Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda faşist Njde barədə yeni əfsanə - “Njde olmasaymış, guya Rusiya 102-ci bazaya təyyarə uçura bilməzmiş”...

Image


Erməni mətbuatı Azərbaycan Prezidentinin Hitlerin əlaltısı olan, faşizmə xidmət edən Qaregin Njdenin Ermənitan hökuməti tərəfindən İrəvanda heykəlinin qoyulmasını pisləməsi, bununla da Ermənistanın faşizmə açıq dəstək verdiyini ifşa etməsi əməlli-başlı ermənilərin kürkünə birə salıb. Ermənilərin Q.Njdenin heykəli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərdən ciddi narahatlıq keçirdiklərini yazan düşmən ölkənin mediası Njdenin “əfsanələşdirilməsinin” səbəblərinə öz aləmində bəraət qazandırmaq istəyib.

Erməni KİV-i yazır ki, Azərbaycanda Njdenin heykəlinin götürülməsi ilə bağlı təbliğat güclənib. Onlar iddia edirlər ki, guya Azərbaycan təbliğatı Njdenin heykəli ilə bağlı məsələni tam kontekstdən çıxarır, onun heykəlinin İrəvanda ucaldılması heç də faşizmə xidmət etməsi, faşistlərlə müttəfiq olaraq SSRİ-yə qarşı döyüşməsi səbəbilə bağlı deyil. Erməni mediası iddia edir ki, Njdenin  heykəlinin qoyulmasına səbəb onun Sünik və Mehri vilayətlərinin Ermənistanın tərkibində saxlanmasında xüsusi fəallığının olması olub. “Belə olmasaydı, həmin ərazilər Azərbaycan tərəfdən blokada şəraitində saxlanacaqdı. Bu gün Q.Njdenin köməkliyi ilə Ermənistanın tərkibində saxlanan həmin vilayətlərin əhəmiyyətini yəqin ki, çoxları unudur. Faktiki olaraq, Rusiya ilə Ermənistan arasında hava dəhlizi yoxdur. Azərbaycan və Gürcüstan bu dəhlizi bağlayıb. Ona görə də Ermənistanda olan Rusiya hərbi bazalarına yüklərin daşınması üçün Rusiya təyyarələri Xəzər dənizi üzərindən İrana keçir və İrandan da Sünik və Mehri üzərindən Ermənistana daxil olurlar” - deyə erməni mediası yazır.

  • “Ermənilər bu dəhlizin vaxtilə faşist Njdenin “mübarizəsi” nəticəsində əldə edildiyini Rusiyaya eşitdirmək istəyir, amma Zəngəzura Sovet hökumətinin dəstəyilə sahibləndiklərini unudurlar”

Azərbaycan Milli Elmlər Akademiyasının Albanşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, ermənilər əli türk qanına batan daşnakların hamısını qəhrəmanlaşdıraraq onlara heykəllər qoyublar. Q.Hacıyevin sözlərinə görə, Azərbaycan Prezidentinin faşist Njdenin heykəli ilə bağlı Aşqabaddakı çıxışından sonra artıq dünyanın müxtəlif yerlərində antierməni dalğası güclənməkdədir. Rusiyanın bəzi vilayətlərindən Njdenin barelyefinin, büstünün götürüldüyünü xatırladan Q.Hacıyevin bildirdiyinə görə, hazırda Rusiyanın özündə çox böyük anti-Njde kampaniyası həyata keçirilir. “Faşizmdən əziyyət çəkən dünya Njdenin saysız cinayətindən xəbərdardır. Onun dünya üçün hələ tam açılmamış cinayətlərindən biri də əsrin əvvəllərində türklərə qarşı qətliamlar törətməsidir ki, bunu da ermənilər özləri etiraf edirlər. Yəni Njde İkinci Dünya Müharibəsinə bir cinayətkar olaraq, əli yüzlərlə türkün qanına batmış bir daşnak kimi getmişdi. Oradakı əməllərindən də hər kəsin xəbəri var. Ermənilər özləri etiraf edirlər ki, Sünik və Mehri Ermənistana sonradan verilib. Bilirsiniz ki, onlar Zəngəzur mahalına Sünik deyirlər və Zəngəzurun da ermənilərin əlinə hansı yollarla keçməsi tarixdən məlumdur. Onu da deyim ki, həm Sünik, həm Zəngəzur, həm də Mehri tamamilə türk mənşəli adlardır və onların ermənilərlə heç bir əlaqəsi yoxdur. Tarixi Azərbaycan ərazisi olan Zəngəzur torpaqlarına ermənilər dəfələrlə iddia irəli sürüblər, buna görə də Zəngəzuru ələ keçirmək üçün hücumlar ediblər, dinc türklərə divan tutublar. Zəngəzurun işğalında Njde də fəal iştirak edib və onunla bərabər Andranik, Amazaps, eləcə də digər daşnaklar bizə qarşı zülmlər ediblər, ağır tarixi cinayətlər törədiblər. Zəngəzurun Ermənistanın tərkibinə verilməsi birbaşa Lenin və Stalinin göstərişi ilə olub. Bu sirr deyil. 

Zəngəzurun Ermənistanın tərkibinə verilməsində böyük rol oynayan SSRİ rəhbərliyi bununla ermənilərin Azərbaycan torpaqlarını hissə-hissə mənimsəməsinə şərait yaratdı. Zəngəzurun ermənilərə verilməsi böyük tarixi cinayətdir. Bu cinayətlərin də iştirakçılarından biri Njdedir. Njde bir xaindir, cinayətkardır, türk qanı axıtmış, dünya insanlarına qarşı cinayətlər törətmiş birisidir.  

Ermənistanın Sünik və Mehri dəhlizinin Rusiya üçün yeganə hava dəhlizi olduğunu qabartmaqla Rusiyaya qarşı təzyiq göstərmək istəyirlər. Sünik və Mehri dəhlizinin Rusiya üçün oynadığı rol Rusiyanı şantaj etmək məqsədilə irəli sürülür. Guya ki, bu dəhliz olmasa, Rusiya Ermənistandakı hərbi bazaları ilə əlaqəni tamam itirə bilər.

Bu gün Rusiyada böyük anti-Njde hərəkatı başlayıb, sadə vətəndaşlardan tutmuş, dövlət rəsmilərinə qədər hər kəs İrəvanda Njdeyə heykəl qoyulmasına qarşı çıxış edir, onun qəhrəman yox, faşist əlaltısı olduğunu qeyd edirlər. Rusiyada başlayan anti-Njde hərəkatının dayandırılması üçün Ermənistan müxtəlif şantaj yollarına, təzyiq vasitələrinə əl atır, bunlardan biri də Sünik və Mehri hava dəhlizidir. Ermənilər bu dəhlizin vaxtilə faşist Njdenin “mübarizəsi” nəticəsində əldə edildiyini Rusiyaya eşitdirmək istəyir, amma Zəngəzura Sovet hökumətinin dəstəyilə sahibləndiklərini unudurlar. Yəni guya vaxtilə Njde olmasaydı, Zəngəzur mahalı Ermənistanın olmayacaqdı. Əslində isə ermənilər Zəngəzura, İrəvana, eləcə də digər türk torpaqlarına rusların dəstəyi, köməyilə sahib olduqlarını unutmamalıdırlar” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ