Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər Türk dünyası eposunun məşhur amazonkalarını da saxtalaşdırdı...

Image


Ermənistan arxeoloqları yeni saxtakarlıq nümunəsi ortaya qoyublar. Onlar bu dəfə tarixdə mövcud olan və türk etnosu ilə sıx bağlılığı elmi dəlillərlə təsdiqlənən amazonlara qarşı iddialar ortaya qoymağa cəhd ediblər. Guya ki, amazonların ermənilərlə əlaqəsi var və tarixdə iz qoyan amazonlar dünyaya, o cümlədən də Yunanıstana Ermənistandan “yayılıb”.

Erməni mətbuatının iddiasına görə, guya erməni arxeoloqları 2017-ci ildə Lori vilayətində yerləşən Bovir-1 adlanan qəbiristanlıqda bir qadın skeleti aşkarlayıblar, həmin məzardan tapılan zərgərlik və keramika məmulatlarının tədqiqindən sonra məlum olub ki, bu tapıntı e.ə 8-6-cı əsrlərə aiddir. Özlərini Urartu dövlətinə yamaq etməyə cəhd edən və bununla bağlı mənasız iddialar səsləndirən erməni arxeoloqları saxtakarlığın quyruğunu əldən verməyərək həmin tapıntının Urartu dövləti ilə əlaqəsi olduğunu deyiblər. Ermənilər iddia edirlər ki, araşdırmalar zamanı həmin bəzək əşyalarının 20 yaşlı döyüşçü qadına məxsus olduğu aşkarlanıb. Oların fikrincə, bu daş-qaşın qadının cəsədi yanında aşkarlanması onun yüksək təbəqəyə mənsub olduğunu deməyə əsas verir. Ermənilər, həmçinin, qadının döyüşçü olduğunu da deyirlər. Guya ki, qadının əzələlərinin tədqiqi də bunu deməyə əsas verir. Ermənilər yazırlar ki, bu qadının sol dizinə dəmir nizə sancılması bundan xəbər verir. Onlar, həmçinin, qadının bədənində balta və qılınc yaraları da aşkarlayıblar. Arxeoloqlar belə nəticəyə gəliblər ki, qadın döyüş meydanında öldürülüb. Ermənilərin iddiasına görə, Urartu dövlətində erməni mənşəli (?) belə döyüşkən qadınlar olub (?). “Urartu dövlətində “ermənilərin kökünə bağlı” bu qadınlar ərləri ilə çiyin-çiyinə öz ölkələri uğrunda döyüşüblər. Urartudakı bu qadınlar yunanların amazon qadınlar haqqında təsəvvürünü formalaşdırıb (?)” - deyə erməni mediası yazıb.

Guya ki, amazon qadınlar erməni kökənlidir və onlar bütün dünyaya yayılıblar.

Qeyd edək ki, amazonlar yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi olub. “Amazon" adı guya kamandan ox atmağın asan olması üçün qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanı öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin fikrincə, amazonlar haqqında əfsanələrdə və onların olimpia qəhrəmanları (Herakl və s.) ilə mübarizələrində matriarxat dövrü əks olunub.

Roma tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban qadınları iştirak edirdilər. Əsir götürülən alban döyüşçüləri arasında çoxlu yaralı qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi. Məhz bu qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda döyüşkən amazon tayfalarının yaşaması və albanların Romaya qarşı savaşında onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olub.

Herodot amazonkaların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazır: "Albaniyanın yuxarı dağlarında amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər amazonkalar və albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalarla amazonkalar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, amazonkalar Qafqaz dağlarının Avn adlanan şimal ətəklərində qarqarlarla qonşuluqda yaşayırlar. Amazonkalar bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonkalar at belində ovla və hərbi təlimlə məşğul olurlar. Onların saçlarını uşaq vaxtı yandırırlar ki, hər iş görəndə, xüsusilə nizə atanda rahat olsunlar. Onlar, həmçinin, ox, yay, yüngül qalxan və balta da işlədirlər. Onlar vəhşi heyvan dərisinə bürünəcək dəbilqə və kəmər hazırlayırlar. Yazdakı iki xüsusi ayda onları qarqarlardan ayıran qonşu dağa qalxırlar. Çox qədim bir mərasimə görə qarqarlar da həmin dağa qalxırlar ki, qadınlarla birgə qurban verib, uşaq doğmaları üçün onlarla yaşasınlar; kim kimlə düşdü, onlar xəlvət, qaranlıqda görüşürlər, qadınları hamilə edərək qarqarlar onları evlərinə buraxırlar. Qadın cinsindən olan bütün uşaqları amazonkalar özlərində saxlayırlar, kişi cinsindən olanları isə qarqarlara verirlər. Hər bir qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməlidir” - deyə tarixi mənbələrdə yazılır.

Açıq göründüyü kimi, burada nə ermənilərdən, nə də hansısa bir Ermənistandan danışılır. Amazonların məskəninin qədim Azərbaycan torpaqları olduğu aşkar görsənir.

  • “Amazonlar türk mənşəli olub, onlar bizim torpaqlarımızda yaşayıblar”

Tanınmış etnoqraf-alim Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, indiki Ermənistan ərazisində amazon qadına məxsus skeletin və aksesuarların tapılması tam mümkündür. Müasir Ermənistan ərazisinin qədim türk torpaqları olduğunu deyən Ə.Çingizoğlunun sözlərinə görə, ermənilər amazon qadına məxsus tapıntını Azərbaycan-türk torpağında aşkarlayıb. “İndiki Ermənistan adlandırılan Qərbi Azərbaycanda tariximizin elə açılmamış səhifələri mövcuddur ki, ermənilər o səhifələri saxtalaşdırmaqla məşğul olurlar. Bugünkü Ermənistan ərazisində amazon qəbrinin aşkarlanması mümkündür, çünki ermənilərin məskunlaşdığı bu torpaqlar qədim türk torpaqlarıdır. Birmənalı olaraq amazonların ermənilərlə heç bir əlaqəsi yoxdur. Amazonlar türk mənşəli olub, onlar bizim torpaqlarımızda yaşayıblar, bu cəngavər qadınlar əsl döyüşçülər olublar. Tarixdə erməni qadını döyüşkən olmayıb, ox-yay atmağın, nizə işlətməyin, qılınc oynatmağın, cəng etməyin erməni qadını ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Erməni qadınlarının tarixən bir vəzifəsi olub, onu da bütün dünya bilir. Türk qadınları tarix boyu qılınc çalıb, ox, nizə atıb, cəng edib, qəhrəmanlıq göstəriblər. Amazon qadınların Urartu ərazisində yaşaması təbiidir, çünki Urartu da bizim dövlətimiz olub. Ermənilər Türkiyədən, İrandan, Livandan Azərbaycan ərazisinə köçüblər, onlar bura köçənə qədər bu torpaqlar da vardı, onun mədəniyyəti də, insanları da, öz əzəli sahibləri də. Ermənilər Urartunun tarixini saxtalaşdıraraq özlərinə bağlamaq istədikləri kimi, amazonlara qarşı da iddialar irəli sürürlər, amma amazonların erməni kökənli olması tamamilə cəfəngiyyatdır” - deyə bildirən Ə.Çingizoğlunun sözlərinə görə, bizim eradan əvvəl yaşamış amazonların şöhrəti bütün dünyanı dolaşıb və onlar öz döyüşkənliyi, cəsarəti ilə dünyanın ən məşhur sərkərdələrini belə mat qoyublar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ