çərşənbə günü, 04 noyabr 2026
     

Faşist Njdeni qəhrəmanlaşdıranlar, əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovu “Vikipediya”dan sildirənlər…

Image


1994-cü ilin 10 oktyabr tarixində 74 yaşında müəmmalı şəkildə maşın qəzasında həyatını itirən Fransanın 8 hərbi mükafatı ilə təltif olunan, İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılov xalqımızın qürur duyduğu qəhrəmandır.

Lakin Hitler faşizminin qanlı düşməni olan və faşizmlə mübarizədə böyük şücaətlər göstərən Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov haqqında “Vikipediya” açıq ensiklopediyasında yayımlanan məqalələrə “Vikipediya” rəhbərliyinin şübhəli münasibəti bizi narahat etməyə bilmir. Ə.Cəbrayılov haqqında rus və Azərbaycan dillərində “Vikipediya”da möcvud olan məlumatlara belə bir giriş yerləşdirilib: “Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir.

Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. Bu məqalənin bəzi məlumatlarının mənbəyi göstərilməyib.

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib “Vikipediya”nı zənginləşdirə bilərsiniz.

Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün, bəzi məlumatların mənbəyi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin”.

Bu qeyd diqqətimizi xüsusilə çəkdi. Barəsində kifayət qədər zəngin, qürurdoğurucu faktlar olan Ə.Cəbrayılovla bağlı hazırlanan məqalələrə belə münasibətin haradan qaynaqlandığı təəccüb doğurur. Faşizmə qarşı mübarizənin önündə gedən Ə.Cəbrayılov gerçək bir qəhrəmandır, özü də təkcə bizim qəhrəmanımız deyil, Avropanın da qəhrəmanıdır.

Məsələ burasındadır ki, ermənilər faşizmin tərəfdarı, Hitlerin əlaltısı olan Njde və digərlərinə heykəllər ucaltdığı, “Vikipediya” və digər mənbələrdə “zəngin” bioqrafiyalar düzəltdiyi bir halda, Ə.Cəbrayılov kimi qəhrəmanımıza aid məqaləyə “Vikipediya” rəhbərliyi belə mənfi münasibət sərgiləyir. Halbuki, onlar insanlıq, bəşəriyyət düşməni olan erməni şovinistləri, faşizm qulları haqqındakı məqalələrə toxunmurlar, o cür zərərli məqalələrin başqa dillərə tərcümə edilərək yayılmasına şərait yaradılır. Hesab edirəm ki, Azərbaycan vikipediyaçıları Ə.Cəbrayılov haqqındakı məqalələri daha da zənginləşdirəcək və onu mükəmməl şəkildə bir neçə dildə hazırlayaraq yayacaqlar. Bizim üzərimizə düşən vəzifə faşizm düşməni olan qəhrəmanımız haqqında daha səhih məlumatların beynəlxalq ictimaiyyətə çatdırlmasına nail olmaqdır.

  • Faiq Ələkbərli: “Əhmədiyyə Cəbrayılov haqqında məqalələrin silinməsində kimlərin əli var, burada ermənilər nə dərəcədə rol oynayıb, yoxsa...”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəsləfə doktoru Faiq Ələkbərlinin sözlərinə görə, faşistlərə əsir düşən azərbaycanlılar arasında Sovet ordusuna qarşı vuruşanlar da olub, sonradan onlardan bəziləri yenidən Sovet ordusuna qayıdıb. “Ola bilsin ki, Əhmədiyyə Cəbrayılovla da bağlı belə bir fakt olub. Hətta belə bir fakt olsa belə, Əhmədiyyə Cəbrayılovu, Mehdi Hüseynzadəni və digər partizanları, Müqavimət Hərəkatı iştirakçılarını hansısa formada ittiham etmək doğru deyil. Çünki, əslində, o vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, işğal faktı var idi. Onda II Dünya Müharibəsində iştirak edən və almanların tərəfinə keçən azərbaycanlıların bir qismi hesab edirdi ki, Sovet ordusu ilə döyüşüb Azərbaycanı Sovet işğalından azad edəcək. Yəni bu mümkündür. Ə.Cəbrayılov da Fransa Müqavimət Hərəkatına qoşulmuşdu və 1947-ci ildə ölkəmizə qayıtdıqdan sonra onu “Vətən xainliyində” ittiham etmişdilər. Lakin Şarl de Qol SSRİ-yə gəldikdən və onunla görüşdükdən sonra Ə.Cəbrayılov bəraət almışdı. Yenidən bu məsələni qaldırmaq, “Vikipediya”dan onunla bağlı məlumatların silinməsi düzgün deyil. Ə.Cəbrayılov haqqında məqalələrin silinməsində kimlərin əli var, burada ermənilər nə dərəcədə rol oynayıb, yoxsa beşinci kalonun nümayəndələri bu işi həyata keçirib, bunu birmənalı demək  çətindir. Bilirsiniz ki, hələ də Azərbaycanda bəziləri faşistlərin tərəfinə keçib sovetlərə qarşı döyüşənləri “xəyanətkar” hesab edirlər. Bu yanlış düşüncədir”. 

O hesab edir ki, biz öz qəhrəmanlarımıza münasibətdə hər zaman həssas olmalıyıq və onlara qarşı xoşagəlməz münasibətin qarşısını almalıyıq.

Adı bütün Avropada populyar olan və avropalıların bu gün də sevgi, ehtiramla xatırladıqları, İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı olan, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Ə.Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Ə.Cəbrayılov Fransanın orden və medalları ilə, o cümlədən, "Hərbi medal"la  təltif olunub.

1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olan Ə.Cəbrayılov 1938-ci ildə buranı aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olan qəhrəmanımız Sovet ordusunda könüllü olaraq  Böyük Vətən Müharibəsinə gedir. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçən həmyerlimiz bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci alayın siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu alayın tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

  • Faşist düşərgəsindən qaçışa cəhd…

Ə.Cəbrayılovun həyatında ən məşəqqətli günlər onun faşistlər tərəfindən əsir götürüldüyü vaxtlar olub. Belə ki, 1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci alay Şimali Donetsk çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. Ə.Cəbrayılovun Fransada Valleroy kəndində əsir olduğu məkan 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o, vərəm xəstəliyinə tutulur.

  • Müqavimət Hərəkatına qoşulma, yaxud tabutda qaçış...

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, Müqavimət Hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Ə.Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olub. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin edib.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

  • Şarl de Qolla birinci görüş...

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Ə.Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir. 1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Ə.Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətməsinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanıb və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alıb. Müalicəsi bitdikdən sonra Albi şəhərinə hərbi komendant təyin olunur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürüb. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

  • Vətənə qayıdış

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, medal və ordenlərlə, o cümlədən, şəxsi igidliyə görə “Hərbi medal”la (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir) təltif olunur.

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

  • Şarl de Qollun Moskvaya gəlişi ilə bağlı Ə.Cəbrayılovun adına göndərilən dəvətnamə...

1966-cı ildə Fransa Prezidenti olmuş Şarl de Qoll SSRİ-yə səfəri zamanı Ə.Cəbrayılovu görmək istədiyini bildirib və o, Moskvaya çağırılıb. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonundakı Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

1986-cı ildə Ə.Cəbrayılov 5 fransız mükafatına layiq görülür – “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət Hərəkatı” medalı, “İgidliyə görə” medal, “Yaralanmağa görə” medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur.

1994-cü il 6 yanvarda Front National Milli Hərakat məmuru Rene Rassel Ə.Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200 manata...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ