Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycana və Ermənistana qarşılıqlı səfərlər etmiş jurnalistlərin tərkibi niyə açıqlanmır...

Image


Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı layihə ətrafında müzakirələr bir müddət əvvəl aparılırdı. Hətta ölkəmizdə buna açıq formada etiraz edənlər də az olmadı. Bir neçə media nümayəndəsi Xarici İşlər Nazirliyinin qabağında etiraz aksiyası da keçirdi. Sonra sosial şəbəkələrdən məlum oldu ki, artıq səfər reallaşıb. Bu xəbəri də hər hansı bir rəsmi qurum yaymadı. Bizim jurnalistlər erməni jurnalistlərin sosial şəbəkələrin onlara aid olan seqmentində paylaşdıqları fotoları görəndən sonra bundan xəbər tutublar.

Yenə rəsmi olmayan məlumatlarda bildirildi ki, Azərbaycanı bu mübadilə proqramında 3 jurnalist təmsil edib. Hər üç jurnalist rusdilli KİV-in əməkdaşıdır. Maraqlıdır ki, birdən-birə  həmin siyahıda adı keçməyən, əslən Şuşadan olan bir həmkarımız səfər “təəssüratlarından” bəhs edən yazı ilə çıxış etdi. Hamı elə bildi ki, həmin həmkarımız da səfərdə olub. Sən demə, həmkarımız səfərdə olmayıb, sadəcə, fantaziyalarını qələmə alıb. Bütün bu yanlışlıqlar, təbii ki, layihə ilə bağlı cəmiyyətə rəsmi qurumlar tərəfindən müfəssəl məlumatın verilmədiyindən yarana bilir. Əgər bu proqramın məqsədi xalqları sülhə hazırlamaqdırsa, niyə orada iştirak edən jurnalistlərlə bağlı ətraflı məlumat verilmir? Həmin jurnalist gördüklərini gəlib burada qələmə almayıb, adını anonim saxlayacaqsa, bunun nə faydası ola bilər? Bundan əlavə, hansı sülhə hazırlıqdan söhbət gedə bilər ki, təşkilatçılar öz jurnalistlərimizi cəmiyyətimizdən qorumaq istəyir?

Diqqət edək, Azərbaycan XİN proqramla bağlı qısa bir arayış verib: “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən, Şuşa şəhərində olublar. Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər".

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva mediaya açıqlamasında deyib ki, Ermənistandan olan jurnalistlərin Bakıya səfər etməsi barədə onda məlumat yoxdur.

Jurnalistlərin adları və təmsil etdikləri informasiya vasitələrinin adları da məxfi saxlanır. Niyə?

  • “...belə gizli saxlanan səfərlərin sülh prosesinə necə təsiri ola bilər?”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu proses əvvəlcədən anormal başlayıb: “Belə bir proqramın nəzərdə tutulduğu ilə bağlı söhbətlər gedirdi. O vaxt biz də fikirlərimizi bildirmişdik. Biz, təbii ki, bu layihə ilə bağlı ehtiyatlı davranırdıq. Demişdik ki, Azərbaycan dövləti məqsədəmüvafiq saydığı zamanda belə səfərlərin baş tutması mümkündür. Ancaq bir şərtlə ki, proses tam şəffaflıqla həyata keçirilsin. İndiki mərhələdə isə biz gördük ki, ictimai rəy çaşdırıldı. Bizim XİN-ə müraciət ünvanlandı ki, belə bir mübadilə proqramı nəzərdə tutulur? Nazirliyin bütün açıqlamalarını izləyirdim, hamısında deyilirdi ki, yox, belə bir layihə  nəzərdə tutulmur. İndi isə açıqlama verirlər ki, proses XİN-in məlumatı daxilində baş verib. Mən bunu ictimai rəyə qarşı hörmətsizlik sayıram. Bu adamların gediş-gəlişi ictimai rəyə mənfi emosiyalar ötürəcəksə, deməli, həmin proqram təşkil edilməməli idi. XİN bilirdisə belə səfər var və həmin səfərdən hansısa faydalar gözlənir, onda zəhmət çəkib bu barədə açıqlama verməliydi. Bunu da etmədilər. İndi də jurnalistlər gəlib, heç bir yazıları, reportajları, müsahibələri ortada yoxdur. Niyə? Axı həmin həmkarlarımız ora özəl və ya turistik səfər etməyiblər. Bundan əlavə,  belə gizli saxlanan səfərlərin sülh prosesinə necə təsiri ola bilər? Söhbət xalqlar arasında ictimai etimadın möhkəmləndirilməsindən gedirsə, lakin bu, sirr olaraq saxlanırsa, deməli, xalqı təmsil etmədikləri ilə bağlı bir təzad ortaya çıxır. Bu durumu anormal və ziyanlı sayıram. Düşünürəm ki, bundan sonra Azərbaycan XİN və ya hansısa başqa bir qurum bu cür səfərlərlə bağlı addım atarkən, ən azından, heç olmasa media cameəsində bir müzakirə aparmalıdır. Biz, məsələn, Mətbuat Şurasında təmsil olunuruq, amma xəbərimiz yoxdur. Mən hesab edirəm ki, bu səfər onu təşkil edənlərin öz əleyhinə işləyəcək. Buyurub bundan doğan sualları özləri cavablandırarlar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ