlükəli ölkə Amerika Birləşmiş Ştatlarıdır. Amerika qitəsinin bu nəhəng ölkəsində təhlükəli virusa 3 milyondan çox yoluxma qeydə alınıb. Dünyada koronavirusun ən çox təhlükə törətdiyi Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayı baxımından da dünyada birinci yerdədir. Belə ki, ABŞ-da təhlükəli infeksiyadan ölənlərin sayı 135 min nəfərə yaxınlaşır. Virusun Asiyada yayılmağa başlamasına baxmayaraq, dünyanın pandemiya baxımından ikinci ən təhlükəli ölkəsi də elə Amerika qitəsindədir. Belə ki, Braziliyada 1 60 mindən çox insan koronavirus daşıyıcısı kimi qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsində virusdan 665 mindən artıq insan həyatını itirib. Cənubi Asiyanın ən böyük dövlətlərindən olan Hindistanda da koronavirus “kabus“u gündən-günə artır. Bu ölkədə indiyədək 700 mindən artıq koronavirus xəstəsi qeydiyyata alınıb. Lakin bu da son deyil. Hindistan həkimləri 20 mindən çox insanı pandemiya qurbanı kimi qeydə alıblar. Qonşu Rusiyanın dünyada koronavirus pandemiyasının yayıldığı 4-cü ən təhlükəli ölkə kimi qeydə alınması COVID-19-un sərhəd tanımadığını göstərir. Qonşu İran dünyanın koronavirusa yoluxma baxımından ən təhlükəli ölkələri siyahısındadır və sonuncu ikisinin Azərbaycanla qonşu olması təhdidin ölkəmiz üçün bir qədər də artımına rəvac verir. Hazırda Azərbaycanda bu virusa yoluxanların sayı 20 mini keçir. Qeyd edildiyi kimi isə, bu ilin ən təhlükəli virusu adlandırılan COVID-19 yayılma nöqteyi-nəzərindən sərhəd tanımır. Məsələ burasındadır ki, Avropa qitəsi, o cümlədən Qərbi Avropa dövlətləri də virusun qarşısında aciz qaldıqlarını etiraf edirlər. Sadalananlar onu göstərir ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi, digər beynəlxalq qurumların həyəcan siqnalı çaldığı koronavirus təhlükəsi gündən-günə artır.

İsrailli professor Leonid Eydelman qeyd edir ki, koronavirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında baş verəcəyi ehtimal olunur. O bildirir ki, mövsümi kəskin resperator virus infeksiyalarının COVID-19-la oxşar simptomları vəziyyəti daha da kəskinləşdirə bilər. Belə ki, respirator xəstəliklərlərdən əziyyət çəkən xəstələri COVID-19 xəstələrindən ayırmaq çətin olacaq. Mütəxəssis payız aylarında ölkələrin səhiyyə sistemini daha mütəşəkkil olmağa çağırıb. Eydelman yoluxma hallarının çox olduğu ərazilərdə regional karantinlərin tətbiqinə tərəfdar olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək, bu virusla yaşamağı öyrənməyə çağırıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da payız-qış aylarında daha ehtiyatlı olmağı vacib sayır:“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır. Nə qədər ciddi karantin rejimi olsa və xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl etməliyik”. Elə digər ekspertlər də bildirir ki, virusa qarşı mübarizədə vətəndaş məsuliyyəti artıq əsas yer tutmağa başlayır.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, gigiyena qaydaları, sosial məsafənin qorunması və yoluxmuş şəxslərin və onlarla ünsiyyətdə olanların effektiv təcridi tədbirlərinə ciddi şəkildə riayət olunmalıdır. Əks halda, infeksiyanın səviyyəsi davamlı şəkildə yüksələn xətlə inkişaf edə bilər. Rayan həmçinin bildirib ki, ikinci dalğanın baş verməsi potensialı qış mövsümündə daha çox real görünür. Çünki qış aylarında insanlar qapalı məkanlarda daha sıx şəkildə bir araya gəlirlər və bu zaman infeksiyanın insanlar arasında yayılması yeni sürət tempi əldə edə bilər. Bu fonda qeyd edək ki, pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Ölkəmizin bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu da demək olar. Amma sosial izolyasiya və karantin qaydalarına tam məsuliyyətlə əməl etmədən virusun Azərbaycanda yayılmasının qarşısını almaq mümkün deyil. Digər ölkələrin təcrübəsi göstərir ki, dövlət qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də göstərilən tədbir və tövsiyələrə intizamla əməl etməsi nəticəsində lazımi nəticə əldə etmək mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, sosial məsuliyyətə və həyata keçirilən zəruri tədbirləri dəstəkləməyə ehtiyac var. Başqa sözlə, karantin rejiminin qaydalarına riayət etmək hamının vətəndaşlıq borcudur. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. Əks təqdirdə virus təhdidi artmaqda davam edəcək.

Ramil QULİYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ