Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Xalq Cümhuriyyətinin missioner təzyiqləri altında dəyişdirilmiş ilk dövlət bayrağı...

Image


Məlum olduğu kimi, noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə başçısı söylədiyi geniş nitqdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı diqqətçəkən fikirlər açıqlayıb. Cümhuriyyət tarixinə geniş münasibət bildirən Prezident İlham Əliyev BDU-nun Cümhuriyyət yadigarı olduğunu vurğulayıb.

O, həmçinin, tariximizin çoxları üçün gizli qalan bəzi məqamlarını da qeyd edib: “...Xalqımızın tarixi faciələrlə doludur. Biz nəyə görə uzun illər, əsrlər boyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt hətta müstəqil dövlətlər olanda onların da imkanları məhdud idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi...”.

  • “Osmanlı və Antanta qüvvələri arasında düşmən münasibətlər olduğu üçün, bizə qarşı təhdidlər də olub”

Prezident İlham Əliyevin “hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər” fikrini şərh edən tarixçi-alim, Cümhuriyyət dövrünün ciddi araşdırıcısı, professor Anar İsgəndərli “Bakı-Xəbər”ə bildirdi ki, həqiqətən də Cümhuriyyətin ilk bayrağı xarici missioner tərəfindən dəyişdirilib. Bu dəyişdirilmənin səbəblərini izah edən A.İsgəndərlinin sözlərinə görə, bu, bayrağın Osmanlı bayrağına bənzəməsi ilə bağlı olub. “1918-ci il iyunun 21-də bayrağımız qəbul olundu. Birinci bayrağımız eynən Osmanlı bayrağının oxşarı idi. Sadəcə, Osmanlı bayrağında beş guşə idi, bizim bayraqda isə səkkiz guşə əks olunmuşdu. Cümhuriyyətin bayrağı 1918-ci ilin noyabr ayının 9-na qədər bu bayraq olub. 1918-ci il noyabrın 9-da isə üçrəngli bayraq qəbul olundu. Cümhuriyyətin birinci bayrağı ilə bağlı təhdid nədən ibarət idi? Bizi təhdid edən qüvvələr iddia edirdilər ki, belə bir xalq yoxdur, belə bir xalqın müstəqil dövləti ola bilməz, bu, sadəcə olaraq, Osmanlı dövlətinin bir hissəsidir, az qala bayrağı da Osmanlı bayrağıdır. Amma hələ 1907-ci ildə Əli bəy Hüseynzadə bizim üçrəngli bayrağımız haqqında “Fyuzat” jurnalında bəhs etmişdi. O, “bizim gələcəkdə olan Cümhuriyyətin bayrağı necə olmalıdır? 1.Türk hissiyyatlı. 2. İslam etiqadlı. 3. Avropa (firəng) qafalı” - deyə yazırdı. Ondan sonra bu fikri Ziya Göyalp inkişaf etdirdi və ən nəhayət, 1915-1916-cı illərdə Rəsuzadə “Açıq söz” qəzetində bu formanı saxladı və bayraqda olan zolaqlarda dəyişiklik etdi. Yəni birinci rəng türkçülük, ikinci rəng müasirlik, üçüncü rəng isə islamçılıq. Amma ona qədər isə Əli bəy Hüseynzadədə də, Ziya Göyalpda da türkçülükdən sonra islamçılıq gəlirdi, Rəsulzadənin xidməti o oldu ki, yerləri dəyişdi. Demək istəyirəm ki, hələ Cümhuriyyət elan edilməmişdən bir neçə il əvvəl üçrəngli bayraq var idi. Amma 1918-ci ildə biz dövlət müstəqilliyimizi başqa ölkənin paytaxtında elan etdikdə bizə Qafqaz İslam Ordusu kömək etdi, ona görə də Cümhuriyyətin ilk bayrağı üzərində 8 guşəli ulduz əks olunan Osmanlı bayrağının bənzəri olan bayraq oldu”.

A.İsgəndərli qeyd etdi ki, Osmanlı qüvvələri 1918-ci il noyabrın 10-da Bakını tərk etməli idi. Onun sözlərinə görə, 1918-ci il oktyabrın 30-da Mudrost müqaviləsinə əsasən, Osmanlı məğlub dövlət idi və Osmanlı qüvvələri Cənubi Qafqazdan, o cümlədən, Azərbaycandan çıxmalı idi. “Bura isə Antanta qüvvələri daxil olmalı idi. Antanta qüvvələrini də burada ingilislər təmsil edirdilər.
Ənzəlidə olan general Tomson Bakıya daxil oldu və noyabrın 17-də o, Bakıya gəldikdə ilk dəfə olaraq üçrəngli bayraq Bakı vağzalında qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağı qaldırmaqla onlara göstərmək istədi ki, Azərbaycan müstəqildir və bizim gücümüz də var. General Tomson əvvəlcə müstəqilliyimizi tanımasa da, dekabrın 28-də dedi ki, Fətəli Xan Xoyski başda olmaqla mən bu hökuməti tanıyıram. Təbii ki, Osmanlı və Antanta qüvvələri arasında düşmən münasibətlər olduğu üçün, bizə qarşı təhdidlər də olub. Bir tarixçi kimi bu məsələnin mahiyyətini izah etdim və hesab edirəm ki, izahım müəyyən məsələlərə aydınlıq gətirdi. Cümhuriyyət yeni qurulmuş dövlət idi və belə məsələlər oldu və olmalı idi də” - deyə A.İsgəndərli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ