Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu yaradılıb.
Qurumun sədrinə tapşırılıb ki, müvəqqəti idarəetmə qurumunun təşkilati strukturunu müəyyən etsin və bu barədə Prezidentə məlumat versin, müvəqqəti idarəetmə qurumunun büdcəsini təsdiq etsin.
Nazirlər Kabinetinə müvəqqəti idarəetmə qurumunun öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşmə məsələlərinin həllini təmin etmək, İqtisadiyyat Nazirliyinə isə qurumun müvafiq inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Baki-xeber.com