Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya mediası Ermənistanın işğal siyasətinə qarşı açıq mövqeni gücləndirir…

Image


Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri Ermənistanın hələ də davam etdirdiyi işğalın beynəlxalq miqyasda tam ifşa olunaraq qınaq və təzyiq obyektinə çevrilməsidir. Ötən müddət ərzində bu istiqamətdə ölkəmizin mühüm uğurlara imza atması da birmənalı həqiqətdir. Ermənistanın işğal siyasətini pisləyən çoxsaylı sənədlərin, qərarların, qətnamələrin qəbulu da bunun təsdiqidir.

Eyni zamanda diqqət mərkəzində saxlanan başlıca məqamlardan biri dünya ictimaiyyətinin daha geniş miqyasda Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərdən xəbərdar olmasıdır. Bu məqsədlə nüfuzlu beynəlxalq media vasitələrində Qarabağ konfliktinə dair materialların yayımlanması da mühüm önəm kəsb edir. Son dövrlərdə bu istiqamətdə bir-birinin ardınca beynəlxalq mediada yer alan materiallar isə erməni tərəfi üçün növbəti zərbə sayılır. Məhz belə bir vaxtda baş nazir Nikol Paşinyanın İtaliyaya səfəri fonunda bu ölkənin "Lopinione" qəzeti Ermənistanın işğal siyasəti barədə geniş yazı dərc edib. Burada işğal siyasəti ən sərt formada tənqid olunur: "Təxminən otuz ildir  Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanır və bu yaxınlarda qeyd olunan münaqişə yeni siyasi ssenarilərlə yenidən beynəlxalq birliyin diqqət mərkəzinə gəlib. Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistana mənsub olduğunu iddia etməklə işğal olunmuş ərazilərdən çıxmaq arzusunda olmadıqlarını ifadə edib, bu mövqe beynəlxalq səviyyədə kəskin tənqid olunub, həmçinin buna Azərbaycan rəhbərliyi tərəfindən düzgün cavab verilib.

Bundan əlavə, xatırladaq ki, münaqişənin özü bir milyondan çox azərbaycanlının öz torpaqlarından qovulması ilə nəticələnib və həmin şəxslər hazırda qaçqın və məcburi köçkün kimi yaşamaqdadırlar. Bu isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Azərbaycanın strateji əhəmiyyəti barədə geosiyasi təhlil və beynəlxalq münasibətlər baxımından maraq kəsb etdiyi kimi, həmçinin Ermənistandakı daxili vəziyyətin təhlili də regionun təhlükəsizliyi baxımından bir o qədər aktualdır. Qeyd etmək lazımdır ki, çətin iqtisadi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsini törətməsi səbəbindən təcrid olunduğuna görə Ermənistan regiondakı bütün əsas investisiya layihələrindən kənarda qalır və bunun bədəlini öz xalqı ödəyir. Əksəriyət baş nazirin diktator davranışından danışır.

Paşinyan ölkədəki ciddi sosial-iqtisadi böhrandan əziyyət çəkən xalqın nümayişləri sayəsində hakimiyyətə gəlib. Təbii resurslar baxımından kasad olan və dənizə çıxışı olmayan Ermənistan müsbət dəyişikliklərə öz qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla nail ola bilər. Hələ ki, Paşinyan bu istiqamətdə müsbət addımlar atmamağı, əksinə, mənfi mövqe nümayiş etdirməyi qərara alıb, bu isə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dayandırılmasına gətirib çıxara bilər. Bu istiqamətdə davam etmək isə, təəssüf ki, nə Ermənistan, nə də Paşinyanın gələcəyi üçün müsbət nəsə vəd edir".

Bu günlərdə ABŞ-ın nüfuzlu  “The Press Herald” qəzetində də Ermənistanın işğal siyasətini pisləyən yazı dərc olunub. Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistanın vassal dövlət olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Qarabağ müharibəsi vaxtı erməni silahlı qüvvələri hərbi cinayətlər törədiblər. Məşhur “Modern Diplomacy” portalı da Ermənistanın işğal siyasətinin davam etməsinin regiona ciddi təhdidlər yaratdığını, eyni zamanda işğalçı ölkədə faşizmin çiçəklənməsinə rəvac verdiyini vurğulayır. Qeyd olunur ki, müharibə cinayətkarlarının, faşistlərin və terrorçuların Ermənistanda indi milli qəhrəman elan edilməsi nəinki ATƏT-in Minsk Qrupu tərəfindən aparılan sülhün bərpa edilməsi təşəbbüslərinə mane olur, eyni zamanda bu qanlı əməllərə haqq qazandırır və yeni nəsillərə onları örnək kimi təbliğ edir. Dünyada ziddiyyətli şəxslərin şərəfinə ucaldılmış abidələrin dağıdılması aksiyasından nümunə götürərək ermənilərin də bu cinayətkarların adının əbədiləşdirilməsinə son qoyması tövsiyə olunur. Vurğulanır ki, bu, Ermənistan və onun türk qonşuları arasındakı münasibətlərin normallaşması, münaqişələrin həlli və bölgədə sülhün bərpa edilməsi üçün faydalı başlanğıc olardı.

Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin saytında  tanınmış fransız tarixçi Maksim Qauin də Ermənistanda faşizmin çiçəklənməsinin və işğal siyasətinin davam etməsinin ciddi təhdid mənbəyi olduğunu vurğulayır:“2019-cu ilin oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o müqavimət göstərməyə çalışdısa da, özünü təkzib etdi. Njde təkcə faşistlərlə əməkdaşlıq edənlərdən deyil, həm də alman əsilli olmayanlar üçün faşist doktrinasının hazırlanmasında ən çox səy göstərənlərdən biri olub. Faşistlərlə əməkdaşlıq edən tanınmış şəxslər arasında təkcə Njde Ermənistanın dövlət qurumları tərəfindən “milli qəhrəman” kimi təqdim olunur. Bundan başqa, Ermənistanın indiki halda Azərbaycan ərazilərini də işğalda saxlaması ciddi təhdid mənbəyi olaraq qalır. Dünya ictimaiyyəti, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa bu məsələdə qəti hərəkət etməlidir”. Yeri gəlmişkən qeyd edək ki, bu mövqe Fransa  parlamentinin deputatı Mişel Vyale tərəfindən də bölüşülür: “Münaqişəni yenidən danışıqlar masasına gətirmək, vəziyyətə dəyişiklik etmək, vasitəçi rolunu oynamaq xarici diplomatiyanın işidir. Bu baxımdan Fransa diplomatiyası mühüm rol oynaya bilər. Ancaq bununla belə, ölkəmizin fəal rolunu görmürəm. Halbuki, Fransanın bu məsələdə öz şəxsi marağı olmalıdır. Çünki ilk növbədə, Qafqazın stabilliyi məsələsi çox vacibdir. Fransa diplomatiyası keçmişdə parlaq idi. Hətta bu gün Avropaya dair məsələlərdə belə Fransanın beynəlxalq səhnədə təkləndiyini görürük. Mənim kifayət qədər diplomatiya həyata keçirdiyimiz təəssüratım yoxdur. Ona görə də təəssüflənirəm. Çünki sabiq prezident Fransua Ollanda nisbətən hazırkı dövlət başçısı Emmanuel Makronla vəziyyət dəyişə bilərdi. Fransua Olland yalnız özünə yaxın şəxslərlə anlaşa bilirdi. Ancaq dostlarımızla danışmaq darıxdırıcıdır. Bu formada öz ətrafımızdakı dostları heç vaxt artıra bilmərik”.

Finlandiyanın “Kansanuutiset” qəzeti isə yazır ki, Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi siyasi və hərbi qarşıdurma meydanı kimi çoxsaylı insan itkilərinə şahidlik edib: “Hesablamalara görə, münaqişə nəticəsində 800 minə yaxın azərbaycanlı məcburi köçkünə çevrilib. Hərbi əməliyyatlar zamanı iki tərəfdən minlərlə əsgər və mülki şəxs həlak olub. Bu səbəbdən münaqişəni “dondurulmuş” hesab etmək olmaz. Cəbhə xəttində hər gün atəşkəs rejimi təxminən 20 dəfə pozulur. Ermənilər mövqeləri doldurmaq üçün adam tapmaqda çətinik çəkirlər və bu səbəbdən öz qüvvələrini atəş bölgəsində cəmləşdirirlər.

Müharibə vaxtı evlərindən didərgin düşmüş insanların əksəriyyəti hələ də Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, təşkilatın əsas vəzifələrindən biri bu insanların çəkdiyi əzabların sona çatmasıdır. “Biz həyatımızın sonunadək bu vəziyyətdə yaşamaq istəmirik. Bu cür vəziyyət artıq təxminən 28 ildir ki, davam edir”, deyən Gəncəliyev ermənilərin və azərbaycanlıların birlikdə yaşadıqları vaxtları xatırlayır: “Bizim erməni icmasına əsas mesajımız ondan ibarətdir ki, biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenə bu cür yaşamaq istəyirik. Bununla belə, zamanı geriyə döndərmək olmaz. Artıq qaçqın kimi üçüncü nəsil böyüyür”. O əlavə edib ki, ermənilərin öz yerlərində yaşamasını istəyir: “Lakin onlar da başa düşməlidir ki, azərbaycanlıları öz doğma yurdundan qovmaq olmaz”. Hərbi əməliyyatlar zamanı Ermənistan təkcə Azərbaycanın bu bölgəsini deyil, həmçinin ona bitişik yeddi rayonu da işğal edib. Atəşkəs haqqında sazişə də indiyədək lazımınca əməl edilməyib və münaqişənin nizamlanmasında mühüm rolu Rusiya, ABŞ və Fransanın həmsədri olduqları, habelə Finlandiyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu oynayır. Dağlıq Qarabağa gəldikdə isə, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın bu bölgəsindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Amma Ermənistan hələ də işğala son vermir və beynəlxalq sənədlərə məhəl qoymur”.

Beləliklə, təkcə son bir ayda beynəlxalq mediada Qarabağ münaqişəsinə dair dərc edilən yazılardan aydın görünür ki, Ermənistanın işğal siyasəti kəskin surətdə pislənir. Konfliktlə bağlı dünya mediasında dərc edilən materialların sayını daha da artırmaq olar. Onlarda əsas ortaq mövqe isə işğal siyasətinin tənqid hədəfinə çevrilməsidir. Dünya mediasında yer alan bu fikirlər, şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinə dair mövqeyinin formalaşmasına da təsirsiz ötüşmür və bu mövqe heç də Ermənistanın lehinə deyil. Eyni zamanda, bunlar həm də Azərbaycanın beynəlxalq uğurları sayıla bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ