Cümə axşamı günü, 05 noyabr 2026
     

Vilayət Eyvazov Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinovu qəbul edib - FOTO

Image


Azərbaycan Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvətilə Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinov ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Bakı-Xəbər” verilən məlumata görə, noyabrın 21-də cənab Mladen Marinov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir dəvətini qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinə görə bolqarıstanlı həmkarına təşəkkür edib, onun Sofiya şəhəri Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci il avqust ayında Bakıda keçirilmiş 37-ci konfransında iştirakını məmnunluqla xatırladıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişaf və tərəqqi yolu keçdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini, respublikamızda əsrlər boyu müxtəlif dinlərə, millətlərə mənsub insanların qarşılıqlı ehtiram və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdıran nazir son illər əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib, belə qarşılıqlı səfərlər və təmasların əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini bildirib.

Daha sonra cənab V.Eyvazov müstəqilliyin ilk illərində ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə qısa məlumat verib.

Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Bolqarıstanın verdiyi dəstəyin respublikamızda yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir V.Eyvazov siyasi, iqtisadi-ticari əlaqələrin dinamik inkişafının təhlükəsizliyin etibarlı təmini ilə birbaşa əlaqəsi olduğunu qeyd edib, hazırkı səfərin ölkələrimizin Daxil İşlər nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini ifadə edib. Bu gün dünyadakı mövcud təhdid və çağırışların  terrorizmlə, ekstremizmlə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri ilə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi, belə qlobal xarakterli təhlükələrə qarşı kəsərli tədbirlərin görülməsində operativ informasiya və qabaqcıl təcrübə mübadiləsinin, əməkdaşlığın müqavilə-hüquqi bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra general-polkovnik V.Eyvazov bu yöndə ekspertlərin iştirakı ilə 27 aprel 2012-ci tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolun hazırlanaraq aidiyyatı dövlət orqanları ilə razılaşdırıldığını, ölkəmizin Avropa İttifaqının üzvü olan bir dövlətlə ilk dəfə imzalanması nəzərdə tutulan həmin sənəddə hər iki tərəfin maraq və mənafelərinin, beynəlxalq öhdəliklərinin nəzərə alındığını qeyd edib, onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə işbirliyinin səmərəliyinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.

Rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi respublikamıza rəsmi səfər etməsindən fəxarət duyduğunu, dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək  daha da dərinləşdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumun çoxşaxəli funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. 

Görüşün sonunda Daxili İşlər nazirləri- general-polkovnik Vilayət Eyvazov və Mladen Marinov “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolu imzalayıblar.

Qəbulda ölkəmizin Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ