Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvanda iki faşistin heykəlinə görə Ermənistanın başı daha böyük dərdlərə girir

Image


Ermənistanda faşizmə bəslənən rəğbətin Azərbaycan tərəfindən faş edilməsindən sonra dünyanın, xüsusən də bu bəladan daha çox əziyyət çəkən İsrailin, Rusiyanın diqqəti tədricən sözügedən problemə yönəlməkdədir. Belə vəziyyətdə Ermənistanın özünə bəraət cəhdləri isə düşmən ölkəni daha gülünc vəziyyətə salır. Fakt isə bundan ibarətdir ki, Azərbaycan İrəvanın faşizm sevgisini artıq dünya miqyasında hədəf halına gətirir.

Ermənistanda bunlar fonunda faşizmə rəğbətin davam etməsi düşmən ölkəni daha çətin duruma salır. Xatırladaq ki, Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları olan Njde ləqəbli Qaregin Ter-Arutyunyan və Dro ləqəbli Drasmat Kanoyanın heykəlləri qoyulub. Halbuki, bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdır. Ermənistan hakimiyyətinin  bu gün də irqçi neonasist ideologiyanı davam etdirməsi məsələsi cari ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün dünyanın diqqətinə çatdırıldı.

Bundan sonra maraq doğuran məqamlardan biri Rusiyanın Armavir Şəhər Dumasının deputatı Aleksey  Vinoqradovun erməni kilsəsinin ərazisinə daxil olaraq Qareqin Njdenin xatirə lövhəsini qara boya ilə rəngləməsi oldu. Vinoqradov törətdiyi hadisəni şəhər əhalisinin faşizmin tərəfdarı olan Njdenin xatirə lövhəsinin İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirə lövhələrinin yanında yerləşməsinin əleyhinə olması ilə izah edib. Ondan öncə isə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov bildirib ki, xatirə löhvəsinin qoyulması  böyük səhvdir. Bununla bağlı baş verən digər hadisə isə Ermənistanda səfərdə olan rus jurnalistlərin məsələyə münasibəti oldu. Onlardan biri olan jurnalist Stanislav Smaqin baş nazir Nikol Paşinyana bu xüsusda sual ünvanladı. Jurnalist Njdenin, ermənilər üçün qəhrəman olsa da, ruslar üçün əks sima olduğunu bildirib və erməni-rus münasibətlərində arzuolunmaz şəxs kimi dəyərləndirib. Daha sonra jurnalist qeyd edib ki, bu məsələ ətrafında dəqiq fikir formalaşdırmaq üçün buraya gəlib. Jurnalist “Njdenin həyat və fəaliyyətinin ziddiyətli məqamlarının araşdırılması üçün erməni və rus həmkarlardan ibarət komitənin təşkil edilməsi məqsədəuyğun hesab edilirmi” deyə Paşinyana sual ünvanlayıb. Paşinyanın cavabı və yenidən Njdeni qəhrəman kimi təqdim etmək cəhdi isə təkcə Rusiyada yox, elə Ermənistanda da bəzi məqamlar baxımından mənfi qarşılanır. Erməni hərbi tarixçi, hüquqşünas Mher Akobyan bu xüsusda bildirir:“Ermənistan baş naziri Njdenin şəxsiyyətinin qiymətləndirilməsi haqqında jurnalistin sualına cavab verərkən, həmçinin Ermənistanda və Rusiyada Njdenin şəxsiyyətinin müxtəlif qavrayışlarına toxunarkən əsas vurğunu o şeyin üzərinə qoydu ki, Njde qəhrəmandır və ermənilərin varlığı üçün mübarizə aparıb. Paşinyan, Njde nasist liderləri ilə “danışsa” belə, sovet liderləri və xüsusilə də Molotov kimi digər şəxslərlə də “söhbətləri” olduğunu bildirib. Qoy mənim bu ədəbsizliyim bağışlansın, lakin möhtərəm baş nazirə deməliyəm ki, bu, məsələnin yalnız bir tərəfidir və bu kimi həssas suala bu cür yüksək tribunadan cavab verərkən hərtərəfli yanaşma nümayiş etdirmək lazım idi. Paşinyan bunu edə bilmədi. Yeri gəlmişkən, bu cür vacib suallara erməni dilində cavab vermək lazımdır, çünki hər halda rus dili bizim baş nazirimizin parlaq tərəfi deyil, o çox vaxt hətta sözləri seçməkdə və ya sözləri rus dilində düzgün tələffüz etməkdə çətinlik çəkir”.

Digər erməni ekspert Vahe Haikuni isə bildirir ki, Rusiyada müxtəlif qüvvələrin Njde ilə bağlı gündəm formalaşdırılmasına nail ola bilməsi Ermənistanda narahatlıq yaradıb: “Buna görə də ermənilər Paşinyandan siyasi yetkinlik və məsələnin ortaya çıxması üzrə qeyri-dəqiq səbəbləri elə yuvasındaca boğmaq qabiliyyətini nümayiş etdirməsini gözləyirdi. Bəs Paşinyan nə etdi? Paşinyan rus və erməni tarixinə dair biabirçı bir savadsızlıq nümayiş etdirdi. Bu suala cavab vermək üçün kifayət qədər məlumat mənbəyi və zənginliyi mövcud idi. Paşinyan artıq 1989-cu ildə Rusiyanın qanunverici orqanının məlum Molotov-Ribbentrop aktına siyasi və hüquqi qiymət verməsini unudaraq, Molotovun 3-cü Reyxlə təmaslarına toxundu. Faktiki olaraq, Paşinyan bu kimi incə siyasi məsələlərin damarını tuta bilmir, bunun sifarişçilərini hiss etmir və zamanında fürsətdən istifadə edərək əqrəbləri əsl düşmənlərin üzərinə çevirməyi bacarmır. Paşinyan doğrudan da bu məsələ ilə bağlı narahatdırsa, o halda daha incə diplomatik manevrlər tətbiq etməlidir. Əks halda o, erməni-rus ittifaqını dağıtmaq niyyətində olanların dəyirmanına su tökmüş olur”.

Ermənistanı narahat edən digər məsələ isə Azərbaycandan sonra Türkiyənin də bu məsələyə diqqəət yetirəcəyi və onu Rusiya qarşısında qaldıracağıdır. Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin sədri Alev Kılıç da bunu vacib sayır və xatırladır ki, nasistləri qəhrəmanlaşdırmaq Ermənistanın dövlət siyasətidir. Njdenin  türklərə qarşı döyüşməsinin əsasında milli, dini və irqi zəmində qisasçılıq olduğunu diqqətə çatdıran səfir vurğulayıb ki, bütün bu cinayətləri əks etdirən istintaq materialları və məhkəmə qərarları mövcuddur: “Belə bir cinayətkara Ermənistanda heykəl qoymaq beynəlxalq prinsiplərə təhqir və təhdiddir. Erməni-nasist əməkdaşlığına dair üzə çıxarılan hər bir fakt beynəlxalq ictimaiyyət üçün cəlbedicidir. Çünki nasist və terrorçuların qəhrəmanlaşdırılması bütün dünyada sülh və sabitlik üçün təhlükə mənbəyi kimi dəyərləndirilir”. İsrailin ingilisdilli “The Jerusalem Post” qəzeti də xatırladır ki, prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperlə görüşündə bu məsələyə toxunaraq dünyadakı yəhudi icmalarından dəstək istəyib:“İlham Əliyevin bu bəyanatı bir daha yəhudi xalqına hörmət və ehtiramı nümayiş etdirdi. Azərbaycan prezidenti postsovet məkanında və Şərqi Avropa ölkələri arasında nasistlərin əlaltısı və Ermənistanda altı metrlik heykəli qoyulan Njdedən açıq şəkildə danışan yeganə liderdir. Biz xalqların öz tarixini, tarixi keçmişini suveren şəkildə yazmaq və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək hüququna qarışmırıq. Lakin dəhşətli Holokost cinayətlərində əli olan şəxslərin milli qəhrəmana çevrilməsinə də susmamalıyıq. İnsanlığa qarşı cinayətdə ittiham olunmuş faşist canisini özünün milli qəhrəmanı elan etmək olarmı? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir olunmasıdır. İrəvanda erməni faşisti və antisemit Qaregin Njdeyə abidə ucaldılması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm İsrail xalqının nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərə miqyaslı pərəstiş yaradılıb”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ